Icma.az
close
up
RU
Kənd sakinlərini təhqir edən bələdiyyə sədri qalmaqala aydınlıq gətirdi VİDEO

Kənd sakinlərini təhqir edən bələdiyyə sədri qalmaqala aydınlıq gətirdi VİDEO

Sitat.info saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məlum olduğu kimi, Masallı rayonu, Kolatan bələdiyyəsinin sədri Rauf Cəbiyevlə bağlı Xanalion kənd sakinlərinin şikayəti əsasında bir yazı dərc etmişdik. 
Sitat.info-nun əməkdaşı bu gün Rauf Cəbiyevlə əlaqə saxlayaraq məsələ ilə bağlı mövqeyini öyrənməyə çalışıb. 

Bələdiyyə sədri sakinlərlə qalmaqal yaşadığını təsdiqləyib: "Mən bu ilin mayın ayının 1-dən Kolatan kənd bələdiyyəsinin sədri seçilmişəm. Ümumilikdə 7 kəndə rəhbərlik edirəm, onlardan biri də Xanalıyan kəndidir. Həmin kənd bələdiyyəyə nə torpaq, nə də əmlak vergisi ödəmir. Kənddə 185 ailə ailə var, əksəriyyəti ümumiyyətlə vergi ödəməyib. Həmin kənd üçün kifayət qədər işlər görmüşəm. Atam da Sovet dövründə həmin kəndlərdə kolxoz sədri işləyib. Bu kəndin ağsaqqalları atama görə mənə hörmət edirlər. O mübahisədə iştirak edənlər gənclərdir. Sizin paylaşdığınız videolar da montaj olunub.  Səs və sözlər mənimdir, bunu inkar etmirəm. Amma o sözləri nəyin qarşılığında demişəm,  həmin hissələr verilməyib".

Kəndin adının dəyişdirilməsinə gəlincə, R.Cəbiyev qeyd edib ki, bu bələdiyyə sədrinin səlahiyyətində olan  məsələ deyil və onun belə bir təşəbbüsü olmayıb: "Mən özüm media nümayəsiyəm. "Masallı xəbərləri"nin baş redaktoruyam. Kəndin adını mən dəyişməmişəm. Ümumiyyətlə, kənd adı dəyişmək bələdiyyə sədrinin edə biləcəyi qədər sadə məsələ deyil". 

Məsələ ilə bağlı kənd sakinlərinin Masallı Rayon İcra Hakimiyyətinə göndərdiyi müraciətə isə belə cavab verilib: 

"Masallı rayon Xanalıyan kəndinin 350 ildən çox tarixi vardır. Kəndin adının mənası Xanəli xanın adı ilə bağlıdır. Məlumata görə, təqribən 1650-1680-ci illərdə Talış xanlarından olan Xanəli xan ilk dəfə burada məskən salmışdır. O vaxtdan etibarən həmin yaşayış məskəni “Xanəli”, “Xanəlioba”, “Xanalion” adlanmışdır. Lakin yaşayış məntəqəsi rəsmi olaraq 1991-ci ildə kənd statusu almışdır. Belə ki, Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli 123-XII saylı qərarı ilə Masallı rayonunda Xanalıyan kəndi yaradılmış və Sığdaş kənd sovetinin tərkibinə verilmişdir".

Qeyd edək ki, bu qərar Azərbaycan dövlət müstəqilliyi əldə etməzdən öncə verilib və görünür həmin dövr  rayon rəhbərliyində olan ermənipərəst başçının təşəbbüsü ilə dəyişdirilib. Sakinlər isə 1991-ci ildən bəri verilən rəsmi sənədlərdə , ev çıxarışlarında, şəxsiyyət vəsiqələrində kəndin rəsmi adının "Xanalion" kimi qeyd edildiyini deyirlər. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://sitat.info
archiveBu xəbər 17 Noyabr 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see203

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see185

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see170

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see153

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see142

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see141

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Şamanlardan 2026 üçün səs küylü proqnoz: Tramp xəstələnəcək!

31 Dekabr 2025 09:40see134

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri