Kəpəz in kapitanı: Əsas rəqiblərimizin bir biri ilə oyunu var
Icma.az, sport24.az portalına istinadən məlumat verir.
"Oyun bizim üçün pis getmirdi. "Sabah"ın gücünü bilirdik, rəqib Premyer Liqanın lideridir. Keyfiyyətli futbolçular var. İkinci hissədə qol vursaq da, ofsayt səbəbindən sayılmadı". Bu sözləri Sport24.az-a açıqlamasında "Kəpəz"in futbolçusu Əli Səmədov deyib.
"Sarı-göylər"in kapitanı Misli Premyer Liqasının XXI turunda "Sabah"a 0:1 hesabı ilə məğlub olduqları oyun barədə fikirlərini bölüşüb:
"Son dəqiqələrdə diqqətsizlikdən qapımızda qol gördük. Liqada qalmaq özümüzdən aslıdır. Biz turnir cədvəlinin daha yuxarı pillələrində qərarlaşmaq istəyirik. Elitada qalmağı hələ qaranti eləməmişik. "Sumqayıt"la oyuna 3 xal üçün çıxacayıq. Komandamıza inanıram. Doğma meydanımız olmasa da, Yevlax şəhər stadionunda oynayacağıq. Yəni, "Sumqayıt" səfərə gəlmiş olacaq. Əsas rəqiblərimizin bir-biri ilə oyunu var. Bizə mütləq qələbələr lazımdır".
Qeyd edək ki, 21 turdan sonra aktivində 13 xal olan "Kəpəz2 turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 23 Fevral 2026 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















