Icma.az
close
up
RU
Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan 35,7 milyon manatdan artıq pul vəsaiti ölkəyə qaytarılıb AZƏRTAC

Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan 35,7 milyon manatdan artıq pul vəsaiti ölkəyə qaytarılıb AZƏRTAC

Icma.az, Azertag-dan verilən məlumata əsaslanaraq, xəbər verir Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan 35,7 milyon manatdan artıq pul vəsaiti ölkəyə qaytarılıb AZƏRTAC.

Bakı, 9 dekabr, AZƏRTAC

Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan pul vəsaitlərinin ölkəyə qaytarılması təmin edilir. Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda xatırladılıb ki, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycan Respublikasına qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır. Hazırkı vaxtadək həyata keçirilən istintaq tədbirləri nəticəsində Sumqayıt və Gəncə şəhər, Abşeron, Quba, Xaçmaz, Sabirabad, İsmayıllı, Göyçay, Şəmkir, Qazax, Tərtər Rayon prokurorluqları, habelə Naxçıvan Muxtar Respublikası Prokurorluğunda istintaqı aparılan cinayət işləri üzrə xarici ölkələrə ixrac edilmiş kənd təsərrüfatı məhsullarının alqı-satqısından əldə olunan 21 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 35,7 milyon manatdan artıq) məbləğdə pul vəsaitinin ölkəmizdə müvəkkil edilmiş bank hesabına qaytarılması təmin edilib.

Prokurorluq orqanları tərəfindən bu kateqoriya cinayət işləri üzrə, yəni müxtəlif şəxslər tərəfindən mal və məhsulların ixracı nəticəsində əldə edilən pul vəsaitlərinin ölkəmizdə müvəkkil bank hesablarına qaytarılması istiqamətində zəruri prosessual tədbirlərin icrası davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:32
embedMənbə:https://azertag.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

2 yaşlı körpə ölümlə mübarizə aparır Məryəmin gülüşünü solmağa qoymayaq

11 Fevral 2025 18:37see178

Rəşad Sadıqov: “Rəqibi təbrik edirəm”

10 Fevral 2025 21:16see121

DİQQƏT: Bakıda bu tarixdə qar yağacaq, 1 dərəcə şaxta olacaq

11 Fevral 2025 03:41see120

Zəngin olmaq üçün ən yaxşısı

11 Fevral 2025 05:00see119

Tramp inaqurasiyadan sonra Si Cinpinlə danışdığını açıqlayıb

11 Fevral 2025 07:48see118

Pensiya yüksəliş yarışı qızışır

11 Fevral 2025 05:00see118

Tramp HƏMAS üçün “cəhənnəm” hazırlayır

11 Fevral 2025 10:20see117

Avtobus dərəyə aşdı: 50 dən çox adam öldü

11 Fevral 2025 03:01see117

Yuventus yay üçün transfer bombası hazırlayır ADLAR

10 Fevral 2025 20:00see117

O dünyadan Əlisa Nicata MƏKTUB

11 Fevral 2025 04:52see116

Teylor Svift fitə basıldı: Səbəb nə olub?

11 Fevral 2025 00:57see115

Sərnişin təyyarədə hamını ayağa qaldırdı

10 Fevral 2025 23:53see114

Kolumbiyada 4 qadın futbolçu ildırım vurması nəticəsində həlak olub

10 Fevral 2025 20:58see114

Həbsdə olan eks direktorunun üzərinə həbs qoyulmuş əmlaklarının müsadirə edilməsi istənilir

11 Fevral 2025 11:37see113

Azərbaycanda un BAHALAŞDI SON QİYMƏTLƏR

11 Fevral 2025 11:36see112

Bakıdan təkliflərimizə cavab gözləyirik Simonyan

11 Fevral 2025 14:54see110

“Neftçi” 650 ci səfər qolunu vurub

11 Fevral 2025 10:13see109

Sadəcə çimərlikdə günəşlənirdi...

11 Fevral 2025 05:30see107

Tanınmışlar instaqramda bunları paylaşdı

11 Fevral 2025 18:00see106

Vens Avropanı sərt şəkildə tənqid etdi

11 Fevral 2025 16:54see104
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri