Icma.az
close
up
RU
Kənan Məstəliyev: UFC nin Bakıya gəlməsi müasir idman aləmində planetar hadisədir

Kənan Məstəliyev: UFC nin Bakıya gəlməsi müasir idman aləmində planetar hadisədir

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

"UFC Azərbaycanda yeni bir layihədir. Ümumiyyətlə, Azərbaycanda ənənəvi döyüş və təkbətək idman növlərinə maraq həmişə böyük olub. Məsələn, güləş, sambo və digərlərinə həmişə maraq olub. Ona yaxın olan karate və kikboksinq döyüş növləri də Azərbaycanda xüsusi populyarlığa malikdir. Kikboksinqdə Eduard Məmmədov, karatedə isə karatenin brilyantı olan Rafael Ağayev kimi döyüşçülərimiz var".
Bu sözləri Demokrat.az-a açıqlamasında tanınmış idman jurnalisti, “Rekord.az” saytının baş redaktoru Kənan Məstəliyev deyib.
O bildirib ki, UFC isə Azərbaycan üçün bir qədər yeni layihədir, çünki bu, əsasən ABŞ-də və Qərbi Avropada yayılan bir idman növüdür:
"Son 10-15 ildə bu yarışlara maraq artıb. Azərbaycanlı döyüşçülər də son illərdə bu yarışlara qatılmağa və uğurlar qazanmağa başlayıblar.
Mən düşünürəm ki, UFC-də təmsil olunmaq Azərbaycan üçün vacibdir, çünki UFC planetar səviyyədə məşhur layihədir. Mərkəzi döyüşlərdə iştirak edən idmançılar dünyaca tanınır, ölkələrini tanıdırlar. UFC-nin Bakıya gəlməsi və burada mərhələsinin keçirilməsi böyük bir uğurdur".
Onun sözlərinə görə, UFC-nin ABŞ və Avropadan kənara çıxması nadir haldır və bu yarışın Azərbaycana gəlməsi region üçün çox önəmlidir:
"Hətta Rusiyada belə bu layihə keçirilməyib. Qazaxıstan, Özbəkistan, Gürcüstan kimi ölkələrdə də keçirilməyib. Onlar təəccüblənirlər ki, Bakı bunu necə əldə edib. UFC-nin Bakıya gəlməsi müasir idman aləmində planetar hadisədir.
Layihənin müəlliflərini, o cümlədən Gənclər və İdman Nazirliyini təbrik edirəm. Cənab Prezident İlham Əliyev UFC rəhbəri Dana White və komandasını qəbul edərək bu layihənin Azərbaycana gəlməsinə verdiyi dəyəri göstərdi. UFC-nin Bakıya gəlməsi təkcə döyüş idmanlarına deyil, ümumiyyətlə idmana marağı artıracaq və bu, yalnız müsbət nəticələr doğuracaq".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 İyun 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri