Icma.az
close
up
RU
“Kənd təsərrüfatında süni intellektin tətbiqinə dair” layihə çərçivəsində növbəti “Bootcamp” keçirilib

“Kənd təsərrüfatında süni intellektin tətbiqinə dair” layihə çərçivəsində növbəti “Bootcamp” keçirilib

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 7 avqust, AZƏRTAC

Kənd təsərrüfatı sahəsində rəqəmsal texnologiyaların və innovativ yanaşmaların tətbiqini təşviq edən “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti “Bootcamp” həyata keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Bootcamp”ın əsas məqsədi gənc mütəxəssislərin bilik və bacarıqlarının artırılması, aqrar innovasiyaların praktik mühitdə öyrənilməsi, iri ixtisaslaşmış şirkətlər, akselerasiya və inkubasiya mərkəzləri, eləcə də tələbələr arasında təcrübə mübadiləsinin təmin olunmasıdır.

Məlumata əsasən, avqustun 6-7-də Xaçmaz rayonunda yerləşən “Food City Agrocomplex”in ərazisində təşkil olunan “Bootcamp”da “İnformasiya texnologiyaları”, “Aqronomluq”, “Elektronika”, “Qida elmləri”, “Kompüter mühəndisliyi” və “Data analitikası” ixtisaslarında təhsil alan tələbələr iştirak ediblər.

İki gün davam edən tədbirdə 20-dək ali təhsil müəssisəsindən 30 tələbə, həmçinin 10-dan çox akselerasiya və inkubasiya mərkəzinin mütəxəssisləri iştirak edərək, aqrar sahədə süni intellektin tətbiqi üzrə yerində təcrübə qazanmaq imkanı əldə ediblər.

“Bootcamp”ın rəsmi açılış mərasimində çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Anar Oruclu, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov ,“Food City Agrocomplex”in baş icraçı direktoru Anar Ağayev və Biznesin İnkişafı Fondunun müşaviri Namiq Zeynalov tələbələrə aqrar sahədə süni intellektin tətbiqi, rəqəmsal texnologiyaların üstünlükləri və sahənin gələcək inkişaf perspektivləri haqqında məlumat veriblər.

Çıxışlar zamanı aqrar təhsilin müasirləşdirilməsi, gənclərin bu sahəyə cəlb olunması və innovasiyaların bölgələrə inteqrasiyası kimi məsələlərə də toxunulub. Rəqəmsal transformasiyanın fermerlərin məhsuldarlığına, resurslara qənaətə və ixrac imkanlarına təsiri xüsusi vurğulanıb. Gənclərin bu sahəyə marağının artırılmasının vacibliyi qeyd edilib.

Görüş zamanı tələbələrin gələcəkdə bu sahədə uğurlu karyera qurması üçün praktiki bilik və real layihələrdə iştirakının vacibliyi bildirilib.

Tədbir çərçivəsində akselerasiya və inkubasiya mərkəzlərinin, eləcə də ixtisaslaşmış aqrar şirkətlərin nümayəndələri tərəfindən praktik təqdimatlar və nümayişlər keçirilib.

İştirakçılar “Şabran Aqro Turizm Mərkəzi” innovativ təsərrüfatına, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna, institutun “Ağıllı Bağ meyvəçilik sahəsinə, “Amoris” və “Firdevs” innovativ təsərrüfatlarına səfər ediblər. İnfoturlar zamanı təsərrüfatlarda tətbiq olunan rəqəmsal həllər, sensor texnologiyalar və süni intellekt alqoritmləri üzrə praktik məlumatlar təqdim olunub.

“Bootcamp” iştirakçılarına, eyni zamanda, Xaçmazda keçirilən Aqrar Biznes Festivalında və Şaftalı Festivalında iştirak imkanı yaradılıb. Festival çərçivəsində tələbələr aqrar sahənin ekosistemi, yerli istehsal və regionun aqroturizm potensialı ilə yaxından tanış olublar.

Tədbirin əsas məqsədi gənclər arasında kənd təsərrüfatı sahəsinə marağın artırılması, süni intellekt və texnologiyaların aqrar sektorda tətbiqinin təşviqi, eləcə də bilik və bacarıqların real təsərrüfat mühitində möhkəmləndirilməsinə şərait yaratmaqdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Avqust 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see164

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see161

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see127

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see127

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri