Icma.az
close
up
RU
Keşişlərin nəfəsi qan qoxuyur

Keşişlərin nəfəsi qan qoxuyur

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Eçmiədzin və qisasçı düşərgə keçmişlə yaşamağa davam edir

Ermənistan və Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında saziş layihəsinin paraflanmasından 1 ildən çox keçməsinə, 2 ölkənin bu müddət ərzində faktiki olaraq sülh şəraitində yaşamasına, iyunun 7-də keçirilmiş seçkilərdəki məğlubiyyətə, erməni xalqının sülhə, sabitliyə və əmin-amanlığa səs verməsinə baxmayaraq, qonşu ölkədə bəzi şəxslərin beyinlərindəki duman çəkilmək bilmir. Bu qüvvələrin başında dayanan, onları təşviq edən isə fitnə-fəsad yuvası Erməni Apostol Kilsəsidir.

Özlərini “məzlum və əzabkeş” xalqın cəfakeşləri hesab edən bu qüvvələr dünən yenə bir yerə yığışıblar. Budəfəki yığışmağın səbəbi isə onların gerçək mahiyyətini bir daha aşkar şəkildə ortaya qoyur. Sentyabrın 2-də – vaxtilə separatçı xunta rejiminin “müstəqillik günü” kimi qeyd etdiyi tarixdə – Eçmiədzində keçirilən mərasimə məhz bu baxımdan diqqət yetirmək lazımdır. Katolikos II Qareginin rəhbərliyi ilə Ana Taxtda “sülh duası” oxunub. Kilsənin sülh üçün dua etməsi normal görünə bilər. Ancaq həmin duanın məzmunu və seçilmiş tarix məsələnin heç də bu qədər sadə olmadığını göstərir.

Dildə–sülh, niyyətdə–savaş

Mərasim zamanı II Qaregin tarixin zibilliyinə atılmış xunta rejiminin “müstəqilliyinin” elan edilməsinin 35-ci ildönümü ilə əlaqədar Ermənistana və xalqına sülh və rifah dilənib. Eçmiədzinin dəftərxanasının yaydığı məlumata görə, 2023-cü ilin sentyabrında Qarabağdan könüllü köçmüş (məlumatda zorla “zorla köçürülmüş” sözündən istifadə edilib – S.H.) ermənilərin dözümlülüyü və təhlükəsiz həyatı üçün dua edilib. Bundan başqa, Azərbaycanda saxlanılan və barələrində məhkəmə qərarı çıxarılmış erməni hərbi canilərin və xunta rejiminin keçmiş başçılarının azadlığa buraxılması arzulanıb. Sonda isə Qarabağ müharibələrində həlak olanların ruhuna dua edilib.

Burada diqqəti cəlb edən əsas məqam “sülh duası” adı altında Qarabağ məsələsinin yenidən dini mərasimin mərkəzinə gətirilməsidir. Halbuki girişdə qeyd etdiyimiz kimi, İrəvan və Bakı arasında sülh sazişinin paraflanmasından 1 ildən çox vaxt keçib, iki ölkə faktiki olaraq silahlı qarşıdurmadan uzaqdır. Baş nazir Nikol Paşinyanın özü və onun hakimiyyətinin nümayəndələri isə Qarabağ məsələsinin gündəlikdən çıxarıldığını dəfələrlə bəyan edib. Başqa sözlə, Ermənistanın siyasi rəhbərliyi gələcəyə baxmağa, iki ölkə arasında münasibətlərin qurulmasına və yeni reallığın qəbul edilməsinə çalışdığı halda, Eçmiədzin yenidən keçmişin simvollarını ön plana çıxarır.

Bu arada, Eçmiədzinin “sülh” anlayışının hansı məzmunda təqdim edildiyini anlamaq üçün dünən səslənən digər çağırışa nəzər salmaq kifayətdir.

I Aramın “açıq mübarizə” çağırışı

Livanda yerləşən Böyük Kilikya Evinin katolikosu I Aramın sentyabrın 2-də yaydığı müraciət bu baxımdan daha açıq və sərtdir. O, Qarabağın və orada həlak olanların xatirəsini “müstəqilliyin bərpası uğrunda mübarizəyə” çevirməyə çağırıb. Aramın fikrincə, xalqlar keçmişə nəzər salır, nailiyyətləri ilə fəxr edir, səhvlərini dərk edir və gələcəyi daha möhkəm təməl üzərində qurmağa çalışırlar. Lakin söhbət Qarabağdan gedəndə onun yanaşması tamam başqa istiqamət alır. Katolikos bildirib ki, Qarabağın müstəqilliyinə məhz bu mövqedən yanaşmaq lazımdır və geosiyasi maraqların şərtləri dəyişkən olduğundan “şablon düşüncədən” və ayrı-ayrı dövrlərin maraqlarının diktə etdiyi yanaşmalardan qaçmaq lazımdır.

Bu sözlərin arxasında nə dayandığı isə sonrakı cümlədə açıq görünür. I Aram Qarabağın “müstəqilliyinin bərpası” uğrunda mübarizəyə çağırıb. O, həmçinin Qarabağ ermənilərinin öz evlərinə (?) qayıtmasını və Bakıda saxlanılan keçmiş separatçı başçıların azad edilməsini tələb edib. Daha da irəli gedərək bildirib ki, “Arsaxın müstəqilliyi keçmişin xarabalıqları altında dəfn edilməyib” və bu məsələ, səhifənin çevrildiyi hesab edilsə belə, ermənilərin gündəliyində prioritet olaraq qalmalıdır.

Beləliklə, məsələ artıq dua və dini mərasim çərçivəsindən çıxır. Kilsənin yüksək rütbəli nümayəndəsi faktiki olaraq separatçı xunta rejiminin “müstəqilliyinin bərpası”nı siyasi məqsəd kimi ortaya qoyur. Bu isə Ermənistan və Azərbaycan arasında yeni münasibətlər qurulması üçün əldə edilmiş razılaşmaların məntiqi ilə açıq ziddiyyət təşkil edir. Sual yaranır: bir tərəfdən sülhdən danışıb, digər tərəfdən artıq mövcud olmayan separatçı qurumun “müstəqilliyinin bərpasını” prioritet elan etmək necə uzlaşır?

“Ölü diriltmək” cəhdi

Məsələnin daha bir tərəfi var. Dünən İrəvandakı “Yerablur” hərbi məzarlığında da eyni məzmunlu mərasim keçirilib. Qarabağdan olan nümayəndələr və Ermənistan parlamentinin müxalifət fraksiyalarının üzvləri həlak olmuş hərbçilərin məzarlarına gül qoyublar.

Özünü “Qarabağ parlamenti sədri səlahiyyətlərinin icraçısı” adlandıran Qaqik Baqunts minlərlə erməninin “Artsax” uğrunda həyatını qurban verdiyini bildirib və onların naminə hər şeyin edilməli olduğunu deyib.

Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Lilit Qalstyan isə sentyabrın 2-nin Qarabağ erməniləri üçün yalnız “müstəqillik günü” deyil, həm də öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsinin rəmzi olduğunu söyləyib. Onun mövqeyinə görə, Qarabağ məsələsini Ermənistanın hazırkı hakimiyyətinin qərarı ilə bağlamaq mümkün deyil. O da xora qoşularaq “köçkünlərin öz evlərinə qayıtmasını və saxlanılan şəxslərin azad edilməsini” tələb edib.

Bunlar, əlbəttə, radikal revanşist müxaliflərin mövqeyidir və bu mövqeni bütövlükdə, erməni cəmiyyətinin düşüncəsi kimi təqdim etmək doğru olmaz. Xüsusilə, ona görə ki, iyunun 7-də keçirilmiş parlament seçkilərində erməni seçicilərin böyük hissəsi məhz sülh, sabitlik və normal qonşuluq siyasətinin davam etdirilməsinə üstünlük verib. Lakin diqqətçəkən budur ki, kilsənin ayrı-ayrı yüksək səviyyəli nümayəndələri ilə Qarabağdan olan siyasi çevrələrin və Ermənistan müxalifətinin mövqeləri arasında ciddi yaxınlıq yaranır. Bir tərəfdən “keçmişi unutmayaq” çağırışları səslənir, digər tərəfdən həmin keçmişin siyasi məqsədə çevrilməsi təklif olunur. Bu isə sülh prosesinin qarşısında ən ciddi təhlükələrdən birini yarada bilər: müharibənin bitməsindən sonra belə, onun ideoloji mirasının yaşadılması.

Sülh qatarı hərəkətdədir...

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması yalnız sənəd imzalamaqdan ibarət deyil. Sülh həm də keçmiş münaqişənin siyasi iddialarının geridə qoyulmasını tələb edir. Əks halda, kağız üzərində razılaşma əldə olunsa belə, cəmiyyətlərin şüurunda qarşıdurma davam edəcək. Məhz buna görə Eçmiədzinin və Kilikya katolikosunun son açıqlamalarına sıradan dini bəyanatlar kimi baxmaq çətindir. Çünki burada yalnız dini dəyərlərdən və mənəvi məsələlərdən söhbət getmir. Siyasi nəticəsi olan çağırışlar səslənir.

Bir zamanlar Azərbaycan ərazilərində, necə deyərlər, at oynamış separatçı qurumun “müstəqilliyinin bərpası”na çağırış Ermənistanın hazırkı siyasi kursu ilə də, regionda yaranmış yeni reallıqla da uyğun gəlmir. Daha əhəmiyyətlisi isə odur ki, bu cür fikirlər erməni cəmiyyətində müharibənin nəticələrinə münasibətdə fərqli gözləntilərin yenidən formalaşdırılmasına xidmət edə bilər.

Kilsənin burada xüsusi çəkisi var. Siyasi partiyaların və ayrı-ayrı siyasətçilərin mövqelərindən fərqli olaraq, dini qurumların sözləri müəyyən təbəqələr üçün daha emosional və mənəvi məna daşıyır. Ona görə də Eçmiədzinin keçmiş münaqişənin simvollarını daim gündəmdə saxlaması sadəcə tarixi xatırlatma deyil. Əgər məqsəd həqiqətən sülh və əmin-amanlıqdırsa, onda keçmiş müharibələrdə həlak olanların xatirəsini yad etmək başqa, həmin xatirəni yeni siyasi mübarizəyə çevirmək tamam başqa məsələdir. Əgər Eçmiədzin özünü xalqın mənəvi dayağı hesab edirsə, onda cəmiyyətə yeni qarşıdurmaların deyil, sülhün dəyərini anlatmalıdır. Müharibədə ölənlərin xatirəsini yaşatmaq mümkündür, amma onların adından yeni müharibə ideyası yaratmaq olmaz. Keçmişi xatırlamaq olar, amma keçmişin siyasi iddialarını gələcəyə daşımaq sülhə xidmət etmir. Bu gün Ermənistan qarşısında duran əsas seçim də budur: keçmişə qayıtmaq arzusu ilə yaşamaq, yoxsa mövcud reallıqlarla hesablaşaraq qonşu Azərbaycan və Türkiyə ilə normal dövlət münasibətləri qurmaq. Rəsmi İrəvan ikinci yolu seçdiyini bəyan edir. Erməni cəmiyyətinin seçkilərdə verdiyi mesaj da bu istiqaməti göstərir. Ancaq Eçmiədzindən başqa çığırtılar eşidilir. Kilsənin son addımları göstərir ki, Ermənistan–Azərbaycan münasibətlərində yeni səhifə açılmağa çalışıldığı bir vaxtda “din xadimləri” adlanan bu qüvvələr köhnə səhifələri bağlamaq niyyətində deyillər.

Səxavət HƏMİD
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Sentyabr 2026 23:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see304

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see259

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see250

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see247

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see235

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see234

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see226

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see224

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see218

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see212

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see208

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see207

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see206

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see200

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see195

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see195

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see192

Vens: ABŞ ın səylərinin böyük hissəsi gəmilərin boğazdan sərbəst keçidinin təmin edilməsinə yönəlib

01 Sentyabr 2026 05:02see179

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see178

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri