Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Kənd Təsərrüfatı Nazirliyində “Aqroparkların inkişafında yeni mərhələ” mövzusunda tədbir keçirilib

Kənd Təsərrüfatı Nazirliyində “Aqroparkların inkişafında yeni mərhələ” mövzusunda tədbir keçirilib

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Tədbirdə aqroparkların fəaliyyətinin daha da təkmilləşdirilməsində istiqamətində atılacaq addımlar müzakirə olunub

Kənd Təsərrüfatı Nazirliyində “Aqroparkların inkişafında yeni mərhələ” mövzusunda tədbir keçirilib.

Keçirilən tədbirdə əsas məqsəd aqroparkların fəaliyyətinin daha da təkmilləşdirilməsində qarşıya çıxan çətinlikləri müzakirə etmək və onların həlli yollarını araşdırmaq, hədəflər və innovativ inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparmaq olub. 

Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 2025-ci il 14 aprel tarixli 363 saylı Fərmana əsasən,  dövlət tərəfindən aqroparkların yaradılması və aqroparkların fəaliyyətinin tənzimlənməsi ilə bağlı tədbirləri həyata keçirmək səlahiyyəti Kənd Təsərrüfatı Nazirliyinə verilib. Bu istiqamətdə qarşıda duran əsas vəzifələrdən birinin ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının müasirləşdirilməsi məqsədlərinə uyğun olaraq aqroparkların yaradılması və istehsalın doğru istiqamətdə təşviqi olduğunu deyən nazir müavini kənd təsərrüfatı istehsalının dayanıqlı inkişafının, resurslardan səmərəli istifadənin dövlət dəstəyindədə əsas prioritet təşkil edəcəyini qeyd edib. Aqroparkların fəaliyyətinin daha yaxşı formada təşkilinin ölkəmizdə aqrar sahənin dayanıqlı inkişafını dəstəkləyəcək amillərdən biri olduğunu vurğulayan İlhamə Qədimova qeyd edib ki, keçirilən müzakirələr aqroparkların fəaliyyətini daha səmərəli qaydada qurmağa, məhsul istehsalını artırmağa, aqrar emal sənayesini genişləndirməyə dair təkliflər formalaşdırmağa imkan verəcək. 

Nazirliyinin Azad olunmuş ərazilərlə və aqroparklarla iş şöbəsinin müdiri İlqar Məhərrəmov “Aqroparklarla bağlı dövlət siyasətinin əsas istiqamətləri, gələcəyə baxış” mövzusunda təqdimatla çıxış edib. Aqroparkların fəaliyyətinin hüquqi bazası və inkişaf perspektivləri barədə iştirakçıları məlumatlandıran İlqar Məhərrəmov bildirib ki, aqrar sahədə iri istehsal və emal  subyektlərinin yaradılmasında əsas məqsədlər innovativ texnologiya və üsullar əsasında rəqabətyönümlü kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq, qeyri-neft sektorunun davamlı inkişafının təmin etmək, aqrar sənaye istehsalı sahəsində məşğulluq səviyyəsini yüksəltməkdir. Ölkəmizdə aqroparkların fəaliyyətinin əsas prioritet istiqamətlərinin birillik əkinlər, tərəvəzçilik, toxumçuluq və tingçilik, örtülü sahələrdə innovativ üsullarla bitkiçilik, heyvandarlıq, quşçuluq və balıqyetişdirmə, kənd təsərrüfatı məhsullarının emalı, çeşidlənməsi və qablaşdırılması olduğunu qeyd edən şöbə müdiri bu fəaliyyətlərin genişləndirilməsi üçün görülən stimullaşdırıcı tədbirlər barədə iştirakçıları məlumatlandırıb. 

Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi Publik Hüquqi Şəxsin direktoru Rəşad Hüseynov “Aqroparklarla işin təşkili sahəsində yanaşmalar” mövzusunda təqdimat edib.  İmzalanan müvafiq Fərmana əsasən, Aqrar Tədqiqatlar Mərkəzinin aqroparkların fəaliyyətinin təşkilində idarəedici orqan kimi müəyyən olunduğunu xatırladan ATM direktoru qarşıya qoyulan vəzifələr, tapşırıqların icrası, qanunvericilik bazasının təkmilləşdirilməsi,  aqroparkın fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirlərin hazırlanaraq həyata keçirilməsi, rezidentlərin qeydiyyata alınması və onlara müvafiq şəhadətnamələrin verilməsi qaydaları barədə iştirakçıları məlumatlandırıb. Mərkəz tərəfindən aqroparkların fəaliyyətinə dair yeni inkişaf konsepsiyasının hazırlanacağını deyən Rəşad Hüseynov bununla bağlı ATM və aqroparklar arasında sıx əməkdaşlığın qurulacağına əminliyini ifadə edib. 

Tədbirdə “Aqrar sahədə süni intellektin tətbiqi imkanları” mövzusunda təqdimat edən Aqrar sahədə süni intellek layihısinin rəhbəri Surxay Novruzov son illər bütün dünyada olduğu kimi, Azərbaycanda da aqrar sahədə süni intellektin tətbiqinin genişləndiyini deyib. Hazırda Nazirlik tərəfindənbu istiqamətdə həyata keçirilməkdə olan layihələr barədə iştirakçıları məlumatlandıran Surxay Novruzov qeyd edib ki, üzərində iş gedən layihələr əkinçilik, bağçılıq, toxumçuluq üzrə ixtisaslaşmış fermerlərə bölgələr üzrə torpağa uyğun düzgün bitki seçimi aparmağa, regionlar üzrə bitki xəstəlikləri üzrə risk səviyyələrini müəyyənləşdirməyə və bitki sağlamlığına düzgün nəzarət etməyə bütün bunlara uyğun olaraq əkinləri planlaşdırmağa imkan verəcək.    

Təqdimatlardan sonra aqroparkların fəaliyyətində meydana çıxan çətinliklər və onların həlli yolları, iri istehsal müəssisələrinin fəaliyyətinin stimullaşdırılması,və digər mövzularla bağlı müzakirələr aparılıb. Müzakirələrdə çıxış edən aqroparkların təmsilçiləri rəqabətədavamlı kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, qablaşdırılması və ixracı ilə bağlı vəziyyət barədə geniş məlumat verib, mövcud potensialın daha səmərəli dəyərləndirilməsi ilə bağlı təkliflər səsləndiriblər. Aqropark nümayəndələri, həmçinin, suvarma suyu təminatı, meliorativ tədbirlər, enerji təminatı və ekoloji məsələlərlə bağlı çətinliklərinin olduğunu və problemlərin həlli istiqamətdə dövlət dəstəyinə ehtiyac olduğunu bildiriblər. 

Tədbirdə iştirakçıların sualları cavablandırılıb, səsləndirilən təkliflər qeydə alınıb,  təklif və müraciətlərin araşdırılması ilə bağlı müvafiq qurumlarla görüşlər planlaşdırılıb. İştirakçılar Kənd Təsərrüfatı Nazirliyi ilə aqroparklar arasında səmərəli əməkdaşlığın davam etdirilməsi üçün bu cür müzakirələrin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Avqust 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see267

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see247

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see246

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see236

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see211

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see179

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see179

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see171

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see157

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see156

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see156

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see155

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see149

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see148

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see146

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see137

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see136

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see135

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri