Keniyada Ebola virusundan ölən var, yoluxanların sayı 7 yə çatdı
Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Keniyada Ebola virusuna yoluxma hallarının sayı 7-yə yüksəlib, bir nəfər həyatını itirib.
Gununsesi.info -nun ölkənin Səhiyyə Nazirliyinə istinadən yaydığı məlumata görə, son sutkada daha 4 nəfərdə infeksiya aşkarlanıb.
Yeni yoluxanlardan 3-ü ilk Ebola xəstəsinə tibbi yardım göstərən tibb işçiləri, biri isə ölən şəxsin qohumudur. Onların hamısı xəstəlik əlamətləri ortaya çıxan zaman karantində olub.
Daha əvvəl virusa yoluxduğu müəyyən edilən iki xəstənin vəziyyəti stabildir.
Səhiyyə Nazirliyi ilk xəstə ilə təmasda olan 130 nəfərdən 128-nin müəyyən edilərək karantinə alındığını bildirib.
Qurumun məlumatına görə, infeksiyanın müəyyən edilmiş təmas zəncirlərindən kənarda əhali arasında yayıldığını göstərən əlamətlər yoxdur.
Ölkədə səyahət, ticarət və kütləvi tədbirlərlə bağlı məhdudiyyətlər tətbiq edilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 17 Oktyabr 2026 22:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















