Icma.az
close
up
RU
Saatlıda aqrar sahədə süni intellektin tətbiqinə həsr olunmuş “Bootcamp” keçirilib

Saatlıda aqrar sahədə süni intellektin tətbiqinə həsr olunmuş “Bootcamp” keçirilib

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Saatlı rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Saatlı Rayon İcra Hakimiyyəti və “Prime Cotton” MMC-nin birgə təşəbbüsü ilə “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi üzrə növbəti “Bootcamp” baş tutub.

XQ xəbər verir ki, tədbirin məqsədi aqrar sahədə süni intellekt və rəqəmsal texnologiyaların tətbiqini təşviq etməklə gənclərin kənd təsərrüfatı sektoruna marağını artırmaq, onların nəzəri biliklərini praktiki təcrübə ilə birləşdirməsinə imkan yaratmaqdır. “Bootcamp” həmçinin aqrar startap ekosisteminin inkişafına, iri şirkətlər, innovasiya mərkəzləri və ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Noyabrın 3–4-də “Prime Cotton” MMC-nin Saatlı filialında keçirilən proqramda ölkənin 20-yə yaxın ali təhsil müəssisəsini təmsil edən tələbələr iştirak ediblər. “Aqronomluq”, “Data analitikası”, “Elektronika”, “Kompüter mühəndisliyi”, “Qida elmləri” və “İnformasiya texnologiyaları” ixtisasları üzrə təhsil alan tələbələr aqrar sahədə innovativ texnoloji həllərə dair layihələrini təqdim ediblər.

Təqdimatlar zamanı tələbələr tərəfindən kənd təsərrüfatında rəqəmsal texnologiyaların və süni intellektin tətbiqinə dair bir sıra yaradıcı layihələr nümayiş olunub. Onlar arasında “İferm”, “Dağlıq sudan suvarma suyunun istehsalı”, “Yaşılscan”, “AgroScan”, “AgroNimbus”, “LankonFarm”, “Fructa Drop”, “AgroVia”, “Bealance”, “F3-Fish Fertilizer” kimi startap ideyaları yer alıb. Bu layihələr aqrar sahədə məhsuldarlığın artırılması, resursların optimallaşdırılması və ekoloji dayanıqlılığın təmin olunması istiqamətində innovativ yanaşmaları ilə seçilib.

Proqram çərçivəsində təşkil edilən infotur zamanı “Bootcamp” iştirakçıları Mingəçevir Dövlət Universitetinə və Mingəçevir Tekstil Parkına səfər ediblər. Burada onlara aqrar infrastrukturun bərpasında rəqəmsal texnologiyaların rolu barədə məlumat verilib, müasir istehsalat prosesi və idarəetmə təcrübəsi ilə yaxından tanış olmaq imkanı yaradılıb.

Tədbirdə həmçinin 10-a yaxın akselerasiya və inkubasiya mərkəzinin, eləcə də aqrar istiqamətli şirkətlərin nümayəndələri iştirak edərək təqdimatlar keçirib, startap layihələrinin inkişaf perspektivləri barədə gənclərlə fikir mübadiləsi aparıblar.

Proqramın yekununda “Bootcamp” iştirakçıları Saatlı rayonunda keçirilən Aqrar Biznes və Pambıq festivallarında iştirak edərək bölgənin ekosistemi, istehsal potensialı və aqroturizm imkanları ilə tanış olublar. Onlar həmçinin öz layihə prototiplərini ziyarətçilərə təqdim edərək ideyalarını geniş auditoriyaya nümayiş etdirmək imkanı qazanıblar.

Qeyd edək ki, cari il ərzində Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Zəngilan, Xaçmaz, Şamaxı, Saatlı rayonları və Xankəndi şəhərində “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində “Bootcamp” proqramları həyata keçirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Noyabr 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see258

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see250

FT: “AK nin təşəbbüsünün qatili Corca Meloni olub”

19 Dekabr 2025 15:39see248

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see220

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see160

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see152

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see151

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see146

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see146

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see140

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see140

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see139

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see136

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see136

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see136

Cüdo Federasiyasının icraçı vitse prezidenti: “Bizim üçün əsas göstərici təkcə medal sayı deyil” MÜSAHİBƏ

19 Dekabr 2025 22:32see135

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see135

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see134

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri