Icma.az
close
up
RU
Kənd təsərrüfatı naziri: Latviya Azərbaycandan aqrar məhsulların birbaşa tədarükündə maraqlıdır

Kənd təsərrüfatı naziri: Latviya Azərbaycandan aqrar məhsulların birbaşa tədarükündə maraqlıdır

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının iclasının sentyabr və ya oktyabrda keçirilməsi planlaşdırılır.

BAKU.WS xəbər verir ki, bu sözləri Latviyanın kənd təsərrüfatı naziri Armands Krauze "Report"a müsahibəsində bildirib.

Nazir bildirib ki, Latviya və Azərbaycan arasında əməkdaşlığın perspektivləri, aqrar sahədə ikitərəfli münasibətlərin potensialı mövcuddur:

"Kənd təsərrüfatı sahəsində əməkdaşlığın gücləndirilməsi gündəlikdə duran əsas məsələ olacaq, lakin ümumilikdə qarşılıqlı iqtisadi əlaqələr də müzakirə ediləcək. Hazırda Ukraynada müharibə səbəbindən logistikada ciddi çətinliklərlə üzləşirik. Malların Latviyaya etibarlı tədarük marşrutunu tapmaq asan deyil. Bəzi malları Rusiya ərazisi ilə çatdırmaq mümkündür, lakin infeksiya riskləri səbəbindən heyvan mənşəli məhsullar üçün məhdudiyyətlər mövcuddur".

Armands Krauze əlavə edib ki, "bütövlükdə, mövcud geosiyasi vəziyyətin Latviya və Azərbaycan arasında ticarətin həcminə və əməkdaşlığa mənfi təsir göstərdiyini söyləmək olar. Biz artıq qarşılıqlı ticarətin həcmində azalma müşahidə edirik ki, bu da artıq qeyd etdiyim hallarla birbaşa bağlıdır. Bu, həll etməli olduğumuz ciddi çağırışdır".

"Azərbaycanda həqiqətən də çox gözəl məhsullar istehsal olunur - onlar bizim xoşumuza gəlir. Lakin təəssüf ki, hazırda bu məhsullar Latviya bazarına birbaşa Azərbaycandan deyil, əsasən üçüncü ölkələr vasitəsilə daxil olur. Hesab edirəm ki, sizin məhsullarınız mağazalarımızın rəflərində digər ölkələrin mallarını əvəz edə bilər", - nazir vurğulayıb.

O, qeyd edib ki, Latviyanın meşə ehtiyatlarının idarə edilməsi sahəsində böyük təcrübəsi var:

"Ərazimizin təxminən 53 %-i meşələrlə örtülüdür. Biz meşələrin bərpası və əkin materiallarının hazırlanması ilə bağlı bilik və texnologiyalara malikik. Düşünürəm ki, Azərbaycan məhz bu istiqamətdə investisiya qoymalı və inkişaf etməlidir. İqlim həllərinə investisiya qoyuluşu vacib mövzudur. Bu, təkcə ekoloji məsələ deyil, həm də kənd yerlərini daha yaşıl və cəlbedici etmək üsuludur".

Onun sözlərinə görə, Baltik dənizinə çıxışı sayəsində Latviyada balıqçılıq sənayesi və dəniz məhsullarının emalı sahəsi inkişaf etdirilib:

"Bizim Riqa şprotları, yəqin ki, çoxlarına tanışdır. Biz, həmçinin Azərbaycan bazarında tələbatın ola biləcəyi bir sıra digər qida məhsulları da təklif edə bilərik.

Latviya Azərbaycandan mal idxalında maraqlıdır".

Sizin Latviya mağazalarının rəflərində həqiqətən də layiqli yer tuta biləcək yüksək keyfiyyətli məhsullarınız var. İqtisadiyyatlarımızın bir-birini tamamlaması qarşılıqlı faydalı ticarət üçün yaxşı perspektivlər açır".

Nazir vurğulayıb ki, Azərbaycan və Latviya arasında aqrar-sənaye sahəsində əməkdaşlığın potensialı çox yüksəkdir.

"Bu, həm məhsul mübadiləsinə, həm də qabaqcıl texnologiyaların tətbiqinə aiddir. Əminəm ki, bu sahənin texnoloji cəhətdən yenilənməsi həmişə mümkündür. Mən Azərbaycanda artıq fermer təsərrüfatları səviyyəsində İT həllərinin tətbiq olunduğunu gördüm. Söhbət torpağın tərkibini təhlil etməyə, növbəli əkinə nəzarət etməyə, bitkiləri izləməyə imkan verən rəqəmsal platformalardan gedir. Bütün bunlar son dərəcə faydalı alətlərdir və bu istiqamət böyük potensiala malikdir".

O hesab edir ki, ölkələrimiz arasında bilik, təcrübə və texnologiya mübadiləsi təkcə məhsuldarlığı artırmağa deyil, həm də kənd təsərrüfatını gənclər üçün daha cəlbedici etməyə qadirdir.

Birbaşa aviareyslərə toxunan A.Krauze qeyd edib ki, Riqa və Bakı arasında birbaşa uçuşların təşkilindən çox şad olardı:

"Düşünürəm ki, bu məsələyə qarşılıqlı şəkildə maraq göstəririk. Lakin hazırda milli aviaşirkətimizə gəlincə, biz ötən il dəymiş zərərin yerini doldurmaq üçün restrukturizasiya planı haqqında düşünürük. Aviaşirkətimiz ("airBaltic" - red.) restrukturizasiya həyata keçirdikdən və zərərin azaldılmasına yönəlmiş yeni biznes planı hazırladıqdan sonra birbaşa reyslərin açılması ilə bağlı müzakirələrə qayıda bilərik".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://baku.ws
archiveBu xəbər 14 May 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri