Kəpəz və Turan Tovuzdan fərqli göstərici
Icma.az bildirir, sport24.az portalına istinadən.
Misli Premyer Liqasının başa çatan ilk yarlısında ən çox futbolçudan yararlanan klublar bəlli olub. Sport24.az xəbər verir ki, bu göstəricidə "Kəpəz" hamını qabaqlayır.
Gəncə klubu 18 turda 28 futbolçudan istifadə edib. "Qarabağ" ikinci göstəriciyə malikdir – 27.
"Sumqayıt" 26, "Neftçi", "Sabah" və "Zirə" eyni sayda – hərəyə 25 futbolçuya ehtiyac duyub. Bu rəqəm "Araz-Naxçıvan"da 23, "Şamaxı" ilə "Səbail"də 22-yə bərabərdir.
Ən az oyunçudan yararlanan "Turan Tovuz"dur. Qərb təmsilçisi 18 turu 21 futbolçu ilə keçirib.
Qeyd edək ki, ən çox oyunçudan yararlanan "Kəpəz" 9-cu, ən az futbolçudan istifadə edən "Turan Tovuz" 3-cü pillədə qərarlaşıb.
Baxış sayı:71
Bu xəbər 31 Dekabr 2024 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















