Icma.az
close
up
RU
“Kənd yerlərinin dayanıqlı inkişafında kənd turizminin rolu” mövzusunda təlim keçirilib

“Kənd yerlərinin dayanıqlı inkişafında kənd turizminin rolu” mövzusunda təlim keçirilib

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

5 avqust 2025-ci  il tarixdə Qusar rayonunun  Həsənqala kəndində Cəmiyyətin Davamlı İnkişafına Yardım İctimai Birliyi tərəfindən “Kənd yerlərinin dayanıqlı inkişafında kənd turizminin rolu” mövzusunda təlim keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, tədbir Azərbaycan Respublikası  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra edilən “Kənd yerlərinin dayanıqlı inkişafında kənd turizminin rolu mövzusunda maarifəndirmə işinin təşkili” “layihəsi çərçivəsində təşkil edilib. Təlimin məqsədi yerli sakinləri qeyri-ənənəvi turizm fəaliyyətləri, kənd yerlərinin dayanıqlı inkişafında kənd turizminin rolu barədə məlumatlandırmaq, Həsənqala kəndində turizm fəaliyyətləri, qonaqlara göstərilən xidmətlər, bu sahədə çətinliklər və perspektivlərlə bağlı müzakirə aparmaq idi.  

Təlimdə Qusar rayonu Həsənqala kənd sakinləri, o cümlədən turizmlə məşğul olan sahibkarlar, həmçinin kənd ziyalıları iştirak ediblər.

Təlimin rəsmi hissəsində layihənin rəhbəri Fərrux Əsgərov və təlimçi Sədaqət Qəmbərova çıxış etdilər, layihənin məqsədi, kənd turizmi və dayanıqlı inkişaf anlayışları,  kənd turizminin yerli iqtisadiyyatda rolu haqqında danışdılar.

Rəsmi çıxışlardan sonra müzakirələr aparıldı. Müzakirələr zamanı qeyd olundu ki, Qusar rayonu geniş turizm imkanlarına malikdir və ölkənin ən çox turist qəbul edən bölgələrindən biridir. Həsənqala kəndinin qədim tarixi var. Bundan başqa kəndin təbiəti və qarlı qışı il boyu turizmin inkişafı üçün imkanlar yaradır. Kənd ərazisində göl var və balıqçılıq turizminin inkişaf etdirilməsi bu kəndə yerli və xarici turistlərin cəlb edilməsində əhəmiyyətli rol oynaya bilər. 

Iştirakçılar həm də bildirdilər ki, turizmin inkişafı üçün müvafiq infrastruktur var, o cümlədən yol inrastrukturu, kəndin elektrik enerjisi və qazla təminatı yaxşı səviyyədədir. Kənddə klub, kitabxana, tibb məntəqəsi fəaliyyət göstərir. Kəndin torpaq və iqlim şəraiti ekoloji təmiz məhsul, o cümlədən meyvə, tərəvəz və bostan bitkilərinin yetişdirilməsi üçün əlverişlidir və bu da turistlərin cəlb edilməsi üçün fürsətdir.

Bununla belə rayonun digər əraziləri ilə müqayisədə kənddə turizm fəaliyyətləri o qədər də geniş inkişaf etməyib. Müzakirələrin nəticələrini ümumiləşdirsək, burada marketinq fəaliyyətinin zəif olması, turistlərə təqdim edilən xidmət çeşidinin məhdudluğu, icma əsaslı fəaliyyətlərin olmaması, ümumilikdə kənd turizminin təşkili sahəsində müvafiq bilik və bacarıqların olmamasını turizmin inkişafında əsas maneələr kimi qeyd etmək olar.

"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Avqust 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see124

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see124

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri