Keytrinq fəaliyyəti göstərən müəssisələrdə sanitar gigiyenik qaydalara ciddi əməl olunmalıdır
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 23 sentyabr, AZƏRTAC
Keytrinq fəaliyyəti göstərən müəssisələrdə qida məhsullarının hazırlanması və çatdırılması zamanı sanitar qaydalara ciddi şəkildə riayət edilməlidir. Belə ki, ilkin olaraq xammalın qəbulu üçün xüsusi sahə təşkil edilməlidir. Emal sahələri isə təyinatı üzrə ayrılmalıdır. Həmin sahələrin ayrılmasında əsas məqsəd texnoloji ardıcıllığa riayət olunması, çarpaz çirklənmənin qarşısının alınması və temperatur rejiminə riayət edilməklə məhsulların hazırlanmasından ibarətdir.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a ünvanlanan videorolikdə məlumat verilir.
Bildirilir ki, həmin müəssisələrdə mühüm amillərdən biri də hazır qida məhsullarının qablaşdırılması prosesidir. Hazır qidaların qablaşdırması məhsulun çirklənməsinin qarşısını alacaq formada həyata keçirilməlidir. Əks təqdirdə qida məhsulunun çirklənmə mənbəyi olan qablaşdırma materialları ilə sirayətlənməsi nəticəsində məhsullarda fiziki, kimyəvi və mikrobioloji çirklənmə baş verir və bu da insan həyatı və sağlamlığı üçün risk yaradır.
Keytrinq xidməti zamanı qida blokunda isti yeməklər və soyuq qəlyanaltıların daşınması üçün temperaturu müəyyən müddət ərzində stabil saxlayan termobokslar təşkil edilməlidir.
Qida məhsullarının daşınması üçün istifadə olunan nəqliyyat vasitələri və konteynerlər sanitar gigiyenik cəhətdən təmiz və işlək vəziyyətdə saxlanılmalı, kənar iylər olmamalı, qida məhsullarının çirklənmədən müdafiəsini təmin etməlidir. Termoboksların xüsusi ayrılmış yerlərdə xüsusi yuyucu və dezinfeksiyaedici maddələrlə yuyulub təmizlənməsi həyata keçirilməlidir.
Mövzu ilə bağlı hazırlanmış videonu linkdən izləmək olar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 23 Sentyabr 2025 10:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















