“Kəpəz” “Turan Tovuz” matçına görə cərimələndi
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
AFFA İntizam Komitəsi “Kəpəz” klubunu cərimələyib.
İdman.Biz xəbər verir ki, buna Misli Premyer Liqasının üçüncü turunda “Turan Tovuz”la oyunda yaşananlar səbəb olub.
Gəncə təmsilçisi altı nəfər sarı vərəqə aldığı üçün 700 manat ödəyəcək.
Matç bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə “Kəpəz”ə 2500 manat cərimə kəsilib.
Meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Kəpəz” 3000 manat ziyana düşüb.
Bundan əlavə, “Qəbələ” – “Şamaxı” oyunu bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə “Qəbələ” 2500 manat ödəməli olacaq.
Baxış sayı:116
Bu xəbər 03 Sentyabr 2026 17:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















