“Kəpəz” moldovalı futbolçunu heyətinə qatıb
525.az saytına istinadən Icma.az xəbər verir.
Transfer çalışmalarını davam etdirən “Kəpəz” heyətini daha bir futbolçu ilə gücləndirib.
525.az-a klubdan verilən məlumata görə, Gəncə təmsilçisi moldovalı yarımmüdafiəçi Viktor Stinanın keçidini rəsmiləşdirib. 28 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, son olaraq Moldovanın “Zimbru” klubunun formasını geyinən Viktor Stina ölkəsinin milli komandasında da çıxış edib. O, Moldova yığmasının heyətində keçirdiyi 30 oyunda 4 qola imza atıb.
Bu mövzuda digər xəbərlər:Kəpəz heyətinə gürcü futbolçu qatıb
13 Yanvar 2026 18:05
Kəpəz millinin sabiq üzvünü heyətinə qatıb
22 Yanvar 2026 12:46
“Komo” niderlandlı futbolçunu heyətinə qatıb
02 İyul 2025 16:48
Bayern gənc futbolçunu heyətinə qatıb
21 Yanvar 2025 16:37
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
08 Oktyabr 2026 14:20
Baxış sayı:186
Bu xəbər 04 Avqust 2026 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















