Kərbəla və Nəcəfdə Xamenei ilə vida mərasimi keçiriləcək
Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.
İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei ilə İraqda vida mərasimi keçiriləcək.
APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə Xameneinin dəfn mərasiminin təşkili üzrə qurumun sözçüsü İman Əttarzadə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, İraq alimlərinin, dini və ictimai xadimlərin, eləcə də ölkə əhalisinin müraciəti əsasında Nəcəf və Kərbəla şəhərlərində vida mərasimi keçiriləcək, sabiq Ali Rəhbərin cənazəsi iyulun 8-də İraqa yola salınacaq.
Əttarzadə qeyd edib ki, İranda Seyid Əli Xamenei ilə vida mərasimi rəsmi olaraq iyulun 4-dən başlayacaq.
Ayətullah Seyid Əli Xamenei ilə vida mərasimləri iyulun 4 və 5-də Tehrandakı Mosalla kompleksində keçiriləcək. Sabiq Ali Rəhbərin cənazəsi iyulun 6-da Tehrandan, iyulun 7-də isə Qum şəhərindən yola salınacaq. O, öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəd şəhərində dəfn ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 22 İyun 2026 10:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















