Icma.az
close
up
RU
Kərə yağının qiyməti niyə “od tutub yanır ?: Bu gedişlə camaat yağ yeməyəcək ŞƏRH

Kərə yağının qiyməti niyə “od tutub yanır ?: Bu gedişlə camaat yağ yeməyəcək ŞƏRH

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hər il Azərbaycan daxili tələbatı ödəmək üçün ərzaq məhsullarının idxalına milyonlarla dollar vəsait xərcləyir. Ən çox vəsait xərclənən məhsullar içərisində kərə yağı da üstünlük təşkil edir. Kərə yağının qiyməti isə günbgəgün artmaqda davam edir.

Təbii ki, bu da əhalini narahat edir. Onsuz da xalis kərə yağı tapmaqda çətinlik çəkən əhali, indi də "əl yandıran" qiymətlərin dərdini çəkir.

Bəs bu artımın qarşısını necə almaq olar? Ümumiyyətlə idxaldan asılılığı azaltmaq üçün nə etmək lazımdır? Turkustan.az olaraq bu sualları iqtisadçı-ekspert Günay Hüseynovaya ünvanladıq. Ekspert bildirdi ki, ümumiyyətlə qiymətlərin qalxmasının müxtəlif səbəbləri var.

İlk faktor odur ki, yerli istehsal tamamı ilə yox səviyyəsindədir, kustar üsulla hazırlanıb satış həyata keçirilir. Regionlarda olanların belə tərkibi tam təbii deyil. Marqarinlə, palma yağıyla, mənşəyi məlum olmayan yağlarla qarışdırılıb satış həyata keçirirlər.

Məsələnin iqtisadi tərəfinə gəldikdə isə, biz idxaldan asılıyıq, həmin ölkələrdəki inflyasiya qiymətlərə təsir edir. Kənd təsərrüfatı sahəsində olan- qalan heyvandarlıq da günü gündən azalır, heç kəs nə kənddə qalmaq, nə də təsərrüfatla məşğul olmaq istəmir.

Ona görə ki, bu həm zəhmətlidir, həm bu sahə innovativ cəhətdən inkişaf etməyib. Bununla yanaşı əsas səbəblərdən biri də örüş sahələrinin bəzi məmurlar tərəfindən işğal olunmasıdır. Kəndli cibindən pul verib neçə pres ot, yonca ala bilər ki, hələ südündən də kərə yağı hazırlayıb satsın.Yağlılıq dərəcəsinə görə 22-25 litrdən 1 kiloqram yağ alınır. Bu kimi hallarda əlbəttə sərf etməz.

Əslində çıxış yolu başqadır. Dövlət proqramı olarsa, orta yaş üstü insanlara şərait yaradılarsa, bu sahədə idxaldan asılılığımız da olmaz. Amerikada, Avropada orta yaş üstü insanlar fermerlər dərnəyinə qoşulur, maariflənir, heyvandarlığın, əkinçiliyin yeni texnologiyalarını öyrənib tətbiq edir.

Paytaxt Bakıda onsuz da sıxlıq var, kəndlər boş qalıb. 18-25 yaşındakı gənclər heyvandarlıqla məşğul olmaq istəmir, amma hamıya məlumdur ki, işsizlik problemi var. Onun üçün də həm məşğulluğu artırmaq, həm idxaldan asılılığı qaldırmaq baxımından belə bir proqram hazırlanması daha məqsədə uyğun olardı. Əks halda gərək qida rasionumuzdan kərə yağını çıxardaq.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 08 Aprel 2025 23:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri