Icma.az
close
up
RU
Keniya Senatının üzvləri ilə tanışlıq görüşü keçirilib

Keniya Senatının üzvləri ilə tanışlıq görüşü keçirilib

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Sentyabrın 26-da Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov ilə Keniya Senatının üzvləri arasında videokonfrans formatında tanışlıq görüşü keçirilib.
Newscenter.az xəbər verir ki, Ramid Namazov iştirakçıları salamlayaraq, Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyəti barədə ətraflı məlumat verib, qanunverici orqanlarımız arasında əməkdaşlıq imkanları, qarşılıqlı münasibətlərin inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb, Keniya ilə əlaqələrin əhəmiyyətini qeyd edib.
O, iki ölkənin dövlət başçılarının təmaslarının münasibətlərin inkişafındakı mühüm rolundan danışıb. Görüş əsnasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Keniyaya səfəri xatırladılıb və Fondun orada humanitar sahədə gördüyü işlər barədə məlumat verilib.
Ramid Namazov son illər iki ölkə arasındakı münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin rolunu vurğulayaraq, bu cür səfərlərin vacibliyini diqqətə çatdırıb.
Söhbət zamanı komissiya sədri Keniyanın Qoşulmama Hərəkatı Parlament Şəbəkəsində daha aktiv fəaliyyət göstərəcəyinə inamını bildirib.
Görüşdə iştirak edən Milli Məclisin deputatı Zaur Şükürov dövlətlərimiz arasındakı münasibətlərin parlamentlərarası əlaqələrə müsbət təsiri barədə fikirlərini səsləndirib.
Keniyalı senator Hamida Kibvana və həmkarları ölkələrinin Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığın, o cümlədən parlament diplomatiyasının daha da möhkəmləndirilməsində maraqlı olduğunu bildirərək, qarşılıqlı dostluq və etimad əsasında mövcud olan münasibətləri yüksək qiymətləndirdiklərini qeyd ediblər.
Videokonfrans zamanı ölkələr arasında parlamentlərarası, iqtisadi, davamlı inkişaf, iqlim dəyişikliyi, təhsil, bərpa olunan enerji sahələrində inkişaf perspektivlərindən də bəhs edilib.
Sonda tərəflər ikitərəfli və çoxtərəfli formatlarda qarşılıqlı və faydalı əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.
Görüşdə deputatlar Naqif Həmzəyev, Elşən Musayev, Elnarə Akimova, Azərbaycanın Keniyadakı fövqəladə və səlahiyyətli səfiri Sultan Hacıyev və digər rəsmi şəxslər iştirak ediblər.
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 27 Sentyabr 2025 00:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri