Icma.az
close
up
RU
Kərə yağı adıyla satılan bu məhsullar saxta imiş

Kərə yağı adıyla satılan bu məhsullar saxta imiş

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, AQTA tərəfindən "Natural", "tac", "Selskoe" kimi kərə yağı adı saltında satılan məhsulların tərkibində uyğunsuzluq aşkarlanıb. Belə yağların tərkibi bilinmir, lakin qiymətləri də ucuz deyil. Bu da alıcılarda çaşqınlıq yaradır, insanlar keyfiyyətli məhsul aldığını düşünərək aldadılır.

Azad İstehlakçılar Birliyinin (AİD) sədri Eyyub Hüseynovun Metbuat.az-a açıqlamasında bildirib ki, bu məhsulların əksəriyyəti bitki yağlarının və müxtəlif kimyəvi qatqıların qarışığından hazırlanır:

“Əsas problem isə ondan ibarətdir ki, belə yağlar adi marqarindən fərqli olaraq tərkibinə az miqdarda süd yağı əlavə edilməklə saxta kərə yağı kimi təqdim olunur. Bu isə istehlakçının məhsulu seçərkən yanılmasına səbəb olur. İnsanlar sağlam və keyfiyyətli qida aldığını düşünərək bu məhsulları alır, lakin sonradan onların kərə yağı olmadığını anlayırlar. Bununla belə, ciddi marketlər şəbəkəsində belə hallara nadir hallarda rast gəlinir. Çünki burada satılan yağlar Qida Təhlükəsizliyi Agentliyinin nəzarəti altındadır və əsasən Almaniyadan, Fransa, Yeni Zelandiya, Belarus kimi ölkələrdən idxal olunur”.

E.Hüseynov Yeni Zelandiya kərə yağları ilə bağlı olan fikirlərə də aydınlıq gətirib:

“İnsanlar bu qədər uzaq bir ölkədən nisbətən münasib qiymətə kərə yağının gətirilməsinə şübhə ilə yanaşırdılar. Beş il öncə Yeni Zelandiyada keçirilən bir konfransda iştirak etdiyim zaman "Westgold" markalı yağı istehsal edən zavoda baş çəkdim. Zavod ölkənin Cənub adasında yerləşən “West Milk Production” müəssisəsidir. Burada yağlar Azərbaycana göndərilməzdən əvvəl Azərbaycan dilində markalanaraq qablaşdırılır. Bundan əlavə, həmin zavodun heyvandarlıq təsərrüfatına da baxış keçirdim. Gördüm ki, heyvanlar ilboyu açıq havada saxlanılır, süni yemlə qidalanmır və tam ekoloji şəraitdə böyüyür. Bu da həm məhsulun keyfiyyətini, həm də qiymətinin daha münasib olmasını təmin edir. Yəni bu yağlar həqiqətən də keyfiyyətlidir və ölkəmizə uyğun qiymətə çatdırılır. Qeyd edim ki, illər əvvəl bəzi ölkələrdən, o cümlədən Yeni Zelandiyadan saxta yağlar gətirilirdi. Lakin mən şəxsən "Westgold" markasını araşdırdım və bu məhsulun orijinal və keyfiyyətli olduğuna əmin oldum”.

AİB sədri bir daha əhaliyə müraciət edərək bildirib ki, bazarlarda “Nənəmin yağı”, “Kənd yağı” adı altında satılan yağlara aldanmasınlar. Çünki əksər hallarda bu məhsullar marqarin və digər süni qarışıqlardan hazırlanır.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 18 Mart 2025 19:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see359

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see320

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see320

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see304

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see290

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see287

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see270

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see261

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see253

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see250

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see240

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see230

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see223

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see214

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see200

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see194

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see194

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see193

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri