Kərəmdən 3 cü sinif şagirdinə jest
Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyə milli komandasının və "Fənərbaxça"nın ulduz futbolçusu Kərəm Akturkoglu 3-cü sinif şagirdi Araz Şamləya münasibətdə sərgilədiyi nümunəvi davranışla Türkiyə mətbuatının diqqətini öz üzərində cəmləyib.
Metbuat.az xəbər verir ki, Araz Şamlı ibtidai sinif şagirdidir, İstanbuldakı Yenidoğu məktəbində təhsil alır. Bir neçə gün əvvəl məktəbdə keçirilən başqanlıq seçkisində namizəd olan Araz şagird yoldaşlarına sensasiya sayılacaq vəd verib: "Başqan seçilsəm, məşhur futbolçu Kərəm Akturkoglunu məktəbimizə gətirəcəm".
Yenidoğu məktəbinin şagirdləri Arazın arzusunu gözündə qoymayaraq onu məktəbin başqanı seçiblər. Bundan sonra Araz ulduz futbolçuya mesaj yazaraq onu təhsil aldığı məktəbə dəvət edib. Kərəm Arazın və məktəbli dostlarının arzusunu yerinə yetirərək, ötən gün şagirdlərin qonağı olub. Usta qolçu şagirdləri maraqlandıran sualları cavablandırıb, onlara öz tövsiyələrini verib.
Türkiyə cəmiyyəti Kərəm Akturkoglunun bu jestini yüksək qiymətləndirib. Sosial şəbəkələrdə futbolçunun ünvanına minlərlə tərif yazılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 05 Noyabr 2025 19:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















