Icma.az
close
up
RU
Keyfiyyətsiz xidmət, yüksək qiymət... Turizmdən əldə edilən qazanc regional rəqiblərlə müqayisədə çox aşağıdır

Keyfiyyətsiz xidmət, yüksək qiymət... Turizmdən əldə edilən qazanc regional rəqiblərlə müqayisədə çox aşağıdır

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

“Azərbaycanın turizm gəlirləri ÜDM-in 3-4%-dən çox deyil. Bu rəqəm Türkiyədə 11-12%, Gürcüstanda isə 7-8%-dir. Xarici turistlərdən çox daxili turizm üzərində qazanc var. Xüsusən; Bakı, Qəbələ, Quba, Naftalan kimi bölgələrdə hotellər daxili tələbat hesabına işləyir”.

Bu barədə Bizimyol.info xəbər portalına Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli danışıb. İqtisadçı bildirib ki, turizm daha çox yay mövsümündə aktivdir və qış turizmi inkişaf etsə də, hələ regional rəqabətdə zəifdir.

Akif Nəsirli

“Xarici turistlərin böyük hissəsi qonşu ölkələrdən gəlir (Rusiya, Gürcüstan, Türkiyə, Mərkəzi Asiya). Yüksək gəlir gətirən Avropa və Amerika turistlərinin payı çox azdır”-deyə iqtisadçı Akif Nəsirli qeyd edib.

Akif Nəsirlinin sözlərinə görə, 2024-cü ildə Türkiyənin turizm gəlirləri 50 milyard dollardan çox olub: “Burada dövlət dəstəyi, ucuz uçuşlar, güclənən paket turizm bazarı və müxtəlif regionların öz brendi var (Antalya, Kapadokya, İstanbul və s.). Azərbaycanda isə turizm gəlirləri təqribən 3 milyard dollar civarındadır (2023-2024). Bu rəqəm neft gəlirləri ilə müqayisədə çox kiçikdir, amma qeyri-neft sektorunun şaxələndirilməsi üçün vacib ola bilər”.

İqtisadçı vurğulayıb ki, Azərbaycan turizmi hələ də böyük potensiala sahib olsa da, yüksək qiymətlər, zəif marketinq, xidmət keyfiyyəti və əlçatanlıq problemləri səbəbindən turizmdən əldə edilən qazanc regional rəqiblərlə müqayisədə çox aşağıdır, sahə üzrə struktur çərçivəsində islahatlar və ucuz paket turizmi mexanizmləri qurulmadıqca, illik azalma tendensiyası dərinləşə bilər.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 06 Oktyabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri