Rusiya İran sazişinin imzalanmasının ardınca keşiş Baqrat İranda görüşlər keçirdi... FOTO
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
"“Müqəddəs mübarizə”nin lideri arxiyepiskop Baqrat Qalstanyan dünən İran İslam Respublikasına gedib".
Moderator.az xəbər verir ki, bunu gecə saatlarında "Past" nəşri yazıb.
"Baqrat Srbazanın rəhbərlik etdiyi hərəkatdakı mənbəmiz bildirir ki, Srbazan İrana səfəri ilə bağlı məlumatı gizli saxlayıb. Hətta hərəkatın siyasi şurasının da bundan xəbəri yoxdur. Bizə məlumat verildi ki, yaxın iki gündə yepiskop Baqrat İranın yüksək rütbəli rəsmiləri və din xadimləri ilə siyasi görüşlər keçirəcək. Hələlik hansı spektrin müzakirə olunacağını müəyyən etmək mümkün olmayıb”, -xəbərdə belə deyilir.
Gecə saatlarında isə "Hraparak" artıq revanşist və irqçi xislətli keşiş Baqratın Tehranda görüşlər keçirdiyini bidirib:
"Son bir neçə gündür İranda olan arxiyepiskop Baqrat Qalstanyan bu gün Tehran Erməni Yeparxiyasının rəhbəri arxiyepiskop Sepuh Sarkisyanla görüşüb.
Yanvarın 18-də, saat 19:30-da Baqrat Srbazanın ictimaiyyətlə görüş planlaşdırılır".
P.S Görəsən, Moskvada Rusiya ilə İran arasında Hərtərəfli(!) Strateji Tərəfdaşlıq Sazişi imzalanmasının ardınca böyük ehtimalla Kremldən Putinin dostu Robert Köçəryanın dəstəyi ilə idarə olunan revanşist keşiş Baqratın Tehranda nə işi var? Yoxsa Paşinyanın devrilməsi üçün rıçaqlar birləşdirilir...
S.Laçın
S.Laçın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 18 Yanvar 2025 09:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















