Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 80 i keçib
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Keniyada daşqınlar nəticəsində həlak olanların sayı 81 nəfərə çatıb.
Moderator.az xəbər verir ki, bu barədə ölkənin Milli Polis Xidməti məlumat yayıb.
Daha əvvəl 71 qurban barədə məlumat verilmişdi.
"Hazırkı məqama görə qurbanların ümumi sayı, təəssüf ki, 81-ə çatıb. Nayrobi hələ də 37 ölüm faktının qeydə alındığı ən çox zərər çəkmiş ərazi olaraq qalır", - bəyanatda qeyd olunub.
Bundan əlavə, subasmalar səbəbindən 2,6 mindən çox ailə təxliyə olunub, infrastruktur obyektləri və mənzil fondunda əhəmiyyətli dərəcədə dağıntılar qeydə alınıb.
Keniyada leysan yağışları səbəbindən yaranan daşqınlar martın 6-dan davam edir. Qonşu Efiopiya da leysanlardan ciddi zərər çəkib. Bu ölkənin cənubunda torpaq sürüşmələri və daşqınlar nəticəsində ən azı 107 nəfər həlak olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 23 Mart 2026 18:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















