Icma.az
close
up
RU
Kərə yağı MÜƏMMASI Niyə xarici ölkələrə 10, daxili bazarda 20 manata SATILIR?

Kərə yağı MÜƏMMASI Niyə xarici ölkələrə 10, daxili bazarda 20 manata SATILIR?

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Cari ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrə ümumilikdə 3 719,17 ton kərə yağı ixrac edib.
Məhsulun ixracından əldə olunan gəlir 25 milyon 938,81 min ABŞ dolları təşkil edib.
Kərə yağı hansı ölkələrə və neçəyə satılır?
Kərə yağı əsasən 6 ölkəyə - Qazaxıstan, Özbəkistan, Rusiya, Türkmənistan, Gürcüstan və İraqa ixac olunub.
 

Ən böyük həcmlə ixrac Rusiyaya olub. Bu ölkəyə 3 377 ton kərə yağı satılıb və ümumi gəlir 23 milyon 614,69 min dollar təşkil edib. Beləliklə, Rusiyaya ixrac olunan hər kiloqram kərə yağının qiyməti 6,99 dollar və ya 11,88 manat olub.


Özbəkistana 160 ton kərə yağı göndərilib, ixrac dəyəri 1 milyon 198,44 min dollar təşkil edib. Hər kiloqram üçün orta qiymət 7,49 dollar və ya 12,73 manat olub.
Türkmənistana 159,8 ton kərə yağı ixrac olunub və 931,65 min dollar gəlir əldə edilib.
Hər kiloqramın qiyməti 5,83 dollar, təxminən 9,91 manat olub.
 

Qazaxıstana isə 20 ton məhsul göndərilib. Bunun dəyəri 173,36 min dollar, hər kiloqram üçün qiymət isə 8,66 dollar və ya 14,73 manat olub.


Gürcüstana 1,44 ton kərə yağı ixrac edilib, ümumi dəyəri 10,97 min dollar, 1 kiloqramın qiyməti isə 7,61 dollar və ya 12,95 manat olub.
Ən az ixrac İraqa reallaşdırılıb, 0,93 ton həcmində kərə yağı 9,69 min dollar dəyərində göndərilib. Burada 1 kiloqramın qiyməti 10,41 dollar və ya 17,71 manat olub.
Bəs xaricə kiloqramı 9-12 manata satılan kərə yağı niyə daxili bazarda 20-22 manata təklif olunur?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirdi ki, daxili bazarda keyfiyyətli kərə yağı üçün xammal — süd, yağlı maddə, emal və qablaşdırma kifayət qədər bahadır:
“Belə ki, təmiz kərə yağı üçün südün yağlılığı 82-85  faiz olmalıdır. Belə vəziyyətdə kərə yağının kiloqramının qiyməti 15-17 manatdan aşağı ola bilməz. Ona görə də bu gün “kərə yağı” adı ilə satılan məhsulların mənşəyi qaranlıqdır.
Bununla bərabər “kərə yağı” adı altında təqdim olanan məhsulların tərkibi fərqli ola bilər.
Yəni yağlılıq faizi, südün tərkibi, əlavə kompenentlər və s. Buna uyğul olaraq qiymət də dəyişir.
Bu mənada bəzi ölkələrə kərə yaxının 9-12 manata ixrac edilməsi təəccüblü deyil”.
Surxay Atakişiyev, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://bizim.media
archiveBu xəbər 30 Oktyabr 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see473

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see213

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see202

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see198

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see192

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see183

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see181

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see178

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see176

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see174

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see165

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see162

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see144

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see143

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see143

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri