Icma.az
close
up
RU
Kəndin inkişafı yeni peşələr tələb edir

Kəndin inkişafı yeni peşələr tələb edir

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Aprelin ilk günlərində Cəlilabad və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzlərinə (DPTM) infoturlar təşkil olunub.

Səfərdə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, nazirliyin nümayəndələri, Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları, media rəhbərləri və jurnalistlər iştirak edirdi. İnfoturun məqsədi peşə təhsili sahəsində həyata keçirilən yeniliklərin, regionlarda müasir tədris imkanlarının və peşə təhsili alan tələbələr üçün yaradılmış şəraitin ictimaiyyətə daha geniş təqdim edilməsi, eləcə də peşə təhsilinin təşviqindən ibarət olub.

Görüşlər bir növ “Açıq qapı günü”nü xatırlatsa da, təqdim olunan mənzərə daha geniş aspekti əhatə edib. Bu, əsl mənada dəyişən təhsil sisteminin canlı nümayişi idi. İnfoturun iştirakçıları Cəlilabaddakı TPM-də yaradılmış maddi-texniki baza, tədris emalatxanaları, laboratoriyalar, maldarlıq ferması ilə tanış olublar. Bu çərçivədə tələbələrin qazandıqları bacarıqlar, onların real iş mühitinə hazırlanması və peşə təhsilinin tətbiqyönümlü xarakteri əyani şəkildə nümayiş etdirilib.

Qeyd edilib ki, Dövlət Peşə Təhsil Mərkəzləri də regional inkişaf proqramından irəli gələrək bölgədə gənclərin peşə bacarıqlarına yiyələnməsinə yeni imkanlar yaradır. Cəlilabadda ən müasir infrastrukturla təchiz olunan DPTM-nin ərazisində 25 sinif otağı, 3 laboratoriya, 13 emalatxana, informatika kabineti, STEAM Mərkəzi, praktiki məşğələ otağı, kitabxana, 252 yerlik akt zalı, 128 yerlik yeməkxana, idman zalları və meydançaları, avtotəmir binası, maldarlıq ferması və digər köməkçi binalar yerləşir.

Burada qənnadı-şirniyyatçı, dərzi, kompüterlərin təmiri və xidməti üzrə texnik, mühasibat uçotu, qrafik dizayner və proqramçı, çilingər-santexnik, geniş profilli traktorçu-maşinist, elektrik montyoru, bərbər-vizajist-manikürçü, avtomobil təmiri çilingəri, sürücü, mebelçi istiqamətləri üzrə mütəxəssis hazırlığı aparılır. Müəssisədə kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer, bitkiçilik, heyvandarlıq və baytarlıq üzrə mütəxəssislər də hazırlanır.

Lənkəranda isə yenidənqurmadan sonra 7 korpusdan ibarət olan kompleks formalaşıb. Ərazidə 53 nəfərlik yataqxana binası inşa edilib. Cari tədris ilində mərkəzdə 42 ixtisas üzrə 55 qrupda 962 tələbə təhsil alır. Turizm, kənd təsərrüfatı, sənaye, xidmət, İT texnologiyaları və alternativ enerji istiqamətləri üzrə kadr hazırlığı həyata keçirilir. DPTM-də yeni maddi-texniki baza formalaşdırılandan sonra bir çox müasir ixtisaslar, o cümlədən elektrik və hibrid avtomobillərinin texniki qulluğu və təmiri üzrə texnik, kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, proqramla idarə edilən sənaye avadanlıqlarının texniki istismarı, kibertəhlükəsizlik, kompüter sistemlərində proqramlaşdırma, binaların tikintisi və istismarı, elektrik xətlərinin, günəş panellərinin quraşdırılması və təmiri üzrə mütəxəssis və texnik ixtisasları tədris olunur.

CNC dəzgahlarının yerləşdiyi emalatxanalar, avtotəmir sahələri, kulinariya korpusları və “təlim-qonaq evi” modeli peşə təhsilinin artıq köhnə “usta-şagird” formatından çıxaraq müasir sistemə çevrildiyini açıq şəkildə göstərir. Burada tələbələr yalnız öyrənmir, eyni zamanda, real iş mühitini simulyasiya edən şəraitdə təcrübə qazanırlar.

İnfotur çərçivəsində çıxış edən nazir müavini Kənan Kərimzadə DPTM-nin əhəmiyyətini xüsusi vurğulayaraq deyib ki, son illərdə istifadəyə verilən 5 belə peşə təhsil müəssisəmiz var. Bütün bunlar Prezident İlham Əliyevin regionlara, elm və təhsil sisteminə çox böyük bir töhfəsidir. 2030-cu ilədək ölkəmizdə ən azı 30-a yaxın, yüksək infrastruktura malik, məzmunu yenilənmiş, maliyyələşməsi müəyyən mənada dəyişmiş peşə təhsili mərkəzləri yaradılması nəzərdə tutulur.

Göründüyü kimi, peşə təhsili artıq gələcəyin texnologiyalarına uyğunlaşır və əmək bazarının real tələblərinə cavab verir. Tədrisin həm nəzəri, həm də praktiki aspektlərinin vəhdət təşkil etməsi bölgələrdə peşə təhsilinə marağı artırır.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi Gültac Rəsulovanın təqdim etdiyi statistika da DPTM-lərin önəminin artdığını aşkar göstərib. Belə ki, müraciət edilən ixtisaslar arasında xidmət sahələri, həm də dərhal məşğulluq yaradan aşbazlıq, dərzilik, bərbərlik və s. öncül yer tutur. Həm 9 illik təhsil bazasından, həm də tam orta təhsil bazasından qəbul aparılır. Ümumilikdə isə qəbulun təxminən 58 faizini qısamüddətli proqramlar (yəni 6 aydan 1 ilə qədər) tutur. Eyni zamanda, peşə təhsilində qadınların iştirakı da diqqət çəkir. Dayə, mikrobioloq, moda-dizayn, proqram təminatçısı ixtisaslarının seçimində onlar üstünlük təşkil edirlər.

Cəlilabad və Lənkəranda keçirilən infoturlar bir daha sübut etdi ki, peşə təhsili artıq “ikinci seçim” deyil. Müasir infrastrukturu, praktikyönümlü tədrisi və əmək bazarına uyğun ixtisasları ilə bu sahə gənclər üçün real və perspektivli yol kimi formalaşır.

***

İnfoturların ertəsi günü Lənkəranda Milli Məclisin Elm və təhsil komitəsinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Regionlarda peşə təhsili: imkanlar və perspektivlər” mövzusuna həsr olunan forum keçirilib.

Forumda regionlarda peşə təhsilinin mövcud vəziyyəti qiymətləndirilib, bu sahədə inkişaf istiqamətləri, yeni yanaşmalar və əmək bazarının tələblərinə uyğun kadr hazırlığı məsələləri müzakirə olunub. Panel müzakirələrində müvafiq dövlət qurumlarının nümayəndələri, təhsil ictimaiyyəti və digər maraqlı tərəflərin iştirakı ilə regionlarda ixtisaslı kadr hazırlığının gücləndirilməsi, eləcə də dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi kimi mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov belə bir inam ifadə edib ki, forum regionlarda peşə təhsilinin rolunun gücləndirilməsi, mövcud imkanların dəyərləndirilməsi və əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli platforma rolunu oynayacaq.

Ə.ƏLİYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Aprel 2026 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see360

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see322

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see282

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see281

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see272

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see264

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see260

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see255

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see247

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see241

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see239

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see235

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see231

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see228

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see226

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see225

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see218

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see213

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see213

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri