Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

“Eyni tempdə davam edirik” Rui Jorje

Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır?

Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır?

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Erməni Həvariyun (Apostol) Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Vazgen Qalstanyanın (keşiş Barqat Srbazan) İrana səfəri siyasi triller ssenarisinə bənzəyir: sirr, qeyri-müəyyənliklər, şübhələr və gümanlar həddən ziyadədir. "Müqəddəs Mübarizə" adlanan etiraz hərəkatının rəhbərinin səfəri Ermənistanın siyasi dairələrində böyük əks-səda doğurub. Şayiələr və fərziyyələrlə dolu bu hadisə ilk baxışda şəxsi səciyyəli səfər kimi qələmə verilsə də, əslində din, siyasət və geosiyasət kimi dərin proseslərə işıq salır.

Rəsmi açıqlamalara görə, səfərin məqsədi şübhə yaratmır. İctimaiyyətə bu "şəxsi" və "mədəni-mənəvi məzmunlu səfər" kimi təqdim edilib. Arxiyepiskop V.Qalstanyan Tehran erməni yepiskopluğunun rəhbəri ilə görüşərək, erməni icmasının taleyini müzakirə edib. İlk baxışda qeyri-adi heç nə yoxdur. Amma rəsmi bəyanatların qəribə dərəcədə sadə olması və detalların çatışmazlığı yalnız yeni suallar doğurur. Ermənistan hakimiyyətinə meydan oxuyan bir hərəkatın lideri niyə siyasət və dinin ayrılmaz birləşdiyi bir ölkəyə səfər edir?

Qeyri-rəsmi mənbələr isə vəziyyəti daha da qəlizləşdirir: V.Qalstanyanın səfəri heç də tamamilə "şəxsi" olmayıb. İranın yüksək vəzifəli rəsmiləri və dini liderləri ilə görüşlər, müzakirələrin məzmunu barədə məlumatın olmaması şübhələri artırır. Səfərin sirri, açıq idarəçiliyi təbliğ edən hərəkat üçün zərərli bir zəhərə çevrilir.

V.Qalstanyanın bu hadisədəki rolu böyükdür. O, sadəcə özünü "dini lider" kimi qələmə verən fiqur yox, həm də "yeni Ermənistan uğrunda mübarizə aparan" və xaricdən idarə olunan etiraz hərəkatının simvoludur. Amma İranın hakimiyyət dəhlizlərində sadəcə "gəzişərək" geosiyasi mövzulara toxunmamaq mümkündürmü?

Gizlilik işin digər tərəfidir. Etiraz hərəkatının lideri gizli fəaliyyət göstərirsə, o, tərəfdarlarının etibarını itirmək riski ilə üzləşir. Şübhələr və dedi-qodular "Müqəddəs Mübarizə" hərəkatının bütövlüyünü pozur və ən əsası, onun liderinin mənəvi nüfuzunu sarsıdır.

Xatırladaq ki, Cənubi Qafqazdakı geosiyasi şahmat taxtasında İran heç vaxt təsadüfi addımlar atmır. Rəsmi Tehran uzun müddətdir Ermənistanı öz geosiyasi mozaikasının mühüm bir elementi hesab edir. V.Qalstanyanın İran elitasının nümayəndələri ilə görüşləri iki cür izah edilə bilər.

İran etiraz hərəkatına dəstək təklif etmiş ola bilər. Qərbin bölgəyə artan təzyiqi fonunda Tehran Ermənistan müxalifətini təsir aləti kimi istifadə edə bilər.

Digər tərəfdən, İran Ermənistanın sabitliyində maraqlıdır. Ola bilər ki, qapalı qapılar arxasında regionda qeyri-sabitliyin qarşısını almaq məqsədilə etiraz hərəkatını zəiflətməyin yolları müzakirə edilib.

Arxiyepiskop Bağrat Qalstanyanın İrana səfəri sadəcə şəxsi bir hadisə deyil. Bu, Ermənistanın, onun elitasının və etiraz hərəkatının qlobal qüvvələrin mübarizə meydanına çevrildiyini göstərən yüksək səsli bir siqnaldır. Sual isə budur: Qalstanyan hansı tərəfdə yer alacaq - xalqın mübarizəsinin bayraqdarına çevriləcək, yoxsa başqalarının əlində bir alətə dönəcək?

Cavablar hələ ki, qaranlıqda gizlənir. Amma bir şey tam aydındır: səssizlik vəziyyəti yalnız çətinləşdirir. Axı səssizlikdə həmişə xəyanət pıçıltıları daha aydın eşidilir.

Unutmayaq ki, İranın ermənilərlə münasibətləri əsrlər boyu geosiyasət, iqtisadiyyat və mədəniyyətin kəsişməsində toxunmuş qarışıq mozaikadır. Bu əlaqələr heç vaxt sadə olmayıb: onlar dramatizm, güzəştlər və gizli maraqlarla doludur. Bu gün Cənubi Qafqaz qlobal geosiyasi qarşıdurmalar müstəvisinin bir hissəsidirsə, Ermənistan və İran arasındakı əlaqələri araşdırmamaq sadəlövhlük sayıla bilər.

İran və Ermənistan dini və mədəni kimlik baxımından dərin fərqliliklərə malik olan qonşular, daim gərgin, lakin ayrılmaz bir əlaqə içərisində olublar. İran erməni icması tarixin müxtəlif dövrlərində körpü rolunu oynayıb. Hələ İranda şahlıq dönəmlərində ermənilər iqtisadiyyat və mədəniyyətdə yer aldıqları üçün onların təsiri İran cəmiyyətinin strukturunda aydın görünür.

Sovet İttifaqının dağılmasından sonra Ermənistan siyasi və iqtisadi təcrid vəziyyətində qalıb və diqqətini İrana yönəldib. Türkiyə və Azərbaycanın bağlı sərhədləri arasında sağ qalmağa çalışan Ermənistan üçün dini fərqliliklərdən daha çox praqmatizm önəmli oldu. 1992-ci ildə diplomatik əlaqələr quruldu və bu alyans İrəvanın sağ qalmasının mühüm elementinə çevrildi.

Bu gün Ermənistan-İran münasibətləri geosiyasətin sərt məntiqi ilə idarə olunan bir şahmat partiyasıdır. Ermənistan üçün İran sadəcə qonşu deyil. Ermənilər üçün Tehran iqtisadi, maliyyə və s. baxımdan əlverişli tərəfdaş, Azərbaycan və Türkiyəyə qarşı müttəfiq, təbii qaz və neft mənbəyidir. İran isə Ermənistanda Cənubi Qafqazda Qərbin və Türkiyənin artan təsirinə qarşı "strateji balans" yaratmaqda vasitələrdən biri qismində görür.

Fəqət Tehran-İrəvan təmasları birmənalı deyil. İran Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini açıq şəkildə bəyan etsə də, eyni zamanda regionda Türkiyə və İsrailin "mövcudluğunun artmasından" narazılığını bildirir. Bu ikili yanaşma Ermənistanı İranın regional ambisiyalarını həyata keçirmək üçün bir alətə çevirir.

Bəhs etdiyimiz kontekstdə "Müqəddəs Mübarizə" hərəkatının lideri arxiyepiskop V.Qalstanyanın İrana səfəri ictimai etimad və diplomatik normalar üçün ciddi sınaq hesab edilə bilər.

Qeyri-rəsmi mənbələrə görə, V.Qalstanyan İranın yüksək vəzifəli rəsmiləri ilə qapalı görüşlər keçirib. Görüşlərin mövzusu tamamilə gizli saxlanılır. Amma bu səfərin sirri bir sıra suallar doğurur: Erməni müxalifətinin lideri Tehranda nələr müzakirə edə bilər ki, bu, siyasi və strateji maraqlar olmasın?

İran sərhədlərində müxalifət hərəkatlarını birbaşa dəstəkləməkdən çəkinir, çünki qeyri-sabitlikdən ehtiyatlanır. Amma "Müqəddəs Mübarizə" hərəkatı Tehran üçün Ermənistan hökumətinə təzyiq göstərmək üçün güclü bir vasitəyə çevrilə bilər. Maliyyə və ya logistik dəstək müqabilində İran Ermənistanın mövcud enerji və nəqliyyat siyasətinin qorunmasına zəmanət tələb edə bilər.

Digər tərəfdən, Tehran V.Qalstanyandan istifadə edərək etiraz fəallığını zəiflətməyə çalışmış ola bilər. Unutmayaq ki, İrana Cənubi Qafqazdakı regional proseslərə nəzarəti qorumaq və yeni münaqişələrin qarşısını almaq üçün Ermənistanda sabitlik lazımdır.

Hazırda Ermənistan-İran münasibətləri maraqların toqquşduğu bir döyüş meydanıdır - burada sadəlövh illüziyalar üçün yer yoxdur. V.Qalstanyanın səfəri İranın Cənubi Qafqazda təsirini gücləndirmək üçün hər hansı vasitəyə əl atmağa hazır olduğunu göstərən daha bir əlamətdir. Ermənistan isə Rusiya, İran, Qərb və daxili böhranlar arasında tarazlıq saxlayaraq, çox yüksək mərc oyununda alətə çevrilmək riski ilə üz-üzədir.

Bu susqunluq, qeyri-müəyyənliklər və gizli təhdidlərlə dolu şəraitdə Ermənistan qərar verməlidir: qonşularının ambisiyalarına xidmət edən bir vasitə olmaq, yoxsa öz tarixini - ədalətli, açıq və diktatlardan azad bir tarix - yazmağa başlamaq.

Səfərin pərdəarxası istənilən olsa da, həm "Müqəddəs Mübarizə" hərəkatının, həm də Qalstanyanın liderlik bacarığının zəif tərəflərini üzə çıxaran bir sınaq oldu. V.Qalstanyan mənəvi lider statusunu itirərək, mənəviyyatla siyasi maraqlar arasında tarazlıq axtaran bir fiqura çevrildiyini aşkar göstərdi.

Bundan başqa, rəsmi Tehranın Azərbaycanla münasibətləri sərinləşdirməməyə çalışdığını da nəzərə alsaq, V.Qalstanyanın səfəri aşkar Qərbə meylli siyasət yürüdən Nikol Paşinyana yeni təzyiq elementinə də çevrilə bilər.

Sirr deyil ki, V.Qalstanyandan Rusiya aktiv istifadə etiməyə can atır və belə situasiyada Tehran geridə qalmaq istəmir.

Bütün hallarda uduzan Ermənistan və ermənilər olacaqlar, çünki növbəti dəfə marionetka olmağa könüllü razılıq veriblər.

Elçin Alıoğlu
Trend

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 20 Yanvar 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see331

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see312

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see308

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see289

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see285

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see282

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see275

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see265

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see258

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see249

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see241

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see237

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see236

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see229

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see224

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see215

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see210

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see210

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see207

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri