Icma.az
close
up
RU
Keniyanın tanınmış radiosunda Azərbaycanın qlobal təşəbbüslərindən danışılıb

Keniyanın tanınmış radiosunda Azərbaycanın qlobal təşəbbüslərindən danışılıb

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 17 dekabr, AZƏRTAC

Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev bu ölkənin tanınmış “Spice FM” radio kanalının “Kenya's Biggest Conversation” adlı canlı yayımlanan verilişinin qonağı olub. Kanalın yutub hesabında 200 mindən çox izləyicisi var. Verilişə əsasən ölkənin ictimai-siyasi xadimləri, millət vəkilləri, səfirlər dəvət olunur və ictimai-siyasi mövzular ətrafında müzakirələr aparılır.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, aparıcının suallarına cavab olaraq səfir Sultan Hacıyev ötən həftə Keniyada baş tutan BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasının nəticələri, Azərbaycanın BMT-nin Ətraf Mühit Proqramının Daimi Nümayəndələr Komitəsinə sədrliyi çərçivəsində görülən işlər barədə danışıb.

Səfir dünyada cərəyan edən mürəkkəb proseslər fonunda BMT-nin Nayrobidəki bölməsinin və üzv ölkələrin, o cümlədən Azərbaycanın qlobal iqlim fəaliyyətinə müsbət və konstruktiv töhfə vermək səylərini qeyd edib. O, Azərbaycanın COP29-a ev sahibliyi, qlobal şəhərsalma çempionu olaraq qəbul edilən Azərbaycanın gələn il WUF13-ə və WED2026-ya ev sahibliyi etməsi ilə ölkəmizin dayanıqlı şəhərsalma və iqlim sahəsində lider fəaliyyətini vurğulayıb.

Səfir Azərbaycan və Keniya arasında mövcud səmimi münasibətlərin dinamik inkişafından, çoxtərəfli platformalarda həmrəyliyindən söhbət açıb. Hər iki ölkənin yerləşdiyi bölgələrdə sülh və inkişaf naminə regional fəaliyyətini diqqətə çatdırıb.

O, “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində keniyalı gənclərə verilən təhsil təqaüdlərinin, Heydər Əliyev Fondunun və Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin Keniyadakı məktəb və xəstəxanalara humanitar yardımlar göstərməsinin xalqların dostluq münasibətlərinin möhkəmləndirilməsinə böyük təsir göstərdiyini deyib.

1 / 2

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:256
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri