Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Kəskin istilər olacaq: temperatur pik həddə çatacaq KONKRET

Kəskin istilər olacaq: temperatur pik həddə çatacaq KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) iqlim agentliyi “El Nino”nun yaxın aylarda “çox güclü” hadisəyə çevriləcəyini və fevrala qədər davam edəcəyini açıqlayıb.

KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) məlumatına görə, “El Nino” ilin sonuna doğru pik həddə çatacaq.

Okeanlardan atmosferə istiliyin daha yavaş ötürülməsi səbəbindən hadisənin qlobal temperaturun növbəti il də yüksək qalmasına təsir göstərəcəyi gözlənilir.

ÜMT-dən bildirilib ki, “El Nino” artıq formalaşıb və qarşıdakı aylarda daha da güclənərək çox yüksək intensivliyə çatacaq. Bu, yağış və temperatur rejimlərinə ciddi təsir göstərə, daşqın, quraqlıq və həddindən artıq isti hava dalğaları riskini artıra bilər.

“El Nino” təbii iqlim hadisəsidir və birbaşa iqlim dəyişikliyinin nəticəsi hesab edilmir. Lakin alimlər onun onsuz da istiləşən planetdə ekstremal hava hadisələrinin təsirlərini gücləndirə biləcəyini bildirirlər.

BMT-nin baş katibi Antonio Quterreş “El Nino”nun böyük miqyaslara çatdığını vurğulayıb.

“Dəniz səthinin temperaturu yüksəlir, termometrlər qalxmağa davam edir və dünya ekstremal hava hadisələrinin təhlükəli zonasındadır”, – Quterreş bildirib.

ÜMT-nin baş katibi Seleste Saulo “El Nino”nun dünya üzrə icmalara və iqtisadiyyatlara ciddi zərbə vurmaq potensialına malik olduğunu deyib.

Onun sözlərinə görə, quraqlıq və daşqınların yaratdığı dağıntılar artıq müşahidə olunur və “El Nino” gücləndikcə bu təsirlərin daha da artacağı gözlənilir. Saulo fəlakətlərin idarə olunması qurumlarını, eləcə də, kənd təsərrüfatı, səhiyyə, enerji və su sektorlarını hazırlıqlı olmağa çağırıb.

“El Nino” Sakit okeanın mərkəzi və şərqində, ekvatorial hissədə dəniz səthinin temperaturunun yüksəlməsi ilə xarakterizə olunur. Bu proses dünya üzrə külək, atmosfer təzyiqi və yağıntı rejimlərinin dəyişməsinə səbəb ola bilər.

Bu iqlim hadisəsi, adətən, 2-7 ildən bir baş verir və təxminən 9-12 ay davam edir. Onun əksi “La Nina” hesab olunur və iki hadisə arasında neytral şərait müşahidə edilir.

ÜMT “El Nino” hadisələrini zəif, orta, güclü və çox güclü olmaqla dörd səviyyəyə ayırır. Hazırkı hadisənin ən yüksək – “çox güclü” kateqoriyasına çatacağı gözlənilir.

Təşkilat “El Nino”nun fevrala qədər davam etməsi ehtimalını isə “son dərəcə yüksək, demək olar ki, 100 faiz” kimi qiymətləndirib.

“El Nino” tropik Sakit okeandan minlərlə kilometr uzaqda yerləşən bölgələrdə də hava və iqlim şəraitini dəyişə bilər. Bu hadisə zamanı Amazon, İndoneziya və Avstraliyanın bəzi hissələrində quraqlıq, Hindistanda isə musson yağışlarında fasilələr müşahidə oluna bilər.

ÜMT-nin sentyabr-noyabr ayları üçün proqnozuna əsasən, demək olar ki, bütün quru ərazilərində normadan yüksək temperatur ehtimalı artıb.

Mərkəzi və şərq ekvatorial Sakit okeanda dəniz səthinin temperaturundakı dəyişiklikləri ölçən göstərici də yüksəlib. May-iyul aylarında temperatur normadan orta hesabla 1,5 dərəcə yüksək olub. İyulun sonu ilə avqustun ortaları arasında həftəlik göstəricilər isə normadan təxminən 2,2-2,6 dərəcə yüksək temperatur qeydə alıb.

Bəzi ərazilərdə okean səthinin altındakı temperaturun iyul və avqustun əvvəlində normadan orta hesabla 8 dərəcədən çox yüksəldiyi bildirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Sentyabr 2026 09:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see603

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see358

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see270

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see263

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see254

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see249

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see247

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see240

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see237

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see231

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see217

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see217

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see208

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see208

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see207

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see203

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see201

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see200

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see199

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri