Icma.az
close
up
RU
Keytrinq xidmətlərində təhlükə artır: Agentlikdən XƏBƏRDARLIQ

Keytrinq xidmətlərində təhlükə artır: Agentlikdən XƏBƏRDARLIQ

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Son illər Azərbaycanda keytrinq xidmətlərinə tələbat artıb. Xüsusilə də korporativ tədbirlər, ofislər və istehsalat müəssisələrində bu sahənin canlanması nəzərə çarpır. Lakin artan rəqabət fonunda bəzi şirkətlərin qida təhlükəsizliyi standartlarına tam əməl etməməsi və xidmət keyfiyyətində çatışmazlıqlar müşahidə olunur. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 2025-ci ilin yanvar-sentyabr ayları ərzində ölkə ərazisində fəaliyyət göstərən 14 keytrinq xidməti müəssisəsində yoxlama keçirib. Məlum olub ki, bəzi keytrinq şirkətləri qida təhlükəsizliyi tələblərinə əməl etmir və onların fəaliyyətində ciddi nöqsanlar var. Agentlik xəbərdarlıq edir ki, qaydalara əməl olunmadığı təqdirdə kütləvi zəhərlənmə, insan həyat və sağlamlığı üçün risklər yarana bilər.

Moderator.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Təcrübəsiz və təlimsiz işçilər problemi

Qida mühəndisi Fərid Səfərov "Kaspi" qəzetinə açıqlamasında bildirir ki, keytrinq bazarı hər zaman eyni standartda deyil. Bəzi şirkətlər yüksəksəviyyəli, beynəlxalq qida təhlükəsizliyi sertifikatlarına malikdir, digərləri isə sadəcə kommersiya məqsədli fəaliyyət göstərir, sanitar və texniki normalara tam əməl etmir: "Bunun bir neçə səbəbi var. Birincisi xərclərin azaldılmasıdır. Soyuducu sistemlər, termik nəqliyyat qutuları, laborator analizlər və sanitar təmizləmə prosesi əlavə xərc tələb edir. Bəzi şirkətlər bunu qənaət məqsədi ilə etmir. İkincisi, nəzarətin zəifliyidir. Müəyyən dövrlərdə yoxlamaların azlığı bəzi müəssisələri "rahatlaşdırır". Üçüncüsü isə kadr çatışmazlığıdır. Təcrübəsiz və təlimsiz işçilər təhlükəsizlik qaydalarının əhəmiyyətini anlamır. Həmçinin böyük sifarişlərdə vaxt az olduğundan sanitar prosedurlar ötürülür".

Mütəxəssis vurğulayır ki, peşəkar kadr çatışmazlığı və işçi təlimsizliyi bu riskləri artırır: "Keytrinqdə çalışan işçilər çoxu qida mühəndisliyi və ya texnoloq ixtisasına malik deyil. HACCP (Hazard Analysis and Critical Control Points) və GMP (Good Manufacturing Practice) sistemlərindən xəbərsizdir. İstilik zənciri ("cold chain") nəzarətinin nə olduğunu bilmir. Nəticədə mikrobioloji çirklənmə, çarpaz yoluxma (xüsusilə çiy və bişmiş məhsullar arasında) halları artır".

Kəskin qida zəhərlənmələri, allergik reaksiyalar...

F.Səfərov deyir ki, qida təhlükəsizliyinə əməl etmədikdə istehsalçı ciddi şəkildə zərər görür: "Ən tipik risklər kəskin qida zəhərlənmələri, bağırsaq infeksiyaları, allergik reaksiyalardır. Bu hallar xüsusilə uşaqlar, hamilə qadınlar və yaşlılar üçün daha təhlükəlidir. Məsələn, bişmiş yeməyin iki saatdan çox otaq temperaturunda saxlanması Salmonella və Clostridium perfringens riskini, çiy və bişmiş qidaların eyni səthdə hazırlanması çarpaz çirklənməni, istifadə müddəti keçmiş və ya düzgün soyudulmayan məhsullar botulizm və ya stafilokok toksini riskini yaradır".

Peşəkar keytrinq xidmətini necə seçməli?

Mütəxəssis bildirir ki, bu kimi risklərin qarşısının alınması üçün keytrinq müəssisələrində qida təhlükəsizliyini təmin etmək üçün həm dövlət, həm də sahibkar səviyyəsində davamlı nəzarət mexanizmləri vacibdir. Bu istiqamətdə daimi dövlət nəzarəti olmalı, HACCP sisteminin tətbiqi (Qida zəncirinin hər mərhələsində risklərin idarə olunması üçün bu beynəlxalq sistemin məcburi tətbiqi), işçilərin mütəmadi təlimi, laborator nəzarət vacibdir. Qida təhlükəsizliyi yalnız cərimə və yoxlamalarla deyil, həm də stimullaşdırıcı mexanizmlərlə möhkəmləndirilməlidir: "Xidmət sifariş edən şəxslər isə şirkətin rəsmi lisenziyası və qeydiyyatının olması, personalın gigiyenik geyimdə işləməsi və iş səthlərinin təmizliyi, qidanın temperaturu və görünüşü (çox isti və ya çox soyuq olmamalıdır), menyu və allergen siyahısının təqdim edilməsi, sosial mediada və ya AQTA-nın saytında müəssisə haqqında şikayət və ya xəbərdarlıqların olub-olmamasına diqqət yetirməlidirlər".

"Belə hallarda dövlət nəzarəti də yetərsiz olur"

İstehsal meneceri Sayat Quliyeva deyir ki, bəzi iaşə obyektlərinin təqdim etdiyi yeməklər birbaşa həmin obyektlərin özündə deyil, səyyar qida təminatı ilə məşğul olan xidmətlər və ya fərdi şəxslər tərəfindən hazırlanır: "Hətta evdar xanımlar belə öz evlərində hazırladıqları yeməkləri restoranlara və fərdi müştərilərə təqdim edirlər. Bu, keytrinq xidmətlərinin inkişafının bir nümunəsi olaraq qiymətləndirilə bilər. Amma bəzi keytrinq şirkətləri qida təhlükəsizliyi tələblərinə əməl etmirlər. Hətta qida təhlükəsizliyi üzrə dövlət nəzarəti yetərsiz olur. Çünki belə səyyar qida təminatının həyata keçirən şəxslər qidanı öz yaşayış sahələrində hazırladıqları üçün bu da nəzarətdən kənarlaşma ilə nəticələnir".

S.Quliyeva bildirir ki, keytrinq müəssisələrinin qida təhlükəsizliyi standartlarına əməl etməsini təmin etmək üçün bir neçə əsas tədbir görülə bilər. Ən əsası, hüquqi tənzimləmə və nəzarət gücləndirilməli, dövlət qurumları tərəfindən mütəmadi yoxlamalar və auditlər aparılmalı, müştərilər fərdi şəxslərlə deyil, korporativləşmiş müəssisələrlə çalışmalıdır. Hətta bu müəssisələrdən də sertifikatlaşdırma və akkreditasiya sistemlərinin olmasına dair sənəd tələb edilməli, sertifikatlaşdırma prosesi yalnız kağız üzərində deyil, faktiki olmasıyla bağlı praktik yoxlamalar aparılmalıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:218
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Noyabr 2025 20:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri