Icma.az
close
up
RU
Qoşun yığılır, silah daşınır Kərkidə nə baş verir?

Qoşun yığılır, silah daşınır Kərkidə nə baş verir?

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Sosial şəbəkələrin Ermənistan seqmentində Cermukdan qoşunların çıxarılması haqda məlumat yayılıb. Ermənistan Müdafiə Nazirliyi bunu təkzib edib. Ardınca isə Ermənistan ordusunun hərbi kolonunun Kərkiyə doğru hərəkət etməsini əks etdirən görüntü yayılıb.

Ermənistan hərbi birlikləri Cermukdan çıxarılaraq, Naxçıvanla şərti sərhədə, Kərki istiqamətinə gedir? Hansı hazırlıqlar, planlar işə düşə bilər?

Globalinfo.az-a danışan hərbi ekspert Səxavət Məmməd deyib ki, Ermənistan-Azərbaycan münasibətlərində kirli informasiyalar həddindən artıq çoxdur:

“Ermənistan hakimiyyəti yaxşı manipulyasiyalar edir. Azərbaycan-Ermənistan münasibətləri üst səviyyəyə çıxa, sülh müqaviləsi imzalana bilər kimi açıqlamalar versə də, ardınca Ermənistan ordusunun silahlandırılması, yerdəyişməsinin şahidi oluruq. Rəsmi İrəvan Qazaxın 4 kəndinin geri qaytarılması məsələsini çıxmaqla bu günə qədər üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib.
Azərbaycan və Ermənistan nümayəndələri arasında delimitasiya və demarkasiya prosesi çərçivəsində müəyyən görüşlər keçirilir. Qazaxın 3, Naxçıvanın isə Kərki kəndini geri qaytarmalıdırlar. Bunun arxasından qaça bilməzlər”.

Səxavət Məmməd

Hərbi ekspertin sözlərinə görə, ordular bəzi hallarda dislokasiya yerlərini dəyişə bilirlər:

“Təlimlər və ya digər məsələlər üçün bir yerdən digərinə keçə bilərlər. Amma Ermənistan ordusunun bu qəbildən hərəkətlərinin sırf təlimlərlə bağlı olduğunu düşünmürəm. Gələcəkdə hər hansı gərginliyə qarşı indi müəyyən tədbirlər görürlər. Rəsmi İrəvan həm regionda silahlanma yarışı başladan, həm də hərbi gərginliyin əsasını qoyan dövlətdir. Azərbaycan isə yalnız adekvat addımlar atır. İndiki mərhələdə hərb yolunu seçməyi düşünmür. Qalan 4 kənd məsələsini də dinc yolla həll etmək niyyətindədir”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Noyabr 2024 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see318

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see253

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see244

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see232

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see223

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see222

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see215

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see215

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see214

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see212

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see210

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see201

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see201

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see198

Antibiotiklərin özbaşına qəbulu ciddi fəsadlara səbəb ola bilər PULMONOLOQ

18 Sentyabr 2026 12:46see192

Qıdıqlama hansı hallarda təhlükəlidir? Həkim AÇIQLADI

18 Sentyabr 2026 08:42see188

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see187

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see186

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see181

Milli Musiqi Günündə fərqli müsabiqə: tələbələrin bəstələri AZAL ın təyyarələrində səsləndiriləcək

18 Sentyabr 2026 17:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri