Icma.az
close
up
RU
Kənd təsrrüfatında fermerlərə dəstək hansı dərəcədə edilir? REPORTAJ

Kənd təsrrüfatında fermerlərə dəstək hansı dərəcədə edilir? REPORTAJ

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kənd təsərrüfatının inkişafı hər bir ölkənin iqtisadiyyatında strateji əhəmiyyət daşıyan sahələrdən biridir. Azərbaycanda da bu sektora xüsusi diqqət yetirilir, fermerlərin dəstəklənməsi, əkin sahələrinin genişləndirilməsi və məhsuldarlığın artırılması istiqamətində müxtəlif dövlət proqramları həyata keçirilir. Lakin tətbiq olunan güzəştlər və subsidiya mexanizmləri fermerlərin real ehtiyaclarını tam ödəyirmi? Fermerlər onlara ayrılan dəstəklərdən tam şəkildə faydalana bilirmi? SİA mövzu ilə bağlı reportaj hazırlayıb.

Vüqar Hüseynov (kənd təssarufatı Nazirliyin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri): "Ölkəmizdə kənd təssarüfatına dəstək məqsədilə həyata keçirilən dövlət dəstək mexanizimləri subsidiyalar və aqrar sığorta formasındadır. Aqrar subsidiya forması artıq neçə ildir ki , hər il bitkilər üzrə subsidiya əmsallarını müəyyənləşdirərək il ərzində fermerlərə həmin subsidiyalrın köçürülməsi təmin edir. Subsidiyalar dövlət tərəfindən fermerlərə əkin fəaliyyətini dəstəkləmək məqsədilə verilən əvəzsiz vəsaitdir. Eyni zamanda həm kənd təsərrüfatı fəaliyyətində trendləri idarə etmək üçün bir mexanizmdir. Bu baxımdan fermerlər tərəfindən aparılan əkinləri çəkilmiş xərclərin bir hissəsinin dövlət tərəfindən qarşılanması əsas dəstək mexanizmi kimi qarşımıza çıxır. İkinci bir dəstək mexanizmi dövlət tərəfindən artıq 4 ildir ki , mütəmadi olaraq tətbiq edilir və ümumilikdə kənd təsərrüfatı fəaliyyətinin dəstəklənməsi prosesində tam inteqrasiya olunubdur. Fermerlərin dövlət dəstəyi ilə, yəni 50 % sığorta haqqını dövlət ödəməklə öz sahələrini icbari qaydada sığortalanması tələb olunur".

Sahibkar Atabala Atakişiyev: "Bu gün dövlətimizin, şəxsən Prezidentimizin qayğısı sayəsində kənd təsərrüfatının inkişafına böyük yardımlar olur. Kənd təsərrüfatında subsidiyaların, gübrə xidmətlərinin göstərilməsində, onların təşkilində çəxsən möhtərəm Prezidentimizin böyük əməyi vardır. Bu gün elə bir sistem qurulub ki, kənd sahəsi ilə mə.ğul olan. istər əkin, istərsə də heyvandarlıqla böyük problemlər olmur. Prezidentimizin qayğısından görünür ki, məsələlər həll olunur".

Sahibkar Arif Əliyev: "Prezidentimiz bizə çox köməklik edib. Bununla yanaşı müharibə dövründə belə bizə dəstək olub. Biçin vaxtı məhsullarımızı vaxtında toplamaq üçün traktorlar verir. Həmçinin əkin sahələrimiz üçün subsidiyalar verir. Bütün problemlərimizi həll etmək üçün bizə yardımlar göstərilir".

Sahibkar Ələsgər Tapdıqov: "Dövlətimiz çox sağolsun ki. bizim kimi fermerlərə ciddi nəzarət edir. Əkin sahələrimiz üçün subsidiyalar verir, həmçinin kənd təsərrüfatı üçün texnikalarla təmin edir. Hətta mənə məşğulluqdan əkin əkmək üçün parnik veriblər. Məndə ailə şəraitimi yaxşılaşdırmaq üçün bundan istifadə edirəm. Biz dövlətin verdiyi köməklərdən çox razıyıq".

Vüqar Hüseynovun sözlərinə görə, fermerlər hər hansı təbiət hadisələrinin nəticəsində dəymiş zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi imkanını əldə ediblər: "Sığorta haqları müxtəlif bölgələr üzrə müxtəlif bitkilər üzrə fərqlidir. Amma sığorta haqlarının 50% dövlət , 50 % fermer tərəfindən ödənir və ildən-ilə aqrar sığortanın tətbiq sahələridə genişlənir. Aqrar Subsidiya Şurasının qərarlarındada artıq çoxillik bitkilərlə yanaşı, artıq birillik bitkilərdə də sığorta mexanizminin tətbiqinədə iki ildir başlanılıb . Nəticə etibarı ilə dəstək mexanizimləri bütün dünyada dövlət tərəfindən kənd təsərrüfatına dəstək var. Azərbaycanda bu dəstək mexanizimlərinin bu qədər geniş olması, təxminən il ərzində 300 milyon manatdan çox subsidiyaların verilməsi, Aqrar Sığorta mexanizmi vasitəsilə illik 10 milyon manatdan çox zərər ödənişlərin edilməsi fermerləri daha rahat fəaliyyət göstərməyə, dövlətin dəstəyini arxasında hiss etməyə və nəticə etibarı ilə məhsuldarlığı artırmağa xidmət edir. Bu ilin yanvar, fevral aylarında ötən ilin anoloji dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalına 100 %-ə yaxın artım vardı. Bu artımın təxminən 95 % heyvandarlığ , 5 % isə bitkiçilik məhsullarının payına düşür. Əlavə dəstək mexanizimləri fermerlərimizin kənd təssarufatı istehsal vasitələrinə çıxışın əldə olunmasıdır. Fermer hər hansı kənd təsərrüfatı texnikası alırsa bunun ilkin olaraq 20 % ödəməklə sərbəst şəkildə əldə edə bilir".

Həmçinin məsələ ilə bağlı İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Aydın Hüseynov bildirir ki, ərzaq təhlükəsizliyi hər bir dövlət üçün, eyni zamanda, milli təhlükəsizlikdir. Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması üçün çox mühüm addımlar atılır, layihələr həyata keçirilir və dövlət proqramları mövcuddur: "Ən başlıcası isə kənd təsərrüfatının inkişaf etdirilməsi, fermerlərə güzəştli kreditlərin verilməsi kənd təsərrüfatına olan dəstəyin bir tərkib hissəsidir. Subsidiyaların verilməsində əsas meyar fermerin hansı ərazidə yerləşməsidir, yəni əkin sahəsinin hansı zonada yerləşməsi nəzərə alınır — bu, suvarılan sahədir və ya digər tərəfdən, hansı məhsulun becərildiyi. Burada əsasən üstünlük strateji məhsullara — buğda, arpa, pambıq kimi məhsullara verilir. Bu məqsədlə, ümumən həm subsidiyaların verilməsi, həm də digər tədbirlərin həyata keçirilməsi üçün 2025-ci ilin büdcəsində 527.5 milyon manat nəzərdə tutulur. Nəzərdə tutulan bu məbləğ keçən ilin büdcəsi ilə müqayisədə 24.6 milyon manat, faiz ifadəsində isə 4.9% çoxdur".

Həmçinin millət vəkilinin sözlərinə görə, subsidiyaların verilməsi ilə yanaşı, digər məsələlər də öz həllini tapmaqdadır: "Əkin sahələrinin genişləndirilməsi, suvarma sistemlərinin daha da təkmilləşdirilməsi və eyni zamanda işğaldan azad olunmuş ərazilərimizdə mövcud olan böyük kənd təsərrüfatı potensialı da inkişaf etdirilir. Bu isə ölkə iqtisadiyyatına müsbət təsir göstərməkdədir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Aprel 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri