Icma.az
close
up
RU
Kərə yağı niyə bahalaşır?

Kərə yağı niyə bahalaşır?

Icma.az bildirir, Azpost saytına əsaslanaraq.

2025-ci ilin ilk üç rübündə Azərbaycana kərə yağı idxalının dəyəri artıb, yerli istehsal isə geriləyib. Bu, supermarket vitrinlərində də özünü göstərir. Daxili bazarda qiymət və tələbat üzrə illik artım tempi isə 2022-ci ildə qeydə alınan səviyyəni üstələyib.

Banker.az xəbər verir ki, keçən il bir ton üzrə orta idxal qiyməti təqribən 5 474 dollar olan kərə yağının builki qiyməti 7 267 dollara yüksəlib. Bu isə kərə yağının orta idxal dəyərinin 32.8% bahalaşdığını göstərir.

Daxili bazarda 2025-ci ilin əvvəlində xarici istehsal olan kərə yağının orta qiymətləri yüksəlməyə başlayıb və ikirəqəmli artım dinamikasına keçib. Daxili bazarda bir kiloqram daxili istehsal kərə yağının orta qiyməti ortalama 21.3 manat, idxal olunan isə 24.48 manat təşkil edib. Müşahidələrimizdə əsasən Yeni Zelandiyadan olan kərə yağlarının artıq bir kiloqram üzrə 26 manat ətrafına qalxdığı müşahidə edilir. İllik müqayisədə daxili istehsalın 6%, xarici istehsalın isə 14% bahalaşdğı müşahidə edilməkdədir.

Bu il ümumilikdə bu bazarda qiymətlər son illərin ən yüksək artdığı il sayılır. Aprel və iyun aylarında kərə yağının bir kiloqramı illik 20% artım göstərib ki, bu da 2022-ci ilin sentyabrındakı ən yüksək dinamika olan  19%-i üstələyir. Həmin dövrdə geosiyasi risklər, xüsusən də Rusiyanın Ukrayna üzərindəki başladğı işğaldan qaynaqlanan qida-zəncirindəki qırılma riskləri ilə bütün ərzaqlar kimi kərə yağıda bahalaşmışdı.

Bu arada Dövlət Statistika Komitəsinin rəsmi rəqəmləri isə daxili istehsalda da vəziyyətin narahatlıq doğurduğunu deməyə əsas verə bilər. Belə ki, ilkin olaraq yanvar-oktyabr ayları üzrə müddətdə daxildəki zavodların istehsalı 22 115 tona düşüb. Bu öncəki illə müqayisədə 10.4% azalmadır.

Xaricdən idxal düşüb. Bu ilin ilk doqquz ayında ölkəyə 15.1 min ton kərə yağı idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25% azdır. İdxalın dəyəri isə 110 milyon dollar təşkil edərək, 2024-cü ilin göstəricisi ilə müqayisədə cüzi — 0.6% azalıb.

İran 2024-cü ildə bazarın əsas tədarükçüsü olsa da, 2025-ci ildə ölkədən gətirilən kərə yağı 52% azalaraq 12.7 min tondan 6.05 min tona düşüb. Bunun əvəzində digər ölkələrin payı ciddi artıb.

2025-ci ildə idxalda diqqətçəkən yeniliklərdən biri Səudiyyə Ərəbistanı və Hindistandan kərə yağı idxalının başlamasıdır. Səudiyyədən 1 178 ton, Hindistandan isə 429 ton məhsul gətirilib.

Yeni Zelandiya ən böyük tədarükçülərdən biri olaraq qalır. Lakin ölkədən idxal həcmi 24% azalsa da, orta qiymət əhəmiyyətli dərəcədə – 19% bahalaşıb. Məsələn, bir tonun qiyməti ötən ilin ilk üç rübün sonuna orta hesabla 6 539 dollar idisə, bu il qiymətlər 7 765 dollar olub.

Belarus, Ukrayna, Finlandiya və Almaniyadan idxalda da həm həcmi, həm də qiymət baxımından artımlar müşahidə olunur.

Qeyd edək ki, Azərbaycanda hökumət hələ kərə yağını idxal rüsumundan azad edib.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://azpost.info
archiveBu xəbər 20 Noyabr 2025 23:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see338

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see296

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see288

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see279

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see238

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see231

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see230

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see225

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see224

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see213

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see198

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see185

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see181

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see176

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see173

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see170

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see170

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see168

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see163

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri