Icma.az
close
up
RU
Kəskin hava dəyişiklyi: ciddi sağlamlıq riskləri

Kəskin hava dəyişiklyi: ciddi sağlamlıq riskləri

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Havaların kəskin dəyişməsi insanların sağlamlığına birbaşa təsir göstərir və xüsusilə meteohəssas insanlar, ürək-damar, oynaq və digər xroniki xəstəlikləri olan şəxslər, eləcə də kiçik yaşlı uşaqlar üçün ciddi risklər yaradır. Temperatur, rütubət və təzyiqin sürətlə dəyişməsi bu qrup insanlarda ürək ritmində pozğunluqlar, təzyiq dalğalanmaları, immun sistemin zəifləməsi və mövcud xəstəliklərin ağırlaşması ilə nəticələnə bilər.

Uşaqların immun sistemi hələ tam formalaşmadığı üçün ani hava dəyişiklikləri onların xəstəliklərə qarşı müqavimətini azaldır. Bu dövrdə virusların kəskin yayıldığı şərait əlavə təhlükə yaradır. Valideynlər və yaxın ətraf uşaqların geyimlərinə, qidalanmasına və istirahətinə xüsusi diqqət yetirməli, hər ehtimala qarşı əlavə və ehtiyat geyim təmin etməlidir. Eyni zamanda risk qrupuna daxil olan yaşlılar və meteohəssas insanlar da adekvat geyim, balanslı qidalanma, kifayət qədər istirahət və fiziki aktivlik vasitəsilə sağlamlıqlarını qorumağa diqqət etməlidirlər.

Havanın sürətlə dəyişməsi yalnız gündəlik fəaliyyətə deyil, həm də orqanizmin immun sisteminə birbaşa təsir göstərir. Sadə profilaktik tədbirlər – düzgün geyim, kifayət qədər maye qəbulu, balanslı qidalanma və istirahət – insanların sağlamlığını qorumağa, xəstəlik riskini azaltmağa və immun sistemini gücləndirməyə kömək edir. Ekspertlər xəbərdarlıq edirlər ki, uşaqların həm açıq havada, həm də evdə sağlam şəraitdə olması, valideynlərin və məsul şəxslərin diqqəti bu riskləri minimuma endirə bilər.

Risk qrupları üçün hava xəbərdarlığı

Həkim ekspert Şahvələd Məmmədov “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, fevral ayından etibarən havaların mövsüm normasından daha isti keçəcəyi gözlənilir və bu tendensiya qlobal istiləşmə prosesi ilə sıx əlaqəlidir.

Onun sözlərinə görə, dekabr-yanvar aylarında ölkədə bir qədər soyuq hava müşahidə edilsə də, havanın kəskin dəyişməsi insan orqanizminə müxtəlif mənfi təsirlər göstərə bilər: “Ən çox risk altında olan qruplar 65 yaşdan yuxarı şəxslər və 5 yaşadək uşaqlardır. 65 yaşdan yuxarı insanlar adətən xroniki xəstəliklər, məsələn, şəkərli diabet, ürək-damar xəstəlikləri və digər uzunmüddətli sağlamlıq problemlərinə malik olduqları üçün kəskin temperatur dəyişiklikləri onların immun sisteminə mənfi təsir göstərə, mövcud xəstəliklərin ağırlaşmasına və ya oyanmasına səbəb ola bilər”.

O həmçinin vurğulayıb ki, anormal hava şəraiti əsasən immun sisteminə təsir etdiyi üçün orqanizmin ümumi sağlamlığına mənfi təsir göstərir: “İnsanların immun sistemi zəiflədikdə, müxtəlif xəstəliklərin aktivləşməsi riski artır. Bu baxımdan xüsusilə risk qruplarının, yəni yaşlıların və kiçik uşaqların sağlamlıqlarına ciddi diqqət yetirməsi vacibdir. Valideynlər və yaxın ətrafdakı şəxslər bu qrupların geyiminə, qidalanmasına və istirahətinə xüsusi diqqət göstərməli, mümkün qədər kəskin temperatur dəyişikliklərindən qorunmalarına şərait yaratmalıdırlar. Belə vəziyyətlərdə sadə profilaktik tədbirlər – adekvat geyim, bol maye qəbulu, balanslı qidalanma və kifayət qədər istirahət – insan sağlamlığını qorumağa, immun sistemini gücləndirməyə və xəstəlik risklərini azaltmağa kömək edir.

Havanın sürətli dəyişməsi...

Həkim-pediatr Vaqif Qarayev vurğulayıb ki, havaların kəskin dəyişməsi meteohəssas insanlar, xüsusilə ürək-damar, oynaq və digər xroniki xəstəlikləri olan şəxslər üçün ciddi sağlamlıq riskləri yaradır: “Temperatur, rütubət və təzyiq dəyişiklikləri bu qrup insanlarda ürək ritmində pozğunluqlar, təzyiq dalğalanmaları və digər sağlamlıq problemləri ilə nəticələnə bilər. Kiçik yaşlı uşaqlar da havadakı kəskin dəyişikliklərə qarşı daha həssasdır. Uşaqların immun sistemi tam formalaşmadığı üçün ani temperatur və rütubət dəyişiklikləri onların xəstəliklərə qarşı müqavimətini azaldır. Virusların kəskin yayıldığı indiki dövrdə bu xüsusilə diqqət tələb edən məsələdir. Valideynlər uşaqların geyimlərinə xüsusi diqqət yetirməli, hər ehtimala qarşı əlavə və ehtiyat geyimlər hazırlamalıdırlar. Gün ərzində havanın bir neçə dəfə dəyişməsi uşaqların gündəlik fəaliyyətinə və sağlamlığına birbaşa təsir göstərir. Bu tövsiyələr yalnız uşaqlar üçün deyil, meteohəssas və həssas qrupdakı digər insanlar üçün də vacibdir. Havanın kəskin dəyişməsinə qarşı adekvat geyim, düzgün qidalanma, kifayət qədər istirahət və fiziki aktivlik insan sağlamlığını qorumağa, immun sistemini gücləndirməyə və xəstəlik riskini azaltmağa kömək edir. Valideynlər və məsul şəxslər bu məsələyə diqqət yetirməli, uşaqların həm açıq havada, həm də evdə sağlam şəraitdə olmalarını təmin etməlidirlər”.

Günel Elxan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 18 Fevral 2026 23:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see509

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see461

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see359

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see300

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see296

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see284

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see267

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see244

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see239

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see232

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see228

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see222

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see220

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see215

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see210

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see198

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see186

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri