Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Keşlədən köç başladı: Mən 50 qəpik bazarını bəyəndim... REPORTAJ

Keşlədən köç başladı: Mən 50 qəpik bazarını bəyəndim... REPORTAJ

Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi “Keşlə bazarı”nin böyük hissəsi Dərnəgüldə yerləşən “Eurohome” tikinti materialları bazarında xüsusi ayrılmış əraziyə köçürülür.

Teleqraf.com həmin ərazidən reportajı təqdim edir.

Bu gündən “Keşlə bazarı”nın “Eurohome” tikinti materialları bazarında xüsusi inşa edilən sahəyə köçürülməsinə start verilib. Saat 10-dan bazarın girişləri bağlanıb, gələn alıcılara bazarda satışın dayandırıldığı deyilib. Bəzi satıcılar köçdükləri üçün narazı görünsələr də, bəziləri yeni bazarın daha yaxşı olduğunu düşünür. Bazara alış-veriş etməyə, verdikləri sifarişləri götürməyə gələn alıcılar isə çaşqındır.

“Uzaq yoldan gəlmişəm, icazə verin keçim”, - deyən müştəri bazarın bağlandığı xəbərini aldıqdan sonra geri qayıtmalı olur.

Bazardan əliboş qayıdan alıcılarla həmsöhbət oluruq:

“38 ildir Nərimanovda yaşayıram. Bizə bura sərfəli idi. Yeni bazarın yolu həmişə tıxac olur. Kartof-soğan almaq üçün tıxacda qalmağın nə mənası var? Mənə sərf eləmir ki, benzin yandırıb, tıxacda qalım”.

“Süd, qatıq almağa gəlmişdim. İndi görürəm ki, bazarı köçürürlər. Neçə illərdir bu bazardan alış-veriş etmişik. Tanıdığımız satıcılardır. Qocası var, xəstəsi var. Yeni bazar çətin yerdədir, kimdir ora gedən?"

"15 ildir buradan alver edirəm. Əminəm ki, mənə heç vaxt pis məhsul satmazlar. Bura əlimizin altında idi, ehtiyac olan kimi qaçıb gəlirdik. Qiymətlər də ucuz idi”.

Fərqli fikir deyən də oldu: “Azərbaycanın ən bahalı bazarı bura idi. Neçə ildir burada yaşayıram. Bir dəfə də olsun nəsə almamışam. Şəhər ortasında belə yerə nə ehtiyac var? Dünyanın heç bir yerində belə bazar yoxdur. Yeni bazarı isə bəyəndim. Burada hər şey bir-birinin içində, natəmizlik idi”.

Bazara daxil oluruq. Köç təlaşında olan satıcıların fikirlərini öyrənməyə çalışırıq. Bildirirlər ki, böyük hissə “Eurohome” , bəziləri isə “50 qəpik” adlanan kənd təssərrüfatı məhsulları bazarına köçür.

Satıcılardan biri deyir: “ Bu gün hamı gərgindir. Bilmirik hara gedək. Malımız ortada qalıb. Yeni yerdə kanalizasiya xətti, su yoxdur”.

Başqa bir satıcı: “Mən “Eurohome”a köçürəm. Ora getmək istəyən gedir. Yer sıxlığı var, ona görə ayrı-ayrı köçürük. Bəzi satıcıların yeri tam hazırdır, onlar köçürlər. Fevralın 1-nə qədər köç davam edəcək. Ayın 1-dən yeni bazar fəaliyyətə başlamalıdır. İcarə haqqıyla bağlı hələ ki danışıq olmayıb”.

10 ildir bu bazarda balıq satışı ilə məşğul olduğunu söyləyən digər satıcı bildirir ki, kim haranı bəyənir, ora da köçür: "Hər iki yerdə işləyənlər də olacaq . İki yerə də baxdım. Mən “50 qəpik” adlanan yeri bəyəndim. Onun içərisində böyük bazar var. Hələlik yer haqqıyla bağlı bizə heç nə deyilməyib. Bir ay möhlət veriləcək. Oranın yolu da tıxacdır. Bu ərazinin hər bir tərəfi yaşayış yeridir. “Eurohome”da tikilən bazar səliqəli olsa da, yaşayış yerinə yaxın deyil”.

Satıcıların bir hissəsinin köçdüyü “50 qəpik” deyilən ərazidə aparılmaqda olan işlərə nəzarət edən sahibkar Kənan Hüseynli bildirdi ki, “Keşlə bazarı”nın bir hissəsi bura, kənd məhsulları bazarına yerləşdiriləcək:

“Bura “50 qəpik” , “Çənlibel kənd məhsulları” adlandırılıb. Yeni adı hələki müəyyən olunmayıb. Biz 30 ildir burada sahibkarlıqla məşğuluq. “Keşlə bazarı”ndakı satıcıların bəzisi bura yerləşmək istədi. Biz də şərait yaratdıq. Bazarın təximini 10-20 faizi bura yerləşəcək. Əsasən ət, meyvə-tərəvəz məhsullarının satışı olacaq. Bir hissə hazırdır, qalan hissə də hazır olanda üstü örtüləcək".

Duman Məhərrəmov “Keşlə bazarı”nda ət satışı ilə məşğul olduğunu deyir: "İndi bura köçmüşük. Bizə çox gözəl şərait yaradılıb. Kəsim yerləri, təmizliyi - hər şey öz qaydası ilə gedir. “Eurohome” a gedənlər də var, buranı seçənlər də. Biz baxdıq, buranı bəyəndik, buranın şəraiti daha yaxşıdır. Orada əsasən ət və balığa yer verilir. Kənd məhsullarını tam olaraq ora yerləşdirmirlər. Bu ətrafda yaşayanlar da razıdırlar”.

Satıcıların əsas hissəsinin köçdüyü “Eurohome”a da baş çəkdik. “Yeni Keşlə bazarı” adlandırılacaq yerdə təmir işləri yekunlaşıb. Bazarda piştaxtalarla yanaşı, mağazalar da tikilib. Satıcılar məhsullarını yerləşdirməyə başlayıblar.

“Eurohome” tikinti materialları bazarının direktoru Nizami Əsgərovun sözlərinə görə, bazarın kanalizasiya xətti artıq hazırdır:

“Yerlərin ayrılması "Keşlə bazarı"nın rəhbərliyinə həvalə edilib. Yerlər artıq təyin edilib. "Keşlə bazarı"nda olan bütün sahibkarlar bura rahat şəkildə yerləşə bilərlər. İcarə haqqıyla bağlı qərar isə verilməyib”.

Qeyd edək ki, Bakı şəhəri Nərimanov rayonunda "Keşlə bazarı" kimi tanınan ticarət mərkəzi sökülür. Bu, həmin ərazidə nəqliyyat sıxlığının azaldılmasında böyük rol oynayacaq yeni yolun çəkilişi ilə əlaqədardır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisi ilə əlaqədar layihənin icrasına start verilib.

FOTO: Elnur Muxtar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:398
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 27 Yanvar 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see339

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see260

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see253

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see251

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see246

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see230

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see226

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see211

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see202

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see199

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see197

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see197

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see188

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see186

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see184

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see171

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see169

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see169

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri