Kəskin hava şəraiti fermerlərə ZİYAN VURDU: 10 min manat maya qoymuşdum
Icma.az bildirir, Oxu.az portalına istinadən.
Son günlər ölkə ərazisində, o cümlədən şimal-qərb bölgəsində davam edən qeyri-sabit hava şəraiti taxılçılıq sahəsinə də mənfi təsir göstərib. Güclü küləklə müşahidə olunan yağış inkişaf etməkdə olan taxıl sahəsini pis vəziyyətə salıb. Bu vəziyyət isə biçin zamanı məhsuldarlığın aşağı düşməsinə səbəb olacaq.
Oxu.Az xəbər verir ki, fermer Mustafa Sadıqov narazılığını Baku TV ilə bölüşüb.
"Keçən il doluya görə taxılımız məhv oldu. Bu il də leysan yağışları taxıl sahəsinə ziyan vurub. 10 hektar taxıl əkmişəm, 10 min manat maya qoymuşam. Taxılçılıq sahəsində vəziyyət çox gərgindir, hamımız ziyana işləyirik. Sığortanı harada və necə edəcəyimizi bilmirik", ‒ fermer söyləyib.
Məsələ ilə bağlı Aqrar Sığorta Fondundan bildirilib ki, əkin sahələrini aqrar sığorta vasitəsilə dolu, fırtına, qasırğa, sel suları, güclü leysan yağışları, donvurma kimi risklərdən qorumaq mümkündür: "Fermerləri çoxsaylı risklərdən qorumaq üçün təsərrüfatlarını sığortalamağa çağırırıq. Sığorta haqqı olduqca azdır. Fermerlər maliyyə çətinliyi yaşamadan təsərrüfatlarını sığortalaya bilərlər".
Ətraflı süjetdə:
Kəskin hava şəraiti fermerlərə ZİYAN VURDU: "10 min manat maya qoymuşdum"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 05 May 2025 21:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















