Icma.az
close
up
RU
Keşlə bazarı sökülür Narazılıq var

Keşlə bazarı sökülür Narazılıq var

Icma.az bildirir, Sitat.info portalına istinadən.

"Keşlə bazarı"nda işləyən şəxslərə yanvarın 1-dək mallarını çıxarmaq, ərazini təhvil vermək tapşırılıb. Bazarda fəaliyyət göstərən şəxslər isə bu qərardan şikayətçidir.
Sitat.info xəbər verir ki, məsələ ilə bağlı "Yeni Müsavat"ın əməkdaşı adıçəkilən bazarda olub, vəziyyəti daha yaxından öyrənməyə çalışıb.
Sabirabad rayonundan olan və bu rayondan bazara mal gətirən Amil Qurbanov deyir ki, 8 ildir bazarda çalışır. Bazarın sökülməsi və bununla bağlı malların 10 gün ərzində çıxarılması qərarı onu çətin vəziyyətə salıb: "8 ildir ki, bu bazarda alver edirəm. Azdan-çoxdan işimizi qurmuşduq. Dünən gəlib dedilər ki, bazarı sökəcəklər, mallarınızı yığışdırın. Aidiyyəti qurumlara müraciət edirik ki, bizə vaxt verilsin. Müəyyən müddət ərzində mallarımızı sataq, həm də nisyələrimizi yığışdıraq. Buradakı işçilərin çoxunun nisyələri var. Məsələn, bir işçi var ki, 2 ton nar alıb. Bəs indi nə edəcək? Hamımızın banklara borcu var, hər ay kredit ödəyirik, uşaqları oxutdururuq. İndi necə edəcəyik?"
"Amma yay aylarında bu bazarın söküləcəyi ilə bağlı məlumatlar yayılırdı. Siz bundan xəbərsiz olmuşdunuz" sualına Amil Qurbanov belə cavab verdi: "Doğrudur, yay aylarından bu barədə məlumat var idi. Amma dəqiq vaxt deyilməmişdi. Düşünürdük ki, heç olmasa bir neçə ay əvvəl xəbər edərlər. İndi isə 10 gün vaxt verilib. 10 gün ərzində necə çıxıb gedək? Xahiş edirik ki, bizə mart ayına kimi vaxt versinlər. Sabirabaddan mal gətirirəm. Kənddə çox adama nisyə mal vermişəm. Buradan nisyələrimi yığmalıyam ki, onların pulunu ödəyə bilim".
22 ildir bazarda işləyən Nəzakət Bəşirova da mart ayına kimi möhlət verilməsini istəyir: "Bizə əvvəlcədən xəbərdarlıq etsəydilər, işimizi bilərdik. İndi isə cəmi 10 gün vaxt verilib. Bu müddət ərzində nə edə bilərik? Xeyli nisyələrim var. Bu vaxt ərzində nisyələrimi necə yığım? Bizə mart ayına kimi vaxt verilsin, başqa yerlə təmin etsinlər. Yol çəkirlər, lap yaxşı, amma bizə də bir yol göstərsinlər. Oğruların, kasıbların sayı artmasın. Burada 2 minə yaxın insan işləyir. İndi görün nə qədər insan və ailə çətin vəziyyətdə qalacaq".
Saatlı rayonundan olan Anar Əhmədov isə bildirir ki, bir neçə ay əvvəldən xəbərdarlıq edilsəydi, çıxış yolu tapa bilərdi: "Göy-göyərti, qatıq-süd satıb dolanıram. Əvvəlcədən xəbərdarlıq edilsəydi və yer verilsəydi, camaat öz işini bilərdi. Bu bazar camaatın çörək yeri idi. İndi rəhbərlik heç nə demir. Uşağımın biri əsgərlikdədir, başqa heç bir gəlirim yoxdur. Evdə də deyirlər ki, atamız gedir çörəkpulu qazanmağa. İndi nə olacaq? Heç nə..."
Həvagət Məmmədseyidova da Novruz bayramına qədər möhlət istəyir: "20-25 ildir ki, bu bazarda işləyirəm. Tək qadınam. Banklara kredit verirəm, övladlarımı saxlayıram. Heç olmasa, bizə Novruz bayramına qədər möhlət versinlər. Bütün bazar camaatı bunu istəyir. Bizə bir ay əvvəl xəbər etsəydilər, mal almazdıq. İndi isə 10 gün ərzində mallarımızı hara aparaq?"
Əməkdaşımız məsələ ilə bağlı bazar rəsmisi Emin Cəbrayılovla da söhbətləşib. Bazar rəsmisi bildirib ki, aprel ayından Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bazar rəhbərliyinə məlumat verilib ki, bazar söküləcək və yerində yol çəkiləcək: "Bazar işçilərinin hamısına bu barədə məlumat vermişdik. Onların xəbəri var idi ki, bazar söküləcək. Narazılıq isə əsasən azı bir ay möhlət verilməməsi ilə bağlıdır. Hazırda müddətin uzadılması və işçilərin "Montin", "8 km" bazarlarına köçürülməsi üzərində çalışırıq".
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) isə açıqlama verilərək bildirilib ki, bazar rəhbərliyinə aprel ayından bəri bir neçə dəfə ərazinin boşaldılması ilə bağlı tapşırıq verilib. Son xəbərdarlıq isə yaxın zamanda edilib: "Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə start verilir.
Layihənin xüsusi dövlət əhəmiyyəti nəzərə alınmaqla, Heydər Əliyev prospektində və Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur.
Layihənin əsas üstünlükləri Həsən Əliyev küçəsinin davamı olaraq Yusif Vəzir Çəmənzəminli küçəsinə düzxətli davam etməklə şərq hissədə Ələsgər Qayıbov və Xəlil Rza Ulutürk küçələrinə birləşdirilməsi nəticəsində Təbriz küçəsi ilə Ağa Nemətulla və Əhməd Rəcəbli küçələrinin kəsişmələrində və Metronun "Nərimanov" stansiyası ətrafında müşahidə olunan nəqliyyat sıxlığı azalmış olacaq, habelə "Gənclik" və "Nərimanov" metro stansiyaları ətrafındakı ərazilərdən "Koroğlu" metro stansiyası istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin fasiləsiz yerdəyişmələrinin təmin edilməsinə şərait yaradılmış olacaq.
Eyni zamanda qeyd edilən yeni yol birləşməsinin yaradılması nəticəsində "Gənclik" və "Nərimanov" metro stansiyaları ətrafındakı ərazilərdən "Koroğlu" metro stansiyası istiqamətində və yaxud əks istiqamətlər üzrə Heydər Əliyev prospekti vasitəsilə yerinə yetirilən nəqliyyat yerdəyişmələrinin azalması və Heydər Əliyev prospektinə alternativ hərəkət marşurutunun yaradılması hesabına Hedər Əliyev prospektinin yan yolu üzrə müşahidə olunan tıxac hallarının minimumlaşdırılması təmin ediləcək.
Həmçinin qeyd edilən birləşməsinin yaradılması nəticəsində şəhərin şərq və mərkəzi qərb periferiyaları arasında Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel və həmin prospektlərin mərkəzi aralığında yerləşən yeni yaşayış massivlərinə alternativ birbaşa nəqliyyat bağlantısının yaradılması təmin ediləcək.
- Yolun ümumi uzunluğu: 3896 metr;
- Yolun dərəcəsi: şəhər əhəmiyyətli magistral küçə;
- Hərəkət zolağının sayı: 6 zolaqlı;
- Hərəkət zolaqlarının eni: 3.5 m;
- Tunellərin sayı: 4 ədəd;
- Yeraltı piyada keçidlərinin sayı: 3 ədəd".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://sitat.info
archiveBu xəbər 20 Dekabr 2024 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see375

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see312

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see308

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see280

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see273

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see239

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see218

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see183

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see178

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see175

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see173

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see166

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see164

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see160

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see160

“Meta”, “Microsoft”a milyonlar ödəyir

20 Avqust 2026 18:07see158

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see156

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see156

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see154

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri