Icma.az
close
up
RU
Şamaxıda “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində növbəti “Bootcamp” keçirilib

Şamaxıda “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində növbəti “Bootcamp” keçirilib

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 15 sentyabr, AZƏRTAC

Şamaxı rayonunda keçirilən Üzüm və Şərab Festivalı çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsinə həsr olunmuş növbəti “Bootcamp” baş tutub.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Bootcamp”ın əsas məqsədi kənd təsərrüfatında rəqəmsal texnologiyaların tətbiqini təşviq etmək, gənclərin nəzəri biliklərini praktik bacarıqlara çevirməsinə şərait yaratmaq, həmçinin aqrar sahədə startap ekosisteminin inkişafına dəstək olmaqdır.

Avqustun 12-13-də Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində baş tutan “Bootcamp”da ölkəmizin 17 ali təhsil müəssisəsində “Aqronomluq”, “Data analitikası”, “Elektronika” və “Kompüter mühəndisliyi” ixtisasları üzrə təhsil alan 20 tələbə iştirak edib.

Proqram çərçivəsində aqrar sahədə ixtisaslaşmış şirkətlərin, eyni zamanda, 10-dan artıq akselerasiya və inkubasiya mərkəzlərinin mütəxəssisləri tərəfindən təqdimatlar həyata keçirilib. Təqdimatlar zamanı mütəxəssislər iştirakçıların təqdim etdikləri layihələrinin daha da təkmilləşdirilməsi, istehsalatda tətbiq olunma imkanları, kommersiyalaşdırılması və bazara çıxarılması ilə bağlı öz təcrübə və tövsiyələrini bölüşüblər.

“Bootcamp” iştirakçıları biotexnoloji üsullarla istehsal edilmiş bitkilərin satışını təşkil edən vahid platforma, suvarma şəbəkələrinin avtomatlaşdırılması, sensor texnologiyaları, aqrar fəaliyyətlərin ağıllı idarəedilməsi üzrə proqram təminatı, su hövzələrində və akvariumda toplanan balıq atqılarını filtrdən keçirməklə təbii, saf və maddi sərfəli gübrənin alınmasına yönəltmək, heyvandarlıqda “Concox Qbit-4G” modulu əsasında yerli GPS izləmə sistemi, propandiol molekulunun bioloji fermentasiya ilə ekoloji təmiz mühitdə alınması, bitki xəstəliklərinin foto əsasında müəyyən olunmasına köməklik göstərən applikasiya və digər innovativ ideya və modellərlə bağlı təqdimatlar ediblər.

“Bootcamp” çərçivəsində Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovun tələbələrlə görüşü keçirilib.

Görüşdə çıxış edən nazir Məcnun Məmmədov bildirib ki, bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatında da müasir, süni intellekt əsaslı texnologiyaların tətbiqi bu sahənin inkişafını təmin edən əsas amillərdən birinə çevrilib. Gənclərin aqrar sahədə tətbiqi üçün nəzərdə tutulmuş startap layihələrinin nazirlik tərəfindən hər zaman dəstəkləndiyini bildirən nazir “Bootcamp” iştirakçılarına uğurlar arzulayıb.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov bildirib ki, 4-cü dəfə keçirilən Üzüm və Şərab Festivalı bölgənin aqrar və turizm potensialından səmərəli istifadə üçün mühüm platformaya çevrilib. Bu festival çərçivəsində təşkil olunan məlumatlandırma sessiyalarının, aqrar sahəyə dair panel müzakirələrin tədbirə rəng qatdığını deyən Tahir Məmmədov gənc startapçıların irəli sürdüyü təşəbbüs və layihələrin aqrar sahədə davam edən dinamik inkişafın mühüm dəstəkverici elementinə çevriləcəyinə əmin olduğunu ifadə edib.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov Zəngilan və Xaçmazdan sonra üçüncü “Bootcamp”ın Şamaxı rayonunda keçirildiyini bildirib, bu layihənin gənclərin aqrar sahəyə marağının artırılması, layihə və təşəbbüslərin dəstəklənməsi, yeni startapların hazırlanması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Ötən “Bootcamp”larda təqdim olunan layihələrdən bəzilərinin real tətbiqinə başlandığını deyən AİM rəhbəri bu tədbirdə təqdim olunan uğurlu təşəbbüs və modellərin də analoji uğurlara imza atacağına inandığını deyib.

Daha sonra “Bootcamp” iştirakçıları müəllifləri olduqları layihələrlə bağlı təqdimatlar ediblər. Aqrar sahəyə dair irəli sürülən təşəbbüslər ətrafında geniş müzakirələr aparılıb, yeni çağırışlara uyğun startap layihələrinin, təqdim olunan modellərin daha da təkmilləşdirilməsi istiqamətində tələbələrə tövsiyələr verilib.

“Bootcamp” iştirakçılarının aqrar sahəyə dair bilik və təcrübəsini zənginləşdirmək məqsədilə Şamaxı rayonunda aqrar sahə üzrə ixtisaslaşmış istehsalat müəssisələrinə infotur təşkil olunub. İştirakçılar “Az-Granata” MMC-nin təsərrüfatında, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun təcrübə təsərrüfatında, “Şirvan Şərabları” MMC-nin istehsalat sahəsində real iş prosesi ilə yaxından tanış olmaq imkanı qazanıblar. Bu səfərlər tələbələrin aqrar sektorda innovativ texnologiyaların tətbiqi imkanlarını daha dərindən öyrənməsinə şərait yaradıb.

Daha sonra “Bootcamp” iştirakçıları “IV Üzüm və Şərab Festivalı”nda yaradılan startap zonada təmsil olunaraq öz məhsul və prototiplərini ziyarətçilərə təqdim ediblər. Festivalda iştirak tələbələrə öz layihələrini geniş auditoriyaya tanıtmaq imkanı verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Sentyabr 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see278

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see277

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see260

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see236

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see223

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see193

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see187

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see184

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri