Icma.az
close
up
RU
“Kəpəz” daha bir güclü rəqibin “dərsini verdi”

“Kəpəz” daha bir güclü rəqibin “dərsini verdi”

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sabah (Bakı) - Kəpəz (Gəncə) 0:1 (0:1)
55. Nicat Mehbalıyev - 5,5
17. Tellur Mütəllimov - 5,5
15. Seymur Məmmədov - 5,0
(6. Abdulax Xaybulayev, 57) - 5,0
88. Xəyal Əliyev - 6,0
(70. Cesse Sekidika, 57) - 5,5
7. Boyan Letiç - 5,0
(5. Rəhman Daşdəmirov, 57) - 5,0
4. Sofian Çakla - 5,0
18. Pavol Safranko (k) - 5,5
3. Con İrasabal - 5,5
13. İvan Lepinitsa - 5,5
11. Kahim Parris - 5,0
(9. Anatoli Nuriyev, 57) - 5,0
33. Umarali Raxmonaliyev - 5,5
(99. Neqoş Kupusoviç, 81) - qiymətsiz
Ehtiyat oyunçular
1. Yusif İmanov
92. Stas Pokatilov
8. Ayaz Quliyev
32. Elgün Dünyamalıyev
Baş məşqçi: Vasili Berezutski
Komandanın ən yaxşısı: Xəyal Əliyev
1. Rojerio Santos - 6,0
12. Turan Manafov - 6,0
5. Rauf Hüseynli - 5,5
21. Camal Cəfərov - 5,5
(7. Ehtiram Şahverdiyev, 70) - 5,0
19. Sadiq Şəfiyev - 5,0
(9. Luis Paçu, 46) - 5,5
26. Valdemar Almeyda - 6,5
29. Dioqo Verdaşka - 5,5
78. Yeqor Xvalko (k) - 5,5
28. Rati Ardazişvili - 6,0
(99. Əli Səmədov, 90) - qiymətsiz
3. Mahamadu Ba - 4,5
(8. Elmir Tağıyev, 20) - 5,5
88. Şervoni Mabatşoyev - 5,5
(11. Trent Buhagyar, 70) - 4,5
Ehtiyat oyunçular
22. Məmməd Hüseynov
18. Elgün Bayramov
70. Nicat Süleymanov
6. Nemət Musayev
17. Ümid Səmədov
10. Karim Lkoça
Baş məşqçi: Azər Bağırov
Komandanın ən yaxşısı: Valdemar Almeyda
Qol: V.Almeyda, 41.
Vərəqələr: İ.Lepinitsa, 30 (qeyri-idman hərəkəti). R.Hüseynli, 53 (oyunun bərpasının ləngidilməsi). T.Manafov, 81 (qeyri-idman hərəkəti). Ə.Səmədov, 90+3 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: RAUF CABBAROV, Pərvin Talıbov, Şirmamed Mamedov (hamısı Bakı), Rəvan Həmzəzadə (Şəki).
VAR hakimi: Nicat İsmayıllı (Bakı).
VAR hakiminin köməkçisi: Akif Əmirəli (Bakı).
Hakim-inspektor: Anar Salmanov (Bakı).
AFFA nümayəndəsi: Elçin Mehtiyev (Bakı).
6 aprel. Bakı. “Bank Respublika Arena”. 1149 tamaşaçı (8600 yerlik).
Birinci hissəyə 3, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Ardıcıl 6 tur qələbəyə həsrət qalan “Sabah” bu seriyaya son qoymaq niyyətindəydisə, “Kəpəz” bir gün əvvəl xal itirən “Səbail”lə aradakı fərqi artırmaq istəyirdi.

Matçın ilk dəqiqləri qarşılıqlı hücumlar şəraitində keçdi. 7-ci dəqiqədə Tellur uzaqdan bəxtini sınasa da, zərbəsi qeyri-dəqiq oldu. Cəmi 1 dəqiqə sonra meydan sahiblərinin ifasında təhlükəli vəziyyətə şahidlik etdik. Tellurun qapı qarşısına ötürməsini Verdaşka uzaqlaşdıra bilmədi. Belədə topu ələ keçirən Lepinitsa “çərçivə”ni nişan alsa da, top qapıdan aralı keçdi. 10-cu dəqiqədə üç rəqibdən yayınan Manafov cərimə meydançasına daxil olub, ötürmə versə də, İrasabal təhlükənin qarşısını ala bildi. 21-23-cü dəqiqələr aralığında Rojerio Santos həm Şafrankonun, həm də Xəyalın zərbəsinin qarşısını aldı. “Sabah” daha çox hücum etsə də, hissəsin sonunda qonaqlar hesabı açdı.
Ardazişvilinin driblinq sayəsində başlatdığı hücumun sonunda Valdemar Almeyda topu tora qovuşdurdu. Hissənin son dəqiqəsində “bayquşlar” hesabı bərabərləşdirməyə yaxın oldu. Raxmonaliyev topu Parrisə çatdırsa da, o, Rojerio səddini aşa bilmədi.
Təbii ki, məğlubiyyət “Sabah”ın planlarına daxil deyildi. Bu üzdən “bayquşlar”ın 2-cı hissədə fəallaşması təbii idi. 50-ci dəqiqədə İrasabalın zərbəsindən sonra top dirəyə tuş gəldi.
Oyunun axarından narazı qalan Berezutski 57-ci dəqiqədə dörd dəyişikliyə əl atdı. Xaybulayev, Sekidika, Daşdəmirov və Nuriyev meydana çıxdı. Amma bu addım də hesabı bərabərləşdirməyə imkan vermədi. Meydan sahibləri ardıcıl hücumlar qursalar da, son nöqtəni qoymaqda çətinlik çəkirdilər. “Kəpəz” qələbə hesabına “Səbail”lə xal fərqini 7-yə çatdırdı, demək olar ki, elitada qalmaq vəzifəsinin öhdəsindən gəldi. “Sabah” isə artıq 7 turdu qələbəyə həsrətdi. Əlbəttə, hər kəs Berezutskinin məhz kubokda mümkün uğura görə qovulmadığının fərqindədi.
Gözdən qaçmadı
* 20-ci dəqiqədə “Kəpəz”in futbolçusu Ba meydanı xərəkdə tərk etdi.
* “Kəpəz Ultras” “Nicat, gəl bura, bir az mırtlaşaq”, “Masazır susubdu, bizi dinləyir” dedi.
* “Xəmsə” matç bitəndən sonra pirotexniki vasitələrdən istifadə etdi.
ƏSƏD SEYİDOV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 10 Aprel 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see148

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147

Bakıda artan kreditin nəticəsi TIXAC

28 Sentyabr 2026 16:17see147

Azərbaycanda kimlər aylıq müavinət ala bilər? SİYAHI

28 Sentyabr 2026 19:33see147

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri