Icma.az
close
up
RU
“Kəpəz”: dağ yox, DAĞ! Sisyanov, Cavad xan və başqaları...

“Kəpəz”: dağ yox, DAĞ! Sisyanov, Cavad xan və başqaları...

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Cavad xanın, Qacarlar nəslindən olan o böyük sərkərdənin, murdar Sisyanova “Gəncəyə yalnız meyidimin üstündən keçə bilərsiz” deyən qəhrəmanın şəhərində yenə ah-nalə göyə qalxıb, qaralar bağlanıb, qırmızılar yoxa çıxıb, həyəcan ən üst səviyyədədi. Sadə bir səbəb var: 2022/23 mövsümündə yalnız iştirakçıların sayının artırılmasına görə elitaya buraxılan “Kəpəz” yenidən aşağı dəstəyə yuvarlanmaq təhlükəsi ilə üzləşib. Ardıcıl uğurlu oyunlardan sonra yalnız məğlubiyyətləri sıralayan (artıq 4-ə çatıb) Azər Bağırovun komandası çox çətin dönəmdən keçir. Bu gün qaranlıqdı, sabaha da inam yoxdu. Bildiyimə görə, heç Azər bəy də özünü rahat hiss etmir, növbəti mövsümə başqa komandada başlamağın planlarını cızır.
Mən “Kəpəz”in indiki rəhbərliyini tanımıram; düzünə qalsa, heç həvəsim də yoxdu. Yəqin o rəhbərlərin də həvəsi yoxdu məni tanımağa. Adamlar böyük bir yükün altına çiynini verib – üçqat çempionu, ölkə kubokunun dördqat qalibini elitada saxlamaq istəyirlər. Bunları yazıram, özümü də gülmək tutur: 7 titul hara, elitada yerini qorumaq uğrunda oynamaq hara?!
Adamlar iş bacarmırlar, klubu doğru-düzgün idarə edə, azarkeşlə münasibət qura, komanda daxilində intizam yarada, baş məşqçinin ətrafında birləşə, vahid yumruq ola bilmirlər. Klub daxilindən mediaya o qədər əcaib-qəraib xəbərlər sızdırılır ki, adam bilmir kimin əli kimin cibindədi və ya bu gün “Kəpəz”i elitada saxlamaq vəzifəsi hansı menecerin gətirdiyi futbolçuların boynuna qoyulub.
“Kəpəz” indiki halında Gəncənin əzəmətli dağı, rəmzi deyil. Bəli, dağdı, amma azarkeşlərinin qəlbinə çəkilən DAĞ! O gəncəli azarkeşlər, Cavad xanın nəvə-nəticələri illərdi verilən vədlərdən, klubun adı ətrafında qurulan oyunlardan, oğurluq və fırıldaqçılıq kombinasiyalarından, mühacir-sərgərdan həyatından bezib. Gəncə azarkeşi niyə komandasını özünə kiçik qardaş saydığı Yevlaxda dəstəkləməlidi? Və həmin Gəncə azarkeşinin təminatı varmı ki, o yeni stadion da kimlərinsə oyunbazlığının, pul qazanmaq hərisliyinin nəticəsi kimi tezliklə yararsız hala düşməyəcək? Və indiki rəhbərlik, klubda söz sahibi olanlar, media ilə münasibətləri peşəkarlıq prinsipləri yox, şəxsi əlaqələr üzərindən quranlar dövlət vəsaiti hesabına tikilən o stadionda birinci liqada çıxış edən komandanın oynamasının nə dərəcədə böyük rəzalət olacağının fərqindədilərimi?
...Murdar Sisyanov daha abırlı davranmışdı, Cavad xana şəhəri təslim etmək üçün vaxt vermişdi. Cavad xan “ağ bayraq qaldırmağı” yox, şərəfli ölümü üstün tutdu! Görəsən, “Kəpəz”i “işğal edənlər” Sisyanovu, Cavad xanı, Qacarları tanıyırmı?!
HUŞƏNG

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 Aprel 2026 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see302

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see298

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see281

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see278

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see276

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see275

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see270

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see264

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see261

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see239

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see236

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see235

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see233

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see227

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see221

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see221

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see221

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see214

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri