Icma.az
close
up
RU
Qızıl qiymətləri “uçur” bazar iştirakçıları nə deyir? REPORTAJ/VİDEO

Qızıl qiymətləri “uçur” bazar iştirakçıları nə deyir? REPORTAJ/VİDEO

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünyada qızılın qiyməti sürətlə bahalaşır. Ən son məlumatlara görə Nyu-York Ticarət birjasının “Comex” bölməsində qızıl fyuçerslərinin qiyməti tarixdə ilk dəfə 4200 dolları keçib. Bəs dünyada qızılın qiymətinin artımı Azərbaycanda qızıl qiymətlərinə necə təsir göstərib? SƏS TV olaraq vəziyyətlə bağlı reportaj etmək qərarına gəldik.

Satıcılar və alıcılar son vəziyyətlə bağlı televiziyamıza qızılın qiymətlərinin bahalaşmasını təsdiqləyiblər. Təbii ki, bizdə çəkiliş etdiyimiz zaman satışın zəif olduğunu, alıcılıq qabiliyyətinin isə aşağı olduğunu müşahidə etdik.

Satıcı Esmira Hacıyeva: “Biz özümüzdə şokdayıq. Qiymətlər gün ərzində 3 dəfə dəyişilir. Məhsulu müştəriyə hansı qiymətə deyəcəyimizi bilmirik. Məsələn, müştəri səhər gəlir məhsulun qiymətinə baxır günorta gələndə artıq qiymət bahalaşır. Müştəri şikayət edir ki, axı mən səhər gələndə qiymət belə deyildi. Müştəriyə izah edirik ki, vallah birjalarda qiymətlər hər saniyə qalxır. Biz çatdırıb qiymət etiketlərini dəyişə bilmirik. Hətta müştəri məhsul sifariş verir. Biz sifarişi qəbul edirik müştərinin sifarişi gələnə kimi artıq qiymət bahalaşır. Gün ərzində 3-4 dəfə qiymət bahalaşır. Alıcılıq qabiliyyəti aşağı düşüb. 5 qramlıq qızıl almaq istəyənin gücü çatmır və məcbur qalıb 2 qramlıq alır”.

Satıcı Elxan Məmmədov: “Dünya birjalarında qiymət artımı müşahidə olunduğuna görə ölkəmizdə də qiymət artımı müşahidə olunur. 1 ay öncə 585 əyyarlı qızılın 1 qramı 170-175 manata satılırdısa hal-hazırda qızılın 1 qramı 185-190 manat arasında dəyişir. 750 əyyar qızılın 1 ay öncə 1 qramı 185-200 manata satılırdısa, hal-hazırda 220-230 manata satılır. Alıcılıq qabiliyyəti zəifdir. Əsasən toy edənlər və kiçik bir hədiyyə almaq istəyənlər qızıl alırlar”.

Satıcı Səadət Rzayeva: “Dünya birjalarında qızılın qiymətlərinin artması təbii ki, ölkəmizdə də qiymətlərin artmasına səbəb oldu. Türk qızılının 1 qramı 175-180 manata qədər, İtaliya qızlının isə 1 qramı 200-220 manata qədər bahalaşıb. Əsas tələbat Türkiyə və İtaliya qızıllarınadır. Rusiya qızılına təlabat o qədərdə çox deyil. İtaliya komplektinin tək qızılı 2600 manatdır. Dəst şəkilində isə 5000 manatdır. Alıcılar isə əsasən daimi müştərilərdir. Təsadüfü alıcılar isə çox az olur. Məsələn əvvəllər, beş müştəridən üçünə məhsul sata bilirdiksə, hal-hazırda beş müştəridən biri məhsul alır”.

Bəs görəsən alıcılar qiymət artımı ilə bağlı nə düşünür?

Alıcı Könül Məmmədova: “Hər şeyin qiyməti artdığı kimi qızılın da qiyməti bahalaşıb. Təbii ki, almağa gücümüz çatmır. Qızılın 1 qramı 100 manatdan 160-170 manata qədər bahalaşıb. Qiymət artımına baxmayaraq insana lazım olanda məcbur qızıl alırıq”.

Alıcı Ceyhun Kafi: “Qızılın qiyməti həddən artıq bahalaşıb. İnsanlar öz xeyir işləri üçün ala bilmir. İnsanların maaşına görə qızıl çox bahadır. İndiki qiymətlərlə qızıl almaq mümkün deyil. Qiymətlər məncə aşağı düşməlidir. İnsanlar çox əziyyət çəkir. Hal-hazırda mən qızıl ala bilmədim və mağazadan əliboş çıxıram” .

Qiymətlərlə bağlı şəhər sakinlərinin də fikirlərini öyrənməyə çalışdıq.

Şəhər sakini Qönçə Xəlilova: “Qızılın qiymətinin bahalaşmasını mağazalarda hiss edirik. 1 ayın içində qızılın 1 qramının qiyməti 160 manatdan 200 manatadək bahalaşıb. Ən çox ərəb qızılının qiyməti bahalaşıb. Mən şəxsən istədiyim qızılı ala bilmədim".

Şəhər sakini Sevda Məmmədova: “Nəinki qızılın qiyməti, ölkədə hər şeyin qiyməti sürətlə bahalaşır. Dünən aldığımız məhsulun ertəsi gün bahalaşdığını görürük. Allah özü balalarımızı qorusun. Biz həyatda gördüyümüzü görmüşük. Ancaq gənclərimiz bu dünyadan heç nə görmür. Toy edən ailələr var. Onların qızıl almağa imkanları çatmır.”

Şəhər sakini Muradov Sabir: “Mənim qızım qızıl sevəndir. Ancaq istədiyi qızılı ala bilmir. Qızılın qiyməti sürətlə bahalaşır. Hər kəs qiymət artımından narahatdır. Qızım bir müddət əvvəl mağazadan qızıl görmüşdü. Xeyli vaxtdır istədiyi qızılı almaq üçün pul yığırdı. Pul yığdı getdi istədiyi qızılı almağa gördü ki, qiyməti bahalaşıb".

Qızılın qiymətinin bahalaşma səbəblərini öryənmək üçün iqtisadçı Natiq Cəfərli ilə əlaqə saxladıq. Natiq Cəfərli açıqlamasında bildirdi ki, dünyada qızılın qiymətinin bahalaşması geosiyasi və geoiqtisadi gərginliyin yüksəlməsi ilə əlaqədardır: “Qızıl tarixən yatırımcılar və dövlətlərin mərkəzi bankı üçün güvənli liman rolunu oynayır. Yatırımcılar və dövlətlər öz vəsaitlərini qızılda saxlamağa üstünlük verirlər. Hal-hazırda Rusiya-Ukrayna müharibəsi qızışır. Silahlı müharibələrlə yanaşı ölkələr arasında tarif müharibələri də şiddətlənir. ABŞ Hindistana, Avropa Birliyinə, Çinə qarşı yüksək tariflər tətbiq etdi. Bütün bu amillər birjalarda çox ciddi şəkildə qızılın qiymətinə təsir göstərir. Dövlətlərin mərkəzi bankları qızıl almağa davam edirlər”.

Araşdırmamızdan belə məlum olur ki, hal-hazırda qızılın qiymətində artım sürətlə davam edir. Qiymətlərin nə zaman aşağı düşəcəyi hələlik bəlli deyil.

Müəllif: İlkin Məmmədkərimov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Oktyabr 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri