Icma.az
close
up
RU
KƏRKİDƏ NƏ BAŞ VERİR? “İstənilən zaman müharibə baş verə bilər” + VİDEO AzPolitika onlayn siyasiictimai qəzet

KƏRKİDƏ NƏ BAŞ VERİR? “İstənilən zaman müharibə baş verə bilər” + VİDEO AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Sosial şəbəkələrin erməni seqmentində Ermənistan ordusunun hərbi kolonunun Azərbaycanın Kərki kəndi istiqamətində hərəkət etdiyini əks etdirən görüntülər yayılıb.

"AzPolitika" xəbər verir ki, iddilara görə, Ermənistan ötən gündən etibarən öz hərbi birliklərini Cermukdan çıxararaq, Naxçıvanla şərti sərhədə, Kərki istiqamətinə toplamağa başlayıb. Paylaşılan kadrlarda hərbi kolonda haubitsaların da olduğu görünüb.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi qüvvələrin Cermukdan geri çəkilməsi barədə xəbəri təkzib etsə də, hərbi kolonun Kərki istiqamətində hərəkəti haqda heç bir məlumat verməyib.

Məlumat üçün bildirək ki, sahəsi 19 km² olan Kərki kəndi Naxçıvan Muxtar Respublikasının Sədərək rayonundan 8-10 kilometr məsafədə yerləşir. Azərbaycanın Ermənistan ərazisindəki 4 eksklav ərazisindən biri olan Kərki Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunan (19 yanvar 1990) ilk ərazi vahididir. Sülh sazişinə dair gedən müzakirələrə görə, Ermənistan Qazax rayonunun 3 esklav kəndi ilə birgə Kərkini də Azərbaycana qaytarmalıdır. Bu barədə müzakirələr davam etsə də, hələlik bir nəticə yoxdur.

Bəs maraqlıdır, Ermənistan belə bir dönəmdə niyə məhz Kərki istiqamətində hərbi aktivliyini artırmağa çalışır?


Bu barədə hərbi ekspert Elxan Şıxəliyev "AzPolitika"-ya şərhində bildirib ki, Ermənistan bu yolla sülh sazişi danışıqlarını uzadaraq vaxt qazanır: “Bu qazandığı vaxtı da sürətli silahlanmaya və digər ölkələrin nümayəndlərini şərti sərhədimizə cəlb etməyə sərf edir. Sülh sazişinin imzalanması ilə bağlı Ermənistan fərqli zamanlarda fərqli bəyanatlar səsləndirib. Hər halda sülh sazişi imzalamağa niyyəti olan Ermənistanın Silahlı Qüvvələrinin bu gün sürətli şəkildə silahlanmağa çalışdığını görməməli idik. Ermənistan indi Fransa, Hindistan və Yunanıstan kimi ölkələrdən hərbi texnikalar alaraq öz arsenalını gücləndirir. Qeyd edim ki, bu silahların içərisində Azərbaycana qarşı istifadə edilə biləcək təsirli raket və artilleriya sistemləri var”.

Ekspert qeyd edir ki, Ermənistan buna paralel olaraq həm də şərti sərhəddə öz bölmələrinin dislokasiyasını həyata keçirir:“Bu gün Naxçıvanın Kərki kəndi istiqamətində silahlı qüvvələrin yerdəyişməsi, yəni gücləndirilməsi baş verir. Niyə məhz Kərki? Çünki Kərki Qazaxın 3 kəndi ilə birgə Azərbaycana geri qaytarılmalı olan bir bölgədir. Bu barədə müzakirələr davam edir. Ermənistan indi hərbi təxribat törədərək müzakirələrin bir nəticə vermədiyini və Azərbaycanın guya Kərkini nəzarətə götürmək üçün hərbi qarşıdurmaya girdiyini göstərməyə çalışır. Bu gün hələ də yeni bir müharibə baş verməyibsə, bu, ölkə rəhbərliyinin bunların fərqində olması ilə bağlıdır”.

“İndi Avropa gücləri Zəngəzur koridorunun açılmaması üzrə Ermənistanı gücləndirirlər. Günün birində Ermənistanla şərti sərhəddə bir gərginlik yaradılması modelləşdirilir və istəyirlər ki, bunu bütün dünyaya “Azərbaycan Ermənistanı yeni müharibəyə təhrik edir” şəklində servis etsinlər. Bu yolla da demək istəyirlər ki, “baxın, sülh sazişinin imzalanması mümkün deyil”. Planlar çox müxtəlifdir. Təbii ki, sülh sazişi yoxdursa, günün birində Azərbaycana qarşı belə bir plan işə düşə bilər. Yəni, istənilən zaman müharibə baş verə bilər”,- deyə ekspert bildirib.

E. Bəyməmmədli

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 Noyabr 2024 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri