Icma.az
close
up
RU
Kənd məktəblilərindən qızıl medala hədəflənmiş maksimum nəticə REPORTAJ VİDEO

Kənd məktəblilərindən qızıl medala hədəflənmiş maksimum nəticə REPORTAJ VİDEO

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xaçmaz, 26 mart, Elxan Yusifli, AZƏRTAC

Xaçmaz məktəbliləri Hüseyin Muradzadə və Elgün Məmmədov Məktəblilərarası fənn müsabiqələrinin ilk mərhələsində yüz faizlik nəticə ilə yarımfinal turuna vəsiqə qazanıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeddinci sinifdə oxuyan hər iki şagird kənd məktəblərində təhsil alır.

Hüseyin Muradzadə Xaçmazın Hacıəbdürrəhmanoba kəndində yaşayır, təhsil almaq üçün isə qonşuluqdakı Palıdlı kənd tam orta məktəbinə gedir. Müsabiqədə riyaziyyat fənni üzrə biliyini sınayan balaca istedad 25 sualın hamısına doğru cavab verərək maksimum nəticə əldə etməyi bacarıb.

“Məktəbdə əlaçıyam. Bütün fənləri yaxşı oxuyuram. Bundan əvvəl də müsabiqələrdə iştirak etmişəm. Bu il isə riyaziyyat fənni üzrə müsabiqəyə qoşuldum. Suallar mənə görə çətin deyildi. Hamısına düzgün cavab verdim. Əvvəllər müsabiqələrdə finala kimi irəliləmişəm. Amma medal qazana bilməmişəm. Bu il qızıl medal qazanmaq istəyirəm”, - deyə Hüseyin Muradzadə söyləyib.

Balaca istedadın babası Hüseyin Muradov da nəvəsinin qızıl medal qazanacağına inanır. “Mənim nəvələrim hamısı təhsilə maraq göstərirlər. Beş nəvəm artıq ali təhsil alıb və işləyir. İkisi hazırda təhsilini davam etdirir. Adımı daşıyan Hüseyin isə nəvələrim arasında ən istedadlılardandır. Onunla fəxr edirəm. Fikri ancaq təhsildə, dərs oxumaqdadır. İdmana da maraq göstərir. Finala çıxacağına və qızıl medal qazanacağına inanıram”, - deyə o qeyd edib.

Fənn müsabiqələrində maksimum nəticə göstərən Elgün Məmmədov isə Xaçmazın Bəyqışlaq kəndində yaşayır. O, Muxtar Osmanov adına Mehrəliqışlaq kənd ümumi orta məktəbinin şagirdidir. Kimya fənnini çox sevən Elgün gələcəkdə mühəndis olmaq istəyir. “Fənn müsabiqəsində kimya fənni üzrə biliyimi sınadım. Bütün suallara doğru cavab verib yarımfinala vəsiqə qazandım. Finalda iştirak edib medal qazanmaq istəyirəm. Kimya maddələrin xassələrini, tərkibini öyrənən elmdir. Məndə bu fənnə marağı məktəbimizdə kimyanı tədris edən Jalə müəllimə oyadıb. Böyüyəndə kimya mühəndisi olmaq istəyirəm”, - deyə Elgün Məmmədov söyləyib.

Elgünlə yanaşı, Mehrəliqışlaq kənd ümumi orta məktəbin daha 3 şagirdi Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və fənn müsabiqələrində uğurla iştirak edərək növbəti mərhələyə keçib.

“Dörd şagirdimiz riyaziyyat-məntiq olimpiadası və fənn müsabiqələrində seçilib. Elgün onlar arasında ən yüksək nəticəni əldə edib - kimya fənni üzrə yüz faizlik nəticə. Çox istedadlı və intizamlı şagirddir. Elgünün özündə böyük istək var və qarşısına məqsəd qoyub. Bilirik ki, növbəti mərhələdə sualların çətinlik səviyyəsi artır. Amma Elgünün uğur və medal qazanacağına çox böyük ümid bəsləyirik”, - deyə məktəbin direktoru Pənah Ələskərov bildirib.

Ümumilikdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 619 şagirdi Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqələrinin yarımfinal turuna vəsiqə qazanıb. Məktəblilərarası fənn müsabiqələrində isə şimal bölgəsindən 390 şagird uğur əldə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:273
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Aprel 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see338

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see334

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see274

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see269

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see266

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see264

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see260

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see259

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see245

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see214

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri