Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Kənddən şəhərə urbanizasiya, yoxsa fərdi rifah axtarışı?

Kənddən şəhərə urbanizasiya, yoxsa fərdi rifah axtarışı?

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın regionlarından paytaxt Bakı şəhərinə əhalinin axını neçə onillikdən bəri davam edən prosesdir. Bu onilliklər ərzində regionların iqtisadi inkişafı, paytaxtla region arasında qeyri-bərabər inkişafın minimuma endirilməsi, əhalinin rayonlardan iri şəhərlərə köçünün qarşısını almaq məqsədilə dövlət tərəfindən bir çox layihələr həyata keçirilsə də, proses səngimək bilmir. Əksinə, ildən-ilə kənd təsərrüfatında geriləmə müşahidə olunur, insanlar torpaqdan uzaqlaşıb yalnız bir istiqamətə - Bakıya üz tuturlar, nəticədə isə bölgələr boşalır.

Bəs buna səbəb nədir - urbanizasiya, vətəndaşların fərdi rifah axtarışı, yoxsa ölkədə sosial və iqtisadi balansın pozulması?

Regionlarda yeni idarəetmə formalarının tətbiqi amili

İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, bu gün ölkə əhalisinin çox hissəsinin paytaxta axınının başlıca səbəbi iqtisadi fürsətlərin, pul qazanmaq imkanlarının Bakıda olmasıdır. Onun fikrincə, paytaxtda karyera qurmaq imkanları bölgələrə nisbətən daha rahatdır, ona görə də hamı Bakıya üz tutur: "Regionların sosial-iqtisadi inkişafı ölkənin mono-iqtisadi sabitliyinin təmin edilməsində, işsizlik probleminin aradan qaldırılmasında, ticarət dövriyyəsinin artmasında mühüm amil hesab olunur. Regionların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün ilk növbədə idarəetmə forması ilə bağlı problemlərin aradan qaldırılmalı, yeni idarəetmə formaları tətbiq edilməli, inzibati ərazi vahidləri dəyişdirilməlidir".

Sahibkarlar üçün başlıca əngəl - yüksək kredit faizləri

Ekspert hesab edir ki, Azərbaycanda sahibkarlar üçün ən effektiv güzəşt mexanizmləri olan kredit siyasəti yumşaldılmalıdır: "Sahibkarların bazarda mövqelərinin güclənməsini əngəlləyən əsas nüans kredit faizlərinin yüksək olmasıdır. Bu sahədə müəyyən güzəştlər edilməlidir. Əhalinin rayonlardan iri şəhərlərə köçünün qarşısının alınması üçün regionlarda yeni iş yerlərinin açılması istiqamətində daha mühüm addımlar atılmalıdır. Şəhərləşmə prosesinin davamlı və daha effektli olması üçün başqa regional mərkəzlərin yaradılmasına və inkişaf etdirilməsinə, Gəncə, Şəki, Lənkəran kimi şəhərlərin regional cazibə mərkəzlərinə çevrilməsinə ehtiyac var. Bu baş verərsə, kənd təsərrüfatında olan problemlərin həlli də mümkün olar. Kənd təsərrüfatı ilə məşğul olan əhalinin ən azı yaxın 100-120 kilometrdə malını sata bilməsi üçün bazar olmalıdır. Bu zaman kənd təsərrüfatı ilə məşğul olmaq daha rahat olar. Azərbaycanda isə vəziyyət elədir ki, məsələn, Qazaxda yaşayan və kənd təsərrüfatı ilə məşğul olan şəxs məhsulunu məhz Bakıya gətirməyi düşünür. Bu isə təqribən 500 kilometr yol deməkdir. Bu problem həllini tapmalıdır, regional cazibə mərkəzləri yaradılsa, yəqin ki, kənd təsərrüfatı ilə məşğul olanların sayı da artar".

Regionlarda vergi güzəştlərinin tətbiqinə ehtiyac var

Regionlarla Bakı arasında iqtisadi fərqin azaldılması, bölgələrdə sosial tələbatların ödənilməsi üçün infrastuktur yaxşılaşdırılmalıdır ki, kənddən şəhərə gələnlərin sayı azalsın: "Bölgələrə daha çox investisiya yatırmaq, dövlətin təşəbbüslərindən başqa, sahibkarların, iş adamlarının da investisiya yatırmasına nail olmaq, rəqabət mühitinin yaxşılaşdırılmasına çalışmaq lazımdır. Dünya praktikasında iqtisadi inkişafı və bundan irəli gələrək məskunlaşma səviyyəsini yüksəltmək üçün bir sıra güzəştlər tətbiq edilir. Azərbaycanın hər bölgəsi nəyləsə seçilir, fərqlənir. Bu fərqli cəhətlərdən çıxış edərək, hər bölgənin spesifik xüsusiyyətinə uyğun iqtisadi fürsətlər yaradılmalıdır. Pilot layihələr həyata keçirilə, vergi siyasətində fərqlilik tətbiq edilə bilər. O cümlədən yerli əhalinin mədəni tədbirlərə, informasiya-kommunikasiya texnologiyalarına sərbəst çıxışı təmin edilməlidir ki, bölgəni tərk etmək məcburiyyətində qalmasınlar. 21-ci əsrdə şəhərlə kənd arasında dərin fərqlər olmamalıdır. Kəndli krediti də, gübrəni də, texnikanı da, əkini üçün zəruri olan suyu da asan əldə etməlidir. Onun istehsal etdiyi məhsul ədalətli qiymətə alınmalıdır".

İri fermer təsərrüfatlarının yaranmasına dəstək

Ekspertin fikrincə, xırda pay torpaqlarını paylamaqdansa, iri fermer təsərrüfatlarının yaranmasına dəstək vermək daha əlverişli olardı: "Bizdə torpaqların özəlləşdirilməsi zamanı çox səhv bir yanaşma tətbiq edilərək, insanlara kiçik pay torpaqları verildi. Əslində kiçik pay torpaqları kənd təsərrüfatından qazanc məqsədilə istifadə üçün yararlı model deyil. Çünki torpaq nə qədər kiçik olarsa, fermerin qazancı bir o qədər az olur və kənd təsərrüfatı ilə məşğul olmaq üçün stimul qalmır. Daha iri fermer təsərrüfatları yaradılmalı idi ki, bu, digər sahələrin inkişafına da dəstək olsun. Aqrar-sənaye komplekslərinin yaradılması da gündəmə gələrdi. Təəssüf ki, bu, baş vermədi və kiçik pay torpaqlarına sahib olan fermerlər çox zaman orada çəkdikləri əziyyətin və xərcin qarşılığını görmədikləri üçün həmin torpaqlardan istifadə etmirlər. Ona görə də, torpaqlar və həyətyanı sahələr boş qalır".

Kiçik bir fermer təsərrüfatına onlarla dövlət qurumu nəzarət edir

Natiq Cəfərli qeyd edib ki, fermerlərin məhsullarını bazara çıxarmaq üçün də imkanlar yoxdur. Onlara uzaq məsafə qət edərək məhsullarını bazara çıxarmaq sərf eləmir: "Yol xərcləri artır. Yolda onlar nəqliyyat işçilərinin, icra hakimiyyətinin maneəsi ilə qarşılaşırlar. Kiçik bir fermer təsərrüfatına nəzarət edəcək onlarla dövlət qurumu var. Bu da fermerin işini çətinləşdirir. Gömrükdə yaşanan problemlər fermerlərin məhsullarını xarici bazarlara çıxarmasına da əngəl törədir. Bu problemin bir neçə səbəbi var və kompleks şəkildə həll olunmalıdır. Regionlarda fermerlərin bazara rahat çıxışının təmin edilməsinə dəstək göstərilməsinə böyük ehtiyac var".

Bazarın inhisar problemi

İqtisadçı ekspert Akif Nəsirli bildirib ki, ölkədə özəl biznes zəif inkişaf edib. Ona görə də məşğulluq bazarındakı vəziyyət də buna uyğundur. Vəziyyətin yaxşılaşdırılması üçün ən məqbul variant sahibkarlığın inkişafına şərait yaradılmasıdır. Bunun üçün isə mülkiyyət hüquqları təkcə qanunlarda deyil, reallıqda da təmin olunmalıdır.

Onun sözlərinə görə, ilk növbədə bazarın inhisarlaşdırılması problemini həll etmək, əlverişli biznes mühiti yaratmaq və mülkiyyət hüquqlarına təminat vermək lazımdır. Sahibkarlar bu hüququn toxunulmazlığına arxayın olmalıdırlar: "Müstəqil məhkəmələr lazımdır ki, sahibkarlar öz hüquqlarının pozulmasını sübut edib, ədaləti bərpa etsin. Burada yerli və xarici iş adamları arasında yaranan əsas problemləri aradan qaldırmaq da vacibdir. İnhisarçılığın aradan götürülməsi, rəqabət şəraitinin geniş şəkildə təmin olunması mütləq dərəcədə vacibdir. Sahibkarlığın inkişafında əsas məqsəd məhz bundan ibarət olmalıdır".

Regionlarda işsizlik

İqtisadçı ekspert Rəşad Həsənov hesab edir ki, sürətli axının səbəblərindən ən əsası işsizlikdir: "Regionlarda iş yeri yaratmaq üçün iqtisadi siyasət liberallaşdırılmalıdır. Hər bir bölgənin resursları müəyyən edilməlidir. Kənd təsərrüfatı resursları və torpaq ehtiyatları ilə zəngin bölgələrdə aqrar sektorun dəstəklənməsinə ehtiyac var. Bu yolla tarazlı inkişaf qoruna bilər. Regionlarda infrastrukturun təkmilləşdirilməsi, iqtisadi faktorlara əlçatanlığın artırılması dövlətin prioritet siyasət istiqaməti olmalıdır".

Paytaxta gələn hər kəs xoşbəxt yaşamır

Ekspertin sözlərinə görə, güzəran xatirinə Bakıya üz tutan hər kəsin burada firavan yaşadığını demək olmaz. Onların böyük əksəriyyətinin paytaxtdakı həyat şəraiti acınacaqlıdır: "Qeyri-münasib həyat tərzi, gərgin iş şəraiti, yorucu şəhər həyatı sakit mühitdən çıxmış insanlara çox ciddi çətinliklər yaradır. Onların evi, ailəsi çox zaman regionlarda qalır. Öz bölgələrində gəlir mənbəyinin olması həmin insanlar üçün daha əlverişli ola bilər. Düşünürəm ki, bu istiqamətdə ciddi addımlar atılmalıdır. Mövcud yanaşma inkişafı dəstəkləyə bilməz. Tamamilə yeni baxış ortaya qoyulmalı, iqtisadi siyasət liberallaşdırılmalı, sərt mərkəzləşdirilmiş idarəetmə sistemindən imtina edilməlidir.  Ən başlıcası isə yerli özünüidarəetmə institutları möhkəmləndirilməli, ədalətli seçki amilləri dəstəklənməlidir, seçilən idarəedicilər, seçilmiş orqanların rəhbərləri başa düşməlidirlər ki, onlar xalqa xidmət etməlidir. Regionlarda iqtisadi inkişada yalnız bu yolla nail olmaq mümkündür".

Sevinc Qarayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Avqust 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see588

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see426

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see421

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see391

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see374

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see370

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see332

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see267

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see256

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see248

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see234

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see232

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see218

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see216

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see215

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see212

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see211

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see209

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see181

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri