“Kəpəz”in sponsor məsələsiylə bağlı son durum açıqlandı iki aya çatan yubanmanın səbəbi...
Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Kəpəz” fevralın 14-də rəsmi saytında elan etdi ki, klubun inkişafının gücləndirilməsi məqsədiylə aparılan danışıqlar müsbət nəticələnib və razılıq əldə olunub.
Hazırda müəyyən prosedurlar çərçivəsində sənədləşmə işləri aparılır. Bu məsələ həllini tapandan sonra ictimaiyyətə və mediaya əlavə informasiya veriləcək. Artıq həmin tarixdən iki aya yaxın vaxt keçsə də, nə daha ətraflı məlumat verilib, nə də sponsorun adına aydınlıq gəlib. Bu yöndə yeganə bilgi martın 10-da keçirilməsi planlaşdırılan təqdimat mərasiminin sənədləşmə prosesinin yubanması üzündən qeyri-müəyyən müddətə təxirə salınmasıdı.
Mövzu ilə yenilikləri, məsələnin nə yerdə qaldığını öyrənmək üçün gəncəlilərin mətbuat xidmətinin rəhbəri Azad Mustafayevə müraciət etsək də, ciddi informasiya əldə edə bilmədik. Klub rəsmisi “Football-plus.az”a açıqlamasında təqdimat mərasiminin gününün hələ bəlli olmadığını, qalan hər şeyin qaydasında olduğunu dedi.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 09 Aprel 2025 19:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















