“KFC”nin sahibi xalis mənfəətini 8% azaldıb
Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.
Müəllif:Ayşən İmanova/Banco.az
Amerikanın “fast-food” restoran operatoru “Yum! Brands” üçüncü rübdə xalis mənfəətini 8% azaldıb.
Banco.az xəbər verir ki, bu barədə şirkətin mətbuata açıqlamasında bildirilib.
Qeyd olunub ki, iyul-sentyabr aylarında xalis mənfəət ötən ilin eyni dövründə əldə edilən 416 milyon dollarla müqayisədə 382 milyon dollar təşkil edib. Düzəliş edilmiş mənfəət bir səhm üçün 1,44 dollardan 1,37 dollara düşüb. Gəlir isə 7% artaraq 1,83 milyard dollara çatıb.
Ən sərfəli kredit üçün müraciət etŞirkətin müqayisə edilə bilən restoran satışları son rübdə 2% azalıb. “KFC” fast food restoranları - 4%, “Pizza Hut” pizza şəbəkəsi - həmçinin 4%, Meksikanın “Taco Bell” yemək müəssisələri də analoji artım qeydə alıb.
Qeyd edək ki, “Yum! Brands” 150-dən çox ölkədə 60 mindən çox restoran fəaliyyət göstərən, müəssisələrin sayına görə dünyanın ən böyük restoran şirkətidir. Şirkətin üç restoran brendi – “KFC”, “Pizza Hut” və “Taco Bell” müvafiq olaraq toyuq, pizza və Meksika mətbəxi üzrə ixtisaslaşan sürətli xidmət restoran seqmentlərində qlobal liderdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 06 Noyabr 2024 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















