KFC filiallarını bağladı Nə baş verir?
Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Məşhur fast-fud şəbəkəsi KFC ABŞ bazarındakı iştirakını ciddi şəkildə azaldıb.
“Yeni Sabah” "Local Falcon" təhlil şirkətinə istinadən xəbər verir ki, brend 2025-ci ilin iyulundan 2026-cı ilin iyulunadək olan dövrdə ABŞ üzrə 312 restoranını fəaliyyətini yekunlaşdıraraq bağlayıb.
Rəsmi məlumatların və xəritə göstəricilərinin müqayisəsi nəticəsində məlum olub ki, KFC-nin ABŞ-dəki ümumi obyektlərinin sayı bir il ərzində 7,6% azalıb. Ən çox bağlama halları Kaliforniya (44 restoran), Teksas (34 restoran) və Ohayo (18 restoran) ştatlarında qeydə alınıb. Şəbəkənin reytinqi də rəqibləri ilə müqayisədə aşağı düşərək 5 üzərindən ortalama 3,42 xal təşkil edib. Dominos pizza
ABŞ-dəki kiçilməyə baxmayaraq, KFC-nin ana şirkəti olan "Yum! Brands" qlobal şəbəkəsini genişləndirməkdə davam edir. Şirkətin ümumi restoran sayı illik müqayisədə 7% artıb. Brend ilin ilk rübündə 55 ölkədə 660 yeni filial açıb ki, bu da şirkətin əsas diqqətini beynəlxalq bazarlara yönəltdiyini göstərir.
Eyni zamanda, müştəriləri geri cəlb etmək üçün KFC əvvəllər menyudan çıxardığı məşhur "Popcorn Chicken Nuggets" məhsulunu yenidən məhdud müddətə satışa çıxarıb. Ekspertlər bildirir ki, şirkət üçün əsas sınaq ABŞ bazarında istehlakçı marağını və restaraon iqtisadiyyatını yenidən bərpa etməkdən ibarətdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 20 Avqust 2026 15:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















