Icma.az
close
up
RU
Yaponiyalı futbolçu: “Kəpəz”in Premyer Liqada qalacağına əminəm MÜSAHİBƏ

Yaponiyalı futbolçu: “Kəpəz”in Premyer Liqada qalacağına əminəm MÜSAHİBƏ

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 17 dekabr, AZƏRTAC

Misli Premyer Liqasında 15 turdan sonra 9 xalla 10-cu pillədə qərarlaşan “Kəpəz” klubunun yaponiyalı futbolçusu Ryonosuke Ohori AZƏRTAC-ın suallarını cavablandırıb.

– Komandanızın Misli Premyer Liqasının XV turunda “Qəbələ” üzərində qazandığı vacib qələbəni (1:0) necə şərh edərdiniz?

– Bu, çox önəmli qarşılaşma idi. Bilirdik ki, mütləq qələbə qazanmalıyıq. Bunu bacardığımıza görə şadam.

– Qarşılaşmada yeganə qolun müəllifi məhz siz oldunuz. Üstəlik, qol kifayət qədər baxımlı alındı. Bir neçə müdafiəçini keçib dəqiq zərbə ilə fərqləndiniz. Açığı, bir anlıq elə təəssürat yarandı ki, qolu vuran siz yox, Lionel Messidir...

– Son oyunlarda tez-tez driblinqlə müdafiəçiləri keçməyə çalışıram. Sevinirəm ki, “Qəbələ” ilə matçda bu cəhdim yaxşı nəticəyə gətirib çıxardı.

– Son matçlarda özünüzü yaxşı tərəfdən göstərə bilirsiniz. Öncə ölkə kubokunda, sonra isə çempionatda komandanız üçün vacib qollara imza atdınız. Şəxsi performansınızı necə qiymətləndirirsiniz?

– Kubokdakı qol özümə olan inamımı bərpa etməyə kömək etdi. Mən işləməyə davam etmək və nəticə göstərmək istəyirəm.

– Müqavilə ilə “Neftçi”yə məxsussunuz və “Kəpəz”də icarə əsasında çıxış edirsiniz. Bakı klubundakı uğursuz çıxışdan sonra “Kəpəz”də özünüzdən belə oyun gözləyirdiniz? Ümumiyyətlə, “Neftçi”də işləriniz niyə istədiyiniz kimi alınmadı?

– “Neftçi”də olarkən ayağımdan zədə almışdım və bu, mənə uzun müddət problem yaratdı. Bu səbəbdən istədiyim səviyyədə çıxış edə bilmədim.

– Bildiyiniz kimi, Yuri Vernidub “Neftçi”nin yeni baş məşqçisi təyin olunub. Ukraynalı mütəxəssis qış fasiləsində sizi yenidən komandada görmək istəsə, cavabınız nə olar?

– Hazırda buna fikir vermirəm. İndi diqqətimi yalnız meydanda maksimumumu göstərməyə yönəltmişəm.

– “Kəpəz” yavaş-yavaş turnir cədvəlində təhlükəli zonadan uzaqlaşır. Necə düşünürsünüz, bu mövsüm Premyer Liqada qalmaq mümkün olacaq?

– Əminəm ki, qalacağıq. Bunun üçün isə turnir cədvəlində daha yuxarı pillələrə qalxmalıyıq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see255

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see253

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see230

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see214

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see202

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see173

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see172

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see163

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see153

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see150

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see149

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see148

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see147

Dağlarda qar, yollarda buzlanma gözlənilir rəsmi xəbərdarlıq

15 Dekabr 2025 15:27see145

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see141

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see140

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see139

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see134

“DTX nin keçirdiyi əməliyyatlar digərləri üçün növbəti xəbərdarlıqdır”

15 Dekabr 2025 17:13see131

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri