Icma.az
close
up
RU
Kərə yağı UCUZLAŞACAQ?

Kərə yağı UCUZLAŞACAQ?

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana dəyəri 151 milyon 558 min dollar həcmində 26 min 403 ton kərə yağı idxal edilib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, kərə yağının idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 68 milyon 53 min dollar və ya 81,5% artıb, miqdar ifadəsində isə 11 min 487 ton, başqa sözlə 77% artıb.
Xatırladaq ki, 2023-cü ilin ilk 11 ayında isə Azərbaycana 83 milyon 505 min dollar dəyərində 14 min 916 ton kərə yağı idxal edilmişdi.
 

MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda kərə yağı kəskin bahalaşdı – Yeni QİYMƏTLƏR/VİDEO


Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında idxal edilən kərə yağının 1 kiloqramının orta dəyəri 9 manat 76 qəpik olub. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 9 manat 52 qəpik idi. Bu da illik müqayisədə 24 qəpik və ya 2,5% artım deməkdir. Bu il ümumi idxalın 0,81%-i kərə yağının payına düşüb.
Kərə yağı istehsalında artım
Dövlət Statistika Komitəsinin (DSK) hesabatına əsasən isə bu ilin yanvar-noyabr aylarında ölkədə 26 min 890,6 ton kərə yağı istehsal edilib.
Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 min 240,7 ton, başqa sözlə 9,1% çoxdur. 1 dekabr 2024-cü il tarixinə hazır yağ ehtiyatı 41,2 dəfə azalaraq 0,9 tona düşüb. Beləliklə hesabat dövründə Azərbaycanda kərə yağı istehsalı idxaldan 487,6 ton çox olub.
Qeyd edək ki, bu dövrdə Azərbaycanda idxal kərə yağının orta satış qiyməti 21.95 manat, yerli kərə yağının isə orta satış qiyməti 20.25 manat, ümumi orta qiyməti 21.38 manat təşkil edib.
Bəs yerli istehsalın idxalı üstələməsi fonunda kərə yağı niyə ucuzlaşmır?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizim.Media-ya açıqlamasında bildirib ki, DSK-nın yaydığı məlumatlarda diqqətçəkən bir neçə məqam var:
“İlkin məqam odur ki, kərə yağının idxalı 77% artıb. Bu kifayət qədər böyük rəqəmdir. Maraqlıdır ki, ölkə daxilində də yağ istehsalı 10%-ə qədər artıb. Belə çıxır ki, son 11 ayda ölkə daxilində kərə yağının miqdarı ötən illə müqayisədə 90%-dək artıb. Belə olan təqdirdə təklif tələbi üstələməli idi.
Amma reallıq odur ki, təklif artsa da, qiymətlərdə nəinki azalma, hətta kəskin artım baş verib. Bundan əlavə DSK-nın məlumatda deyilir ki, 2024-cü ilin 11 ayında Azərbaycanda hazır yağ ehtiyatı 41,2 dəfə azalaraq 0,9 tona düşüb. Bir il ərzində yağ ehtiyatının 41 dəfə azalması da xeyli sual doğurur.
Nəzərə alaq ki, beynəlxalq təşkilatların dəyərləndirmələrinə görə, illik adambaşına 7,2 kiloqram kərə yağı düşür. Bu hesabla da ölkəmizdə ortalama ildə 72 min ton kərə yağı tədarük olunmalıdır. Ötən 11 ayda isə cəmi 53 min kərə yağı tədarük edilib. Bu da o deməkdir ki, tələb təklifi xeyli üstələyir. Ona görə də idxal və istehsal artsa da, bazarda kərə yağının ucuzlaşması məntiqli görünmür”.
Surxay Atakişiyev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://bizim.media
archiveBu xəbər 07 Yanvar 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see687

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see536

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see299

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see276

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see268

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see265

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see261

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see257

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see252

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see216

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see200

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see193

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see192

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see190

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see186

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see184

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see184

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see184

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see179

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri