Keyta Balde karyerasını yenidən A Seriyasında davam etdirəcək
Icma.az, Report.az portalına istinadən məlumat verir.
İtaliyanın "İnter" klubunun sabiq hücumçusu Keyta Balde karyerasını yenidən A Seriyasında davam etdirəcək.
"Report" xəbər verir ki, 29 yaşlı seneqallı futbolçu "Montsa" ilə müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Təcrübəli futbolçu ilə müqavilənin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, İspaniyanın "Damm" klubunun yetirməsi İtaliyada "İnter"lə yanaşı, "Latsio", Kalyari" kimi komandaların da formasını geyinib. "Monako" (Fransa), "Espanyol" və "Barselona"da (hər ikisi İspaniya) da oynamış K.Baldenin son iş yeri Türkiyə təmsilçisi "Sivasspor" olub. O, Sivas klubunun heyətində meydana çıxdığı 11 oyunda 1 qol vurub.
Bu mövzuda digər xəbərlər:Mançini yenidən A Seriyasında?
14 Mart 2025 23:38
İnsinye yenidən A Seriyasında?
05 Noyabr 2025 21:42
Kuadrado yenidən A Seriyasında
20 Aprel 2026 16:14
Neymar karyerasını A Seriyasında davam etdirməyə hazırdır
14 Oktyabr 2025 20:52
Edin Ceko yenidən A Seriyasında
19 İyun 2025 18:57
Baxış sayı:193
Bu xəbər 14 Fevral 2025 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















