Icma.az
close
up
RU
“Kəpəz”in cərimələnməsinə səbəb olan azarkeş məsuliyyətə cəlb olunub

“Kəpəz”in cərimələnməsinə səbəb olan azarkeş məsuliyyətə cəlb olunub

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

Misli Premyer Liqasının V turunda keçirilən “Kəpəz” – “Qəbələ” matçında qadağan olunmuş pirotexniki vasitədən istifadə edən azarkeş inzibati məsuliyyətə cəlb olunub.

Apasport.az xəbər verir ki, sentyabrın 12-də Gəncə Şəhər Stadionunda baş tutan qarşılaşmanın 64-cü dəqiqəsində V3 tribunasında məşəl yandıran tamaşaçı polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə aparılıb.

Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən pul cəriməsi tətbiq olunub. Ona belə halın təkrarlanacağı təqdirdə 15 günədək inzibati həbs cəzasının verilə biləcəyi bildirilib.

“Kəpəz” etik normaları nəzərə alaraq, ölkə qanunvericiliyini və Peşəkar Futbol Liqasının stadionlarda tətbiq etdiyi davranış qaydalarını pozan şəxsin ad-soyadını, foto və videogörüntülərini yayımlamayıb.

Klub bütün futbol azarkeşlərinə pirotexniki vasitələrin satışının, əldə olunmasının və istifadəsinin qanunvericiliyə əsasən qadağan olduğunu xatırladıb. Bildirilib ki, bu vasitələr düzgün istifadə edilmədikdə müxtəlif xəsarətlərə səbəb ola, kütləvi tədbirlər zamanı isə digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə yarada bilər.

Qeyd edək ki, azarkeşlərin pirotexniki vasitələrdən istifadəsinə görə AFFA İntizam Komitəsi son iki həftədə “Kəpəz”i iki dəfə cərimələyib. Gəncə təmsilçisi “Turan Tovuz”la oyundan sonra 3000, “Qəbələ” ilə matçdan sonra isə 5000 manat cərimə olunub.

Həsənov açıqladı: "Turan Tovuz"un əleyhinə verilən penalti YANLIŞ İDİ - VİDEO "Neftçi"də yeni əməkdaşlıq I Liqa: III turun təyinatları açıqlanıb “Qəbələ”nin yeni baş məşqçisi bəlli olub “Kəpəz”in futbolçusu Moldova millisinə dəvət alıb
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://apasport.az
archiveBu xəbər 16 Sentyabr 2026 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see370

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see332

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see327

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see319

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see317

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see313

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see305

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see298

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see295

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see270

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see264

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see254

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see247

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see247

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see243

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see230

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see211

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see206

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri